YADDAŞ

is. Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti; hafizə. Yaddaşı inkişaf etdirmək. Yaddaşı zəifdir. Heç yaddaşım yoxdur.
□ Yaddaş dəftərçəsi – yaddan çıxmasın deyə, bir şeyi qeyd etmək üçün kiçik dəftərçə.
İclasda Cəmilənin dediyi misraları; Tapıb yazdı o, dərhal yaddaş dəftərçəsinə. B.Vahabzadə.

Yaddaş etmək – yadında saxlamaq, yaxud yadında qalmaq üçün bir yerə qeyd etmək. Deyilənləri bir dəftərə yaddaş et.
Yaddaş kitabçası – içərisində müəyyən bir sahəyə, ixtisasa aid ən vacib məlumat olan kitabça.
[Gülşən:] Yaddaş kitabçasını əlində bərk sıxdı. Ə.Vəliyev.

Yaddaşından çıxmaq – yadından çıxmaq, unutmaq.
Çox yuxusuz gecələr sovuşsa da başımdan; Gözlərinin gülüşü çıxmayıb yaddaşımdan. R.Rza.

Синонимы

  • YADDAŞ YADDAŞ Dolaşdıq tarlanı, bağçanı, bağı; Buyur, yaddaşım köməyə çağır (M.Araz); HAFİZƏ [Yusif:] O günlər hamısı bir-bir mənim hafizəmdədir (S
  • YADDAŞ hafizə
YAD
YADDAŞLI

Значение слова в других словарях