Yekəxana su anbarı
Yekəxana su anbarı — İsmayıllı rayonu ərazisində Kürdmaşı kəndi ilə Göyçayın Yekəxana kəndi arasında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. 1963-cü ildə istifadəyə verilmişdir. Ümumi həcmi 19 mln m³, faydalı həcmi 18.5 mln m³-dir. Suyunu kanalla Aşıqbayramlı su anbarından alır. İsmayıllı və Göyçay rayonlarında 1900 ha (1981-ci il) əkin sahəsinin suvarılmasında istifadə edilir.
Wikimpaia
ASE, V cild, Bakı, 1981, səh.