Qəşənq xırdaləçək
Qəşənq xırdaləçək- (lat. Erigeron venustus)
Çoxillik bitkidir. Gövdəsi düz, 10-40 sm hündürlükdə, sadə, bəzən 2-3 budaqlı, az yarpaqlı, tükcüklüdür. Kökyanı yarpaqları uzunsov və ya lansetvari-çəlovvari, ucu biz, bəzən küt, gövdə yarpaqları oturaqdır. Səbətləri 1-2 sm enində, yarımkürəvari, tək-tək gövdənin təpəsində yerləşir. Sarğısı tüklü, vəzili, boz və ya al qırmızı rəngdədir. Kənar çiçəkləri 1 mm enində dardilcikli, əlvan çəhrayı, orta çiçəkləri boruvari sarı rəngdədir. Toxumcaları 2–3 mm uzunluqda, zəif tüklüdür; kəkili toxumcadan 2 dəfə uzun, qəhvəyitəhər tükcüklüdür.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Yüksək dağ çəmənlərində, töküntü və qayaların üzərində bitir.