Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qovun sukatı
Qovun sukatı — Qovundan hazırlanmış quru mürəbbə Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Qovunağacı
Qovunağacı (lat. Carica papaya) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinin karika cinsinə aid bitki növü. Milyonlarla insanın qida rasionuna daxil olan və mamao, paupau, papayya, çörəkağacı adları ilə tanınan qovunağacı (yemişağacı) karika (lat. Carica) cinsindəndir. Sarımtıl-ağ rəngli çiçəkləri bir və ya iki cinsiyyətlidir. Meyvəsi sarı və ya sarımtıl yaşıl olub, forma və quruluşu qovunu xatırladır. Məşhur səyyah Vasko da Qama qovunağacının dadına baxaraq onu "Hindistan qızıl ağacı" adlandırmışdır. Qovunağacı həcmcə armuddan bir qədər böyükdür, sarı və narıncı rəngli qabığı olur. Tünd narıncı lətinin içində çoxlu xırda və bir qədər bibər dadı verən yeməli toxumları var. Floridada yerli əhali qovunağacının yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdikləri üçün ştatda onu "zənci sabunu" adlandırırlar.
Qovunlu
Kəndlər Qovunlu (Aralıq)- 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70]. "Əhalisi Quzugüdənli Qarasu camaatındandır" (yenə orada). Qovunlu (Zarzəmin)- 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 123].
Qovan
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Qovut
Qovut — Azərbaycanın milli mətbəxinə daxil olan şirniyyat növlərindən biri. Əsasən qış ayları hazırlanır. Xüsusi ilə səhər yeməyində yeyilir. Qovut hazırlamaq üçün buğda yaxşıca (sacda) qovrulur. Qovurğa hazırlanır. Hazırlanmış qovurğa isti-isti əl dəyirmanı və ya həvəngdəstə ilə üyüdülür. Kərə yağı əridilir, isti su və ya süd əlavə edilir. Bunun üzərinə hazırlanan qovut qatılır. Nəticədə qatı və qəhvə rəngli kütlə alınır. Qovutun üzərinə şəkər tozu və ya bal, duz qatılır.
Qovuç
Qoyun
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Atlı qoşun
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Dolli (qoyun)
Dolli (ing. Dolly) - İlk klonlaşdırılmış heyvan olan qoyunun ləqəbi. Klonlaşdırma Ian Wilmut və əməkdaşları tərəfindən Edinburq universiteti Roslin institutunda PPL Therapeutics biotexnologiya şirkəti ilə birgə həyata keçirilmişdir. 1996-cı ildə süd vəzi hüceyrəsindən düzəldilmiş quzuya ad vermə zamanı çatdıqda, tədqiqat qrupunun lideri Yan Vilmut (Ian Wilmut) süd vəzi ilə assosiasiya etməyə çalışır və daha cəlbedici ad ağlına gəlməyərək, iri sinəsinə görə tanınmış amerikalı müğənni Dolly Partonun ismini verir.
Lohi qoyun
Lohi qoyunları və ya Parkanni qoyunları, Pakistanın Cənubi Pəncab bölgəsində yetişən qısa quyruqlu bir qoyun cinsdir. Həm ət, həm də yun istehsalı üçün uyğun bir cins. Bədən rəngi ağ, qulaqları qumral və ya qəhvəyi olur. Pəncabda istehsal olunan qoyunların 40% Lohi qoyun.
Qoven burnu
Qoven burnu (rus. Мыс Говена) — Kamçatka diyarı ərazisində yerləşən burun. Burun Qoven yarımadasının cənub qutaracağını təşkil edir. Berinq dənizi daxilinıə doğru uzanır. Qərbdən Korf körfəzi, şərqdən isə Karaqin körfəzi ilə əhatələnir. Burunda mayak fəaliyyət göstərir. Burun və onun ətraf əraziləri Koryak qoruğuna daxildir. Kazaklar XVIII əsrdə burunu Qovenski Nos burnu adlandırırdılar. Sonradan isə sadəcə Qoven buru olaraq adlanmağa başlanmışdır. Nəticədə isə burun adı bütün yarımadaya şamil olunmuşdur.
Qoven sərvi
Vətəni Kaliforniyadır. 12–15 m hündürlükdə, geniş çətirli ağacdır. Açıq-yaşıl budaqlı və tünd-yaşıl rəngli pulcuğa oxşar yarpaqlara malikdir. Yarpaqlarını sürtüb əzdikdə kamfora iyi verir. Qozaları yoğun ayaqcıqlar üzərində yerləşir, kürəşəkilli, parlaq-qəhvəyi rəngdədir. Yaxşı böyüyür, kölgəyədavamlıdır, torpağa tələbkar deyil. Yazda və yayda düzünə düşən günəş şüalarından qorunmalıdır, qışda işıqlı yerdə yetişdirmək olar. May ayından avqust ayına qədər bitki bol suvarılmalıdır. Oktyabr ayından aprel ayına qədər hava şəraitindən asılı olaraq suvarılma dayandırılmalıdır. Mart ayından sentyabr ayına qədər 14 gündən bir, qışda isə ayda bir dəfə gübrə verilir.
Qoven yarımadası
Qonev yarımadası — Asiyanın şimal-şərqində, Kamçatka diyarı ərazisində yerləşən yarımada. Berinq dənizi Karaqin körfəzinin daxilinə 70 km məsafədə uzanır. Yarımada İlpinski və Olyutorski yarımadaları arasında yerləşir. Cənun qutaracağı Qoven burnu yerləşir. Bu ad isə Koryak dilində гыввын — "daş" mənasını verir. Ərazisində Qalinvilan, Çayaçin, Pesçanı, Vravr, Tavuxin burunları və Valkavayan, Alinatuvayam, Tnaxıvnıtvayam, Masvayam, Evsvoyam, Alutovaya çayları vardır. Korf körfəzi ilə Olyotorski körfəzi arasında yerləşir. Ərazisi dağlıqdır. Ən hündür zirvəsi Severnayadır (1240 m). Sahillərində dərinlik 320 metrə qədər enir.
Qovuq çay
Qovuqlu çay (digər adları: qovuq çay, şarcıq çay, inci çay və ya babl çay) — qovuqlu içkilər növündən çay. 1980-ci illər əsnasında Tayvanın Tayçunq şəhərinin çay mağazalarında ilk dəfə servis edildi. Ən çox qovuqlu çay reseptləri meyvə və ya süd ilə qarışıq bir çay döşəməni ehtiva edir. Qovuqlu çayların ümumiyyətlə, iki fərqli növü var: meyvə dadlı çaylar və süd çayları. Qovuqlu çay ən çox çeynənən tapioka topları'ndan ("boba") ibarətdir, lakin o, çəmən jeli, aloe vera, qırmızı lobya və partlayan boba kimi digər əlavələrlə də hazırlana bilər. Qovuqlu çayları iki kateqoriyaya bölünür: südsüz çaylar və südlü çaylar. Hər iki növ əsas olaraq qara çay, yaşıl çay və ya oolong çay seçimi ilə gəlir. Südlü çaylara adətən toz və ya təzə süd daxildir, lakin qatılaşdırılmış süd, badam südü, soya südü və ya kokos südündən də istifadə edilə bilər.
Qoyun cığırları
Qoyun cığırları — təpə və dağların çimlənmiş yamaclarında pilləvarı yerləşən cığırlar, yaxud ensiz terras görkəmində mikrorelyef formaları. Adətən qoyun cığırlarının əmələ gəlməsini dırnaqlı heyvanların yamaclarda dəfələrlə hərəkət etməsi ilə əlaqələndirirlər. Onların yaranması ağırlıq qüvvəsi nəticəsində yamac çöküntülərinin sürüşməsi, yaxud soliflüksiya prosesi nəticəsində də baş verə bilər.
Qoyun kəllələri
Qoyun kəllələri və ya qoyun alınları — yamacları dairəvi çıxıntılı, yaxud ovalşəkilli alçaq təpələr. Dördüncü dövr örtük buzlaşması vilayətlərində buzlaq eroziyası nəticəsində ana süxurlarda əmələ gəlmiş, buzla cilalanmış və cızılmış qaya çıxıntılarıdır. Hərəkət edən buzlağa doğru yönəlmiş yamacı maili, hamar, cilalanmış, əks yamacı isə dik, kələ-kötürlü və üzərində qopardılmış süxur parçaları izi olur. "Qoyun kəllələri" toplusu özünəməxsus relyef tipi əmələ gətirir ki, bu da "qıvrım qayalar" adlanır.
Qoyun yunu
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Qoyun əti
Qoyun əti — qoyunun qida kimi istifadə olunan əti. Qaynadılmış, qızardılmış, qaxac olunmuş, hisə verilmiş və duza qoyulmuş şəkildə istifadə olunur. Köçərilər, Asiyanın monqol xalqları, türk xalqları, o cümlədən Azərbaycanda da qoyun ətindən müxtəlif növ yeməklər hazırlanmasında geniş istifadə olunur.
Qoşun mahalı
Qoşun mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Məlik Mahmud idi. 1821-ci ildə 11 oba (Çuxanlı, Utuqlu,Təkləli, Mənkələxanı, Tuluç, Çilov, Mərzəndigə, Nabur, Ləngəbiz, Qəşəd, Bicov) və 21 kənddə (Çağan, Qalabuğurt, Dilmanlı (Dilman), Hacman (Hacımanlı), Xatımanlı, Çarağan, Nüydü (Nüydi), Şərədil, Talis, Ərçiman, Əngəxarən, Zarat, Cabanı, Sündü (Sündi), Mədrəsə, Kərkənc, Kələxana (Kələxanı), Meysəri (Meysarı), Keşdiməz (Keçdiməz), Saqiyan, Qonaqkənd 1065 ailə yaşayırdı. XIX əsrin əvvəllərində Qarabağdan Şamaxı xanlığına 1500 ailə köçmüç və köçüb gələnlər Şamaxı xanlığının Qoçun mahalında 8 kənd salmışdılar. Qoşun mahalının sakinləri əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdular. Şirvan xanlığı Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.
Tümən (qoşun)
Tümən (q.türk 𐱅𐰇𐰢𐰤, tümän, monq. түмэн, tümen, türk. tümen, mac. tömény), tarixi türk və monqol dövlətlərində iştənilən bir qoşun növü idi. Bir tümən on min əsgərdən ibarətdir. Tümən sözünün köhnə türkcədən tərcüməsi "on min"-dir, bəzi mənbələrdə diviziya sözünün qarşılığı kimi işlənilir.
Əhliləşmiş qoyun
Əhliləşmiş qoyun və ya ev qoyunu (Ovis aries) ruminant bir məməlidir. Əhliləşmiş qoyun da, bütün ruminantlar kimi, cüt dırnaqlıdır. Yəqin ki, Asiyada və Avropada vəhşi qoyunlardan törəyiblər. İlk evcil heyvanlardan biri olan qoyunlar kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur və yunu, südü və əti üçün yetişdirilir. Qoyun yunundan yun paltar tikilməsində istifadə olunur.
Avtomobildən qorun
Avtomobildən qorun (rus. Берегись автомобиля) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Bu qəribə hadisə tamamilə fantastika hesab oluna bilər. Ciddi və utancaq sığorta agenti (keçmiş sürücü, hazırda isə həm də aktyor) və özfəaliyyət teatrının aktyoru Yuri Detoçkin inanılmaz iş tutur. Doğrudur, o hər şeyi ədalətli edir, lakin XX əsrin Robin Huduna çevrilmiş Detoçkin artıq müstəntiq Maksim Podberyozovikov üçün ağıllı, tədbirli, təhlükəli və ən əsası – ələkeçməz caniyə çevrilmişdir… == Film haqqında == Bu filmdə Detoçkin rolunun ifaçısı İnnokenti Smoktunovski Hamlet rolunu ifa edir. Maraqlıdır ki, İnnokenti Smoktunovski artıq 2 il əvvəl – yəni, 1964-cü ildə Hamleti ("Hamlet" filmi) ifa etmişdi. Detoçkin rolu ilk dəfə Yuri Nikulin üçün nəzərdə tutulmuşdu. Lakin Nikulin sirk heyəti ilə Cənubi Afrikaya qastrola gedir. Sonra bu rol filmdə müstəntiqi canlandıran Oleq Yefremova təklif olunur. Ən sonda Detoçkin rolunu İnnokenti Smoktunovskiyə verirlər.
Qara Qoyun (Maku)
Qara Qoyun (fars. قره قويون‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (52 ailə).
Qovuq (film, 2007)
Qovuq 2007-ci il İsrail istehsalı olan dram/melodram filmidir. Bir tərəfdə əsgərliyini çəkən Noam, digər tərəfdə isə yolun kənarında doğan qadına kömək etməyə çalışan Əşrəf. Bu insanlar ilk dəfə burada tanış olurlar və aralarında bir əlaqə yaranır. Noam, Təl Əvivin Şenkin adlı məhəlləsində yaşayır. Burada isə daha çox imkanlı insanların yaşadığı yerdir. Əşrəf, Noamın həyatına girəndən sonra artıq o da bu mühütin bir üzvü olur. Noam ve dostları Lulu və Yali ilə yaşamağa, Yalinin böyük retorantında işləməyə başlayır. İsrail və Fələstin münasibətləridə öz növbəsində qalmaqdadır. Bu isə bu iki adamın sevgisinə öz təsirini göstərir. Lulu və Noamın işğala qarşı bir qrupla "Barış" mitinqinə hazırlaşmağa başlamasından Sonra Təl Əvivi tərk edən Əşrəf özünün çox acız olduğunu başa düşür.
Qoyun keçidi döyüşü
Qoyun keçidi döyüşü (türk. Koyun Geçidi Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) ikinci böyük döyüşü. Bu döyüşdə qazanılmış qələbə Şirvana gedən yolu Osmanlı ordusu üçün açmışdır. Döyüş Qanıq çayının sahilindəki Qoyun keçidi məntəqəsində baş vermişdir. Osmanlı ordusunun hücumu 1578-ci ilin yayında başladı. Bu zaman 100 minlik Osmanlı ordusu Ərzurumdan çıxaraq şərqə doğru yürüşə başladı. Əvvəlcə Osmanlı orduları döyüşsüz təslim olmayan bir neçə kiçik qalanı ələ keçirdilər, daha sonra isə ilk böyük toqquşma Çıldır gölü yaxınlığında baş verdi. Bu döyüşdə rəqibindən az döyüşçüyə və artilleriya silahına sahib qızılbaş ordusu məğlub oldu. Bundan sonra Osmanlı ordusu müqavimətsiz formada Tiflis şəhərini ələ keçirdilər. 8 sentyabrda Tiflis şəhərindən çıxan Lələ Mustafa paşanın ordusu 16 sentyabrda Ərəş şəhərinə çatdı.
Qoyun qolu dolması
Qoyunun qol əti ( sümüksüz) – 750 qr. İri yerkökü – 2 ədəd İsti su – 1 stəkan Tomat – 1 xörək qaşığı Qatıq – 1 xörək qaşığı Duz – zövqə görə İstiot – zövqə görə Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180 °C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.
Gövüz
Gövüz (az.-əski. گؤوۆز‎, fars. گاوخس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 108 nəfər yaşayır (38 ailə).
Göyün
Göyünlər (lat. Tabanidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Göyünlər heyvanların qanı və bitkilərin şirəsi ilə qidalanan iri çibin (iri milçək). Bütün ikiqanadlı cücülər kimi Göyünlərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərddən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Göyünlərin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanırlar. Yetkin fərdlərin qidalanması müxtəlifdir. Fəsiləyə aid müxtəlif cinslərin nümayəndələri saprofaq, fitofaq yaxud yırtıcıdır. Göyünlərin dişiləri heyvanların — məməlilərin, quşların, suda-quruda yaşayanların qanını içir, eyni zamanda dişi və erkəkləri çiçəkli bitkilərin nektarı ilə qidalanır.
Növün kriteriləri
Növün kriteriləri dedikdə , onları bir-birindən fərqləndirən əlamətlər nəzərdə tutulur. Ancaq heç bir kriteri ayrılıqda iki növü bir-birindən fərqləndirməyə tam imkan vermir. Hər bir kriteri yalnız birgə fəaliyyət zamanı yaxşı nəticə əldə etməyə imkan verir. Növlərin aşağıdakı kriteriləri var. Ən sadə kriteridir. Bu kriteridən istifadə edərək iki növü bir-birindən yalnız xarici və ya daxili quruluşuna görə fərqləndirmək olar. Ancaq bəzən morfoloji cəhətdən fərqlənməyən iki növ bir-birindən genetik, yəni xromosom dəstinə görə fərqlənir. Genetik kriteridən istifadə edərək iki növü bir-birindən onların xromosom dəstinə görə fərqləndirmək olar. Məsələn insanda 46 xromosom olduğu halda, drozofil milçəyində 8 xromosom olur. Ekoloji kriteri vasitəsilə müxtəlif ekoloji bölgələrdə yaşayan iki növü bir-birindən fərqləndirmək olar.
Göyün buğası
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Hovuz
Hovuz — Üzgüçülük məqsədilə istifadə edilən içərisi su ilə doldurulmuş çuxur. Modern hovuzlar beton divarlarla əhatələnir və hovuzun kənarına kafellər vurulur. Hovuzların dərinliyi və uzunluğu təyinatına görə hesablanır. Hovuzlar həm qapalı, həm də açıq havada ola bilər. Onlar istənilən ölçüdə və formada, yeraltı və ya yerüstü ola bilər. Hovuzların əksəriyyəti daimi qurğulardır, digərləri isə müvəqqəti, yıxıla bilən strukturlardır.
Jotun
Jotun A/S və ya Jotun Group, Norveçdə qurulmuş, kimya sektorunda fəaliyyət göstərən çox millətli şirkət. Mərkəzi Norveçin Sandefjord şəhərində tapılar.
Ovsun
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.