Yağlı boya rəssamlığı
Yağlı boya rəssamlığı (it. Pittura a olio) — təsviri incəsənətin rəssamlıq növündə texniki bir üslub olub, burada istifadə olunan boyaq maddələri bitki yağında həll edilərək hazırlanır.
Yağlı boya rəssamlığı haqqında ilkin məlumat bizans sənətkarı, keşiş Teofilin kitabında (“Müxtəlif incəsənət siyahısı” — lat. “Schedula diversarum artium” yaxud lat. “De diversibus artibus”) verilmişdir.
Avropada yağlı boya rəssamlığının ibtidai nümunələri tarixi XIII əsrə gedib çıxır. İntibah dövrü, 1420 ci ildən başlayaraq yağlı boya rəssamlığı yayılmağa başlayır. Sonralar XV əsrdə bu texniki üsul niderland rəssamı Yan van Eyk tərəfindən daha da təkmilləşdirilmişdir. Buna onun bu dövrdə yağlı boya texnikası ilə çəkmiş olduğu “Çalmalı adam portreti” əsəri tipik misaldır. XV əsrdə (1460-1470) italyan rəssamı Antonello da Messina bu rəssamlıq növünü İtaliyaya gətirmiş olur.