YAXMAQ₁

f.
1. Qatı, yağlı bir maddəni bir şeyin üstünə sürtüb yaymaq. Çörəyə kərə yaxmaq.
– Çıxdım Aya baxmağa; Qapıya qıfıl taxmağa; Qıza xına gəlibdi; Əllərinə yaxmağa. (Bayatı).
[Məşədi İbad:] Görünür ki, heyvan balası dəllək xınanı pis yaxıbdır. Ü.Hacıbəyov.

// Bulamaq, batırmaq.
2. məc. Əsassız olaraq isnad etmək, boynuna qoymaq, üstünə atmaq.
[Fatma xanım:] Sənin bu ləçər qızın mənim üstümə oğurluq yaxır. N.Vəzirov.
…Çar agentlərinə və bir casusa yaraşan sifətləri bunun məsum və səmimi çöhrəsinə yaxa bilmirdim. M.S.Ordubadi.

◊ Qara yaxmaq – bax qara.
Ləkə yaxmaq – bax ləkə.

Синонимы

  • YAXMAQ alışdırmaq — yandırmaq
  • YAXMAQ yaymaq — sürtmək
  • YAXMAQ 1. YAXMAQ [Məşədi İbad:] Görünür ki, heyvan balası dəllək xınanı pis yaxıbdır (Ü.Hacıbəyov); SÜRTMƏK Yusif: Qara gəlin boynuna keçi piyi sürtməklə onu

Омонимы

  • YAXMAQ YAXMAQ I f. Sürtmək, çəkmək. ...Əslində isə bir kəndçi öz bicliyi ilə yüz şəhərlinin başına piy yaxar (M
YAXMAQ₂
YAXŞI

Значение слова в других словарях