yarmaq
yarovizasiya
OBASTAN VİKİ
Yarmarka
Yarmarka və ya Sərgi – Ticarətin yaxşılaşdırılması məqsədilə müəyyən müddətə ədalətli, bazar qurulmuşdur. Alıcıların və satıcıların bir araya gəldikləri və işgüzar müqavilələr bağladıqları bu bazarlar ümumiyyətlə hər il eyni tarixdə bir neçə həftə ərzində eyni yerlərdə və müntəzəm olaraq qurulur. Bu sərgilər hər hansı bir məhsul və xidmətləri əhatə etdiyi kimi, müəyyən bir iş sahəsinin hər hansı bir sahəsini də, əhatə edə bilər, həmçinin hər növ məhsulu və xidmət sahəsini də əhatə edə bilər. Yarmarka əsasən xalq toplantılarının, böyük kilsə bayramlarının kəsişdiyi yerdə, eləcə də çox qorunan və ən az vergiyə cəlb olunacaq yerlərdə təşkil olunurdu. Yarmarkanın mahiyyəti XI və XII əsrlərdə daha da artdı. XVIII əsrin sonuna kimi Avropanın şərq və qərb hissələri arasında bütün ticarət mübadiləsi yarmarkanın köməyilə baş verirdi. XIV və XV əsrlərdə Brügge, XVI əsrdə isə Lion şəhəri yarmarkanın mərkəzinə çevrildi. XVI əsrdə Medina-delKampo (İspaniya) və Antverpen şəhəri (Belçika) beynəlxalq yarmarka və kredit mərkəzi oldu. XVIII əsrdə hələ XIII əsrdən Leypsiqdə məşhur yarmarka beynəlxalq əhəmiyyət kəsb edirdi. XIX əsrdə ticarət münasibətlərinin genişlənməsi və daxili vergi rüsumlarının ləğv edilməsi, xüsusilə dəmir yollarının çəkilməsi, əmtəələrin yeridilməsi təhlükəsizliyinin artması, nəhayət, kommivoyajerlərin əmələ gəlməsi ilə yarmarkalar tənəzzülə uğradı və onların əksər hissəsi bağlandı.
Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası
Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası və ya qısaca ETTFA — beynəlxalq regional turizm təşkilatıdır. 1993-cü ildə təsis edilən beynəlxalq qurum 11 yarmarkanı özündə birləşdirir. Mənzil-qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir. Sərgi turizminin inkişafına cavabdeh olan beynəlxalq qeyri-hökumət təşkilatı kimi beynəlxalq turizm sərgiələrinin fəaliyyətinin tənzimlənməsi mexanizmini təmin edir. Assosasianın əsas məqsədi beynəlxalq turizm yarmarkalarının səmərəli təşkili və keçirilməsinə yardım etməkdir. EETFA-nın vəzifələrinə aşağıdakılar aiddir: turizm şirkətlərinin və təşkilatlarının beynəlxalq sərgi-yarmarkalarda uğurlu təmsil olunmasını təmin etmək; üzv-təşkilatların yarmarkalarında vahid standartların tətbiqi; iştirakçılara münasibətdə xidmət keyfiyyətinin təmin olunması; üzv-təşkilatların ümumi mənafeyini təmin etmək; yarmarkaların əsas iştirakçılarına dair məlumatlar bazasını formalaşdırmaq.
Bakı yarmarkaları (1920-ci illər)
Bakı yarmarkaları — 1920-ci illərdə Bakıda təşkil olunmuş beynəlxalq ticarət tədbirləri. == Birinci Bakı Yarmarkası == Birinci Bakı Yarmarkası 1922-ci il sentyabrın 15-də təntənəli şəkildə açılmış və öz işini 1922-ci il noyabrın 15-də sona çatdırmışdır. === Məqsədi === Bakı yarmarkasının məqsədi Rusiya və Yaxın Şərq bazarları ilə əmtəə dövriyyəsini qaydaya salmaq idi. === İştirakçılar === Sentyabrın 15-də hələ yarmarkanın açılışı ərəfəsində 37 ticarət firması qeydiyyata düşmüşdü. Onlardan 16-sı dövlət, 2-si kooperativ, 19-u xüsusi firmalar idi. 9 firma Rusiya və yerli, 4 firma İran firması idi. 4 firma təsadüfü müqavilələrlə işləyən firmalar idi. Noyabrın 15-də isə — yarmarkanın bağlandığı vaxt artıq 150 firma fəaliyyət göstərirdi ki, bunlardan da 28-i dövlət, 2-si kooperativ, 120-si xüsusi firmalar idi. Xüsusi firmalardan 45-i rus və yerli, 16-si İran, 5 xarici, 55-i təsadüfü firmalar idi. ==== Yerli iştirakçılar ==== "Azipək"; "Azdəri"; "Azneft"; "Azfarmsənaye"; "Azərittifaq"; "Azərtütün"; və s.
Dördüncü Bakı yarmarkası (film, 1925)
Folsom küçəsi yarmarkası
Folsom küçəsi yarmarkası (ing. Folsom Street Fair) — 1984-cü ildən etibarən San-Fransisko şəhərində hər il sırf könüllülük əsasında sentyabr ayının son bazar günü qeyd olunan kütləvi festival. Bu, BDSM submədəniyyətinin ən geniş və kütləvi tədbirlərindən biri hesab olunur; belə ki, həmin festival çərçivəsində, yetkin yaşlı və alternativ seksual düşüncəyə malik insanlar, təhlükəsiz şəkildə özünüifadə etmək azadlığına sahibdirlər. Burada həmçinin müxtəlif seks oyuncaqlar, sadomazoxizm, flagelyasiya, bondaj üçün dəri materiallardan əşyalar satılır. Folsom küçəsində daim şənlik, bayram, flirt və azad seks ruhu hökm sürür, festivaldan əldə olunan vəsait gəlirləri isə, ənənəvi olaraq yerli xeyriyyə təşkilatlarına ianə edilir. Bəzən qısaca olaraq FSF adlandırılan bu festival-yarmarka, San-Fransisko şəhərinin cənubunda yerləşən Market (ing. South of Market, SoMa) rayonun 8-ci və 13-cü küçələri arasında qərarlaşmış reprezentativ Folsom küçəsində keçirilir. Onunla perpendikulyar şəkildə məşhur Embarkadero liman sahil şossesi və Alleman bulvarı kəsişir. Yarmarkada həmçinin maraqlı diskount sistemi mövcuddur; belə ki, əhalinin kasıb təbəqəsi üçün istiqamətləndirilmiş $10 və ya daha çox ianələr müqabilində, qonaqlara yarmarkada alınmış hər bir spirtli içki üçün 2 dollar endirim təklif edilir. == Dəri submədəniyyətinin mənşəyi == Dəri həvəskarları tərəfindən formalaşdırılmış submədəniyyət başlıca olaraq müxtəlif qeyri-standart seksual hərəkətlər və geyim tərzi ilə xarakterizə olunur; belə ki, bu mədəniyyətin davamçıları, dəridən hazırlanmış gödəkcə, jilet, çəkmə, hörmə və başqa bu kimi predmetlərə xüsusi önəm verirlər.
Leypsiq yarmarkasında (film, 1972)
Nikolskaya yarmarkası
Nikolskaya yarmarkası — il ərzində bir dəfə baş vermiş satış. Yarmarka Rusiyanın Taqanroq şəhərində XIX əsrdə hər il yaz aylarında keçirilirdi. XIX əsrortalarında Nikolayevskaya yarmarkası istər Taqanroqun ticarət həyatı, istərsə də şəhər həyatında mühüm yer tuturdu. Yarmarka hər il 9 may tarixində keçirilirdi. Yarmarkanın ənənəvi olaraq yerləşdiyi ərazi hazırkı şəhər stadionu və Privoğzal meydanının yerləşdiyi ərazini əhatə edirdi. Vaxtı ilə Privoğzal meydanı Yarmaroçnaya adlandırılırdı, səbəb isə burada keçirilmiş tarixi yarmarkalar olmuşdur. Yarmaroçnaya meydanı XIX əsrin əvvəllərində Nikolayevsk, Uspenski (onun açılışı 15 avqustda baş verirdi) və Mixaylovski yarmarkalarının ərazisində formalaşmışdı. Şəhərin 1834-cü il planına əsasən ticarət meydanı onun daxilində olmalı idi. Onlar ticarətin Çexov küçəsində cəmləşməsini istəyirdilər. Bu ərazi əsas yolların üzərində yerləşirdi.
Qahirə beynəlxalq kitab yarmarkası
Qahirə beynəlxalq kitab yarmarkası (ərəb. معرض القاهرة الدولي للكتاب‎‎‎) — hər il Misirin paytaxtı Qahirə şəhərində, Əl-Əzhər Universitetinin yaxınlığında keçirilən böyük beynəlxalq kitab yarmarkası. Misir baş kitab təşkilatı tərəfindən keçirilir. İlk dəfə 1969-cu ildə keçirilmiş və tarixi Qahirə şəhərinin əsasının qoyulmasının 1000 illiyinə həsr olunmuşdur. 2011-ci ilin yanvarında keçirilməli olan yarmarka Misirdəki inqilabi hadisələrə görə təxirə salınmış, növbəti il yenidən bərpa olunmuşdur. Qahirə yarmarkası ərəb dünyasında ən qədim və ən böyük kitab yarmarkalarından biridir və hər il 2 milyona yaxın ziyarətçi və minlərlə kitab satıcısını cəlb edir. 3 həftə ərzində çıxışlar, mühazirələr, ictimai oxunuşlar və s. kütləvi tədbirlər keçirilir. Materiallar ərəb, ingilis və digər dillərdə təqdim olunur. Yarmarka ilk növbədə adi misirlilərə xitab edir və tədbirləri açıq havada keçirməklə yanaşı, ziyarətçiləri əyləndirmək üçün atəşfəşanlıq da təşkil edilir.
UEFA Yarmarkalar Kuboku
1971-ci ildən UEFA Kuboku ilə əvəzlənmiş bu turnir ilk final oyunu 1958-ci ildə keçirilsə də turnirə 1955-ci ildə start verilmişdir. Bütün finallar aşağıdakı kimidir: 1955/58 "Barselona" (İspaniya) — "London-XI" (İngiltərə). 6:0. "London-XI" (İngiltərə) — "Barselona" (İspaniya). 2:2. 1958/60 "Barselona" (İspaniya) — "Birmingem" (İngiltərə). 4:1. "Birmingem" (İngiltərə) — "Barselona" (İspaniya). 0:0. 1960/61 "Roma" (İtaliya) — "Birmingem" (İngiltərə).
Yarmarkalar Kuboku
1971-ci ildən UEFA Kuboku ilə əvəzlənmiş bu turnir ilk final oyunu 1958-ci ildə keçirilsə də turnirə 1955-ci ildə start verilmişdir. Bütün finallar aşağıdakı kimidir: 1955/58 "Barselona" (İspaniya) — "London-XI" (İngiltərə). 6:0. "London-XI" (İngiltərə) — "Barselona" (İspaniya). 2:2. 1958/60 "Barselona" (İspaniya) — "Birmingem" (İngiltərə). 4:1. "Birmingem" (İngiltərə) — "Barselona" (İspaniya). 0:0. 1960/61 "Roma" (İtaliya) — "Birmingem" (İngiltərə).
Şərq yarmarkası
Şərq yarmarkası— (alm. Deutsche Ostmesse Königsberg‎)Königsberqdə keçirilən ticarət və sənaye sərgisi (1920-ci ildən II Dünya Müharibəsinə qədər. Şərq Sərgisi Almaniyadakı ikinci ən əhəmiyyətli sərgi idi, yalnız Leipzig Ticarət Sərgisindən sonra. Şərq Sərgisi, Almaniya ilə SSRİ arasındakı ticarət əlaqələri üçün əhəmiyyətli idi. Şərq Sərgisinin təşkil edilməsində məqsəd, Birinci Dünya Müharibəsindən sonra Şərqi Prussiya ilə Almaniyanın qalan hissəsi arasında şəhərin və bölgənin iqtisadiyyatına böyük ziyan vurmuş ticarət və iqtisadi əlaqələri bərpa etmək idi. İlk dəfə Şərq Yarmarkası 1920-ci ilin sentyabrında Königsberg Zooparkının ərazisində keçirildi. Sərgi uğurlu keçdiyindən müntəzəm olaraq keçirilməsinə qərar verildi.

Значение слова в других словарях