XIŞ

Radlovun əsərində bu söz qoş kimi verilib. Qoşa sözü ilə eyni kökə malikdir (təsadüfi deyil ki, farslar cüt sözündən istifadə edirlər: cütcü babasan...) Səbəbi isə odur ki, xışa bir boyun (yəni bir boyunduruqluq, iki ulaq) qoşurlar. Bəzən xış sözünü fars mənşəli hesab edirlər. Səhvdir. Dilimizdə xışma sözü var və o da qoşa sözü ilə qohumdur, xışma iki ovucun qoşalaşması ilə bağlı işlədilir. Qovuşmaq feili də qoşa (qoşalaşma, birləşmə) sözü ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XIRMANDALI
XİMİRÇƏK
OBASTAN VİKİ
Xış
Xış — şumlamada istifadə olunan kənd təsərrüfatınin aləti. Torpağın asan şumlanmasını təmin edən, dəmir xışın ucu, bir qayda olaraq küt üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu, lakin hansı növ torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti olması ilə də onlar bir-birindən seçilirdi.Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə düzəltdirilirdi. == Azərbaycanda xış növləri == Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü "ulamalı xış", "qollu xış", "çatma xış", "işkilli xış" və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər etnoqrafik bölgələrində rast gəlinirdi. Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı Azərbaycanın ayrı-ayrı bölgələrində "ulama", "çilə", "çatma", "məsənə", "uzatma" və s.
Xış sümüyü
Xış sümüyü (lat. os vomer) kəllənin üz hissəsinə aid olan tək sümüklərdən biri. Qeyri müntəzəm dördbucaq səfhə şəklində olub, bir növ xışa bənzəyir və burun sümük arakəsməsinin aşağı qismini təşkil edir. Aşağı kənarı burun darağı ilə, ön kənarı yuxarıda xəlbir sümüyünün perpendikulyar səfhəsi ilə və aşağıda burunun qığırdaq arakəsməsi ilə birləşir. Yuxarı kənarı iki səfhəyə ayrılıb lat. alae vomeris adlanan iki qanad əmələ gətirir. Aşağı tərəfdən bunlar əsas sümük dimdiyini əhatə edirlər. Yan səthlərində sinirlərə məxsus şırımlara təsadüf edilir. == Mənbə == Prof.

Digər lüğətlərdə

вдыха́ть возде́лывать злоде́йка котле́тка крети́нка ненахо́дчивость приостано́вка сеногно́й ультралибера́льно желу́док йоркши́рский мерца́ющий рассе́иваться санитари́я Greenlandic nanotechnology ocean-lane scholiast stop bath windblast аллювий малолитражный невзрачность перекашиваться ферросплав