YENİ

sif.
1. İlk dəfə yaradılmış lap yaxınlarda meydana gəlmiş, törəmiş; təzə (köhnə ziddi). Yeni əsər. Yeni paltar. Ən yeni maşınlar.
– Hər gün bir yeni nəğmə; Hər gün bir yeni ilham; Yazaydım səhər-axşam. M.Müşfiq.

// İstifadə olunmamış, işlənməmiş, əcərli. Yeni ayaqqabı. Yeni evə köçmək. Yeni silahlar. Yeni kostyum.
// Öz əvvəlki vəziyyətini saxlamış, dəyişməmiş halda qalmış. Paltar yeni (z.) qalıbdır.
2. Dövrümüzə aid olan, müasirimiz olan, müasir (keçmiş, köhnə, əski, qədim qarşılığı). Yeni tarix. Yeni ədəbiyyat. Yeni dünya.
□ Yeni il – yanvarın birinci günü, üzümüzə gələn il.
Yeni iliniz mübarək! – yeni il münasibəti ilə təbrik.
// İndiki, hazırkı. Yeni dövr. Yeni mərhələ.
Yeni dillər – qədim, ölü dillərdən fərqli olaraq bu gün mövcud olan dillər, müasir dillər.
Yeni insan, yeni adamlar – müasirlərimiz.
Bizdədir sinfi şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq.

3. Təzə tapılmış, kəşf edilmiş, keçmişdə məlum olmayan. Yeni planet. Yeni ulduz. Elmdə yeni qanun. Yeni kəşf. Yeni üsul.
4. Əvvəlkinin yerinə gəlmiş, yaxud təyin olunmuş, əvvəlkini əvəz edən. Yeni müdir. Yeni direktor. Yeni katib.
// Bir işdə hələ təcrübəsi olmayan; alışmamış, öyrənməmiş. O, bu vəzifədə yenidir.
// Köhnəni əvəz edən, əvvəlkinin əvəzində tətbiq edilən. Yeni qayda. Yeni vəzifələr. Yeni istiqamət. Yeni yol.
5. Əvvəlki deyil, başqa, digər, bambaşqa. Yeni məna. Yeni məzmun. Qarşımda yeni aləm açıldı.
– İrəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayğılar gözləyirdi… İ.Hüseynov.

6. Cavan, tər, bu ilin məhsulu; təzə. Yeni taxıl. Yeni məhsul.
– Onsuz açılmazdı yeni çiçəklər; Uçmazdı düzlərdə ağ kəpənəklər. S.Vurğun.

7. Zərf mənasında. Bir az bundan əvvəl; təzəcə.
Bəzi vaxt Cəmilə [Mirzağanın] mənzilinə gəlir, yeni aldığı bir ev əşyasının nə yerə və necə qoyulmasını təyin edirdi. S.Hüseyn.
Payızın sübhü yeni açılmışdı. S.M.Qənizadə.

◊ Yeni başdan – bax yenidən.
Yeni çıxma – təzə meydana çıxmış, moda olmuş. Yeni çıxma şey.
Yenidən yeni – lap yeni, lap təzə.
Yeni dünya köhn. – Amerika.
[Qara zənci:] Amerika, Yeni dünya! Mənim doğma vətənimdir; Babamın ağ sümükləri çürümüşdür bu torpaqda… S.Vurğun.

Синонимы

  • YENİ başqa — dikər
  • YENİ təzə
  • YENİ cavan — tər — təzə
  • YENİ yeni bax təzə, müasir

Антонимы

  • YENİ YENİ – KÖHNƏ Yeni kənd köhnə kəndi kitablardan pozmaqda (S.Rüstəm)
YENGİYETİŞMİŞ
YENİ-YENİ
OBASTAN VİKİ
Yeni Abdinli
Yeni Abdinli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Yeni Afon
Yeni Afon (abx. Афон Ҿыц; gürc. ახალი ათონი; rus. Новый Афон; yun. Νέος Άθως) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasının Qudauta rayonunda, Qara dənizin sahilində, Suxumi şəhərinin 22 km uzaqlığında yerləşən kiçik şəhər. Şəhər müxtəlif vaxtlarda Nikopol, Anakopiya, Nikopiya, Nikopsis, Psırtsxa, Absara adlarını daşımışdır. Şəhərin yaxınlığında yerləşən Yeni Afon mağarası Gürcüstanın görməli yerlərindəndir. Qədim və böyük yunan liman şəhəri Anakopiya haqqında ilk məlumatlar III əsrə aiddir. V əsrdə gürcülər İver dağının zirvəsində qala tikmişlər. Şəhər Bizans İmperiyasından asılı olmuş Abxaz knyazlığının və VIII əsrdə arxon II Leonun dövründə Abxaziya Krallığının paytaxtı olmuşdur.
Yeni Akvitaniya
Yeni Akvitaniya (fr. Nouvelle-Aquitaine) — Fransanın cənub-qərbində bir bölgədir.
Yeni Aleksandrovka
Yeni Aleksandrovka (başq. Яңы Александровка), rus. Новоалександровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Pisarev): 9 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 65 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (92%) üstünlük təşkil edir.
Yeni Amsterdam
Yeni Amsterdam (nid. Nieuw Amsterdam) — 1626-1664-cü illərdə Nyu-Yorkun ilkin Holland adı. 1602-ci ildə Yeddi Birləşmiş Əyalət Respublikasının Baş ştatları (ümumi dildə — Hollandiya Respublikası) Hollandiyanın Qərbi Hindistan şirkətini qurdu, ona Asiyaya şimal-qərb yolunu tapmağı və yeni aşkar edilmiş əraziləri Hollandiyaya birləşdirməyi tapşırdı. 1609-cu ildə İngilis dənizçi Henri Hadson (Hudson) rəhbərlik etdiyi bu şirkətin bir ekspedisiyası, gələcək şəhərin yerində çay deltasının (sonradan Hadson adlandırıldı) kəşf etdi, araşdırdı və xəritəsini hazırladı. 1614-cü ildə ərazi Yeni Hollandiya adı ilə Hollandiya Respublikasına birləşdirildi. Əyalətin ilk yaşayış məntəqəsi 1624-cü ildə Manhetten adasına bitişik olan Qubernator adasında meydana gəldi və daha sonra, 1625-ci ildə Amsterdam Fort Manhettenin cənub ucunda yerlilər tərəfindən inşa edildi. Hugh Morrison, Early American Architecture ISBN 0-486-25492-5 (Oxford University Press, 1952) [Dover Ed.
Yeni Armavir
Yeni Armavir — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Yeni Aul
Yeni Aul (rus. Новый Аул) — Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən kəndlərdən biridir. Məhərrəmkənddən 7 kilometr şimal-şərqdə yerləşir. 2010-cu ilin məlumatına görə kənddə 2760 nəfər yaşayır.
Yeni Başkənd
Yeni Başkənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Yeni Britaniya
Yeni Britaniya (ing. New Britain, alm. Neupommern‎) — Melaneziyada yerləşən və Papua-Yeni Qvineyanın tərkibinə daxildir. Bismark arxipelaqının (1885-ci ilə qədər Yenibritaniya arxipelaqı) ən iri adasıdır Adanın sahəsi 35 144,6 km² təşkil edir. 2011-ci il məlumatına görə 500 min insan yaşayır. Onun uzunluğu 600 km, enu 80 km-dir. 1966-ci ilə görə ada iki vilayətə bölünür: Şərqi Yeni Britaniya və Qərbi Yeni Britaniya. Şərq vilayət qərbə nisbətən kiçikdir. Qərbi Yeni Britaniya vilayətinin mərkəzi Kimbe, Şərqi Britaniya vilayətinin mərkəzi Kokopo şəhəridir. 1994-ci il Tavurvur vulkanının püskürməsinə qədər mərkəz Rabaul şəhəri olmuşdur.
Yeni Bunab
Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi. Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir — Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.
Yeni Bəyazid
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Yeni Culfa
Yeni Culfa - (fars. جلفای‌نو‎, erm. Նոր Ջուղա) - İranın İsfahan şəhərində ermənilərin kompakt yaşadığı məhəllə. XVII əsrə aid Vank kafedralı Yeni Culfada yerləşir. 1606-cı ildə Səfəvi şahı I Şah Abbas İsfahan yaxınlığında Yeni Culfa adlı yaşayış yeri saldıraraq Culfadan köçürdüyü 150 mindən artıq ermənini burada məskunlaşdırmışdı.
Yeni Dalğa
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymond Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Yeni Daşkənd
Yeni Daşkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı, Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir. Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir. Yaşayış məntəqəsi XX əsrin 50-ci illərində Ermənistan SSR-in Basarkeçər rayonunun Daşkənd kəndindən kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin ikinci dəfə, yenidən salındığını, ikinci komponenti isə köhnə kəndin adını bildirir. Türkiyəni öz təsir dairəsinə salmaq istəyən Sovet rəhbərliyinə görə, Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər. Azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinin səbəbləri sırasında Kremlin siyasi dairələrində erməni lobbisinin aktiv fəaliyyəti və xaricdən Ermənistan SSR-ə köçürülmüş ermənilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qeyd olunurdu. Bu prosesin nəticəsində SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarına uyğun olaraq, 1948–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı.
Yeni Dehli
Yeni Dehli (hind. नई दिल्ली, pənc. ਨਵੀਂ ਦਿੱਲੀ, urdu نئی دلی, benq. নতুন দিল্লি, ing. New Delhi) — Hindistanın rəsmi paytaxtı, Dehli şəhərinin rayonu. 42,7 km² ərazisi var, Hindistan hökuməti və Dehli şəhər hökumətinin rezidensiyası burada yerləşir.
Yeni Dizaxlı
Yeni Dizaxlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Dizaxlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yeni Dizaxlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yeni Dizaxlı kəndi Dizaxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni Dizaxlı kənd inzibati ərazi vahidi yaradılmışdır. Kənd Kov Murad dağının ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalmasına əsasən kənddə 2008 nəfər yaşayır. Əhali ləzgilər və azərbaycanlılardır. Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdə fərdi qoyunçuluq təsərrüfatını genişləndirmişdir. Kənd təsərrüfatı məhsullarının əkilməsi də geniş yayılmışdır. Suvarma kənddən axan kanal vasitəsilə təmin edilir, həmçinin kəndə təmiz su xətti də çəkilib.
Yeni Federalizm
Yeni Federalizm, səlahiyyətlərin verilməsini və ya müəyyən səlahiyyətlərin Amerika Birləşmiş Ştatlarının federal hökumətindən ştatlara qaytarılmasını nəzərdə tutan siyasi fəlsəfədir. Yeni Federalizmin əsas məqsədi, Federalizmin XVIII əsr siyasi fəlsəfəsindən fərqli olaraq, prezident Franklin Ruzveltin Yeni Müqaviləsi nəticəsində federal hökumətə itirdikləri muxtariyyət və hakimiyyətin bir hissəsini ştatlara qaytarmaqdır. Yeni Federalizm ideyalarının bir çoxu Riçard Niksonla ortaya çıxdı. Bir siyasət mövzusu olaraq, Yeni Federalizm adətən federal hökumətin sosial problemi həll etmək üçün dövlətlərə blok qrantlar verməsini əhatə edir. Federal hökumət daha sonra nəticələrə nəzarət edir, lakin proqramların necə həyata keçirilməsi ilə bağlı ştatlara geniş ixtiyar verir. Bu yanaşmanın tərəfdarları bəzən Louis Brandeisin New State Ice Co. v. Onlar Liebmann işində fərqli rəydən bir sitata istinad edirlər: Vətəndaşları istəsələr, vahid bir cəsur dövlətin laboratoriya kimi fəaliyyət göstərə bilməsi və ölkənin qalan hissəsi üçün risk yaratmadan yeni sosial-iqtisadi eksperimentlər apara bilməsi federal sistemin sevindirici hadisələrindən biridir. Gerston, Larry N. American Federalism: A Concise Introduction. Routledge.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib. 2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir. Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Yeni Fransa
Yeni Fransa (1534–1763) — Şimali Amerikada mövcud olmuş fransız dövləti.
Yeni Göyçə
Yeni Göyçə (1991-ci ilədək Saler) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd dağətəyi ərazidədir. 1988-ci ildə Qərbi Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırım nəticəsində öz doğma torpaqlarından məcburən çıxarılanların müəyyən bir hissəsi 1988-ci ildən bu kənddə məskunlaşmış və o üzdən kəndin adını Yeni Göyçə qoymuşlar. Sonradan əsasən Kəlbəcər rayonundan da qaçqınlar burada yaşamağa başlamışlar. 1988-ci ilin məlum deportasiyasından sonra Qərbi Azərbaycanın Göyçə mahalından bu kəndə pənah gətirənlər məskunlaşmışlar. Kənd əhalisi 204 nəfərdir ki, onunda 104 nəfəri kişi, 100 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Yeni Günəşli
Yeni Günəşli — Suraxanı rayonunda Qaraçuxur bələdiyyəsinə bağlı qəsəbə. Yaşayış sahəsinin əsası 1986-cı ildə qoyulmuşdur. Əhmədli yaylasındadır. Yeni Günəşlidə 31 nömrəli poliklinika, 275, 278, 279, 282, 285, 290 saylı orta məktəblər, "AB", "V", "Q" və "D" yaşayış sahələri yerləşir. Yeni Günəşli İstirahət Mərkəzi tikilməkdədir. Bakı metrosunun Yeni Günəşli metrostansiyasının isə tikintisi nəzərdə tutulur. Yeni Günəşlidə Xanım Fatimeyi-Zəhra məscidi fəaliyyət göstərir. Yeni Günəşlidə 46300 nəfər yaşayır. Adı Günəşlidir...
Yeni Gəncə
Yeni Gəncə — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. Həsən Həsənov tərəfindən 1979-cu ilin mart ayının 3-də Yeni Gəncə yaşayış massivində, Quru Qobu sahəsində Xatirə Parkı salınmışdır. Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyətini Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir. XIX əsrin ilk dekadasında bu parka Heydər Əliyevin adı verilmişdir. 2012-ci ilin mart ayında ərazidə olan "Novruz meydanı" tam təmir olunmuşdur. Orada bir neçə ağac növləri əkilmişdir. XX əsrin 80-ci illərində istifadəyə verilən qəsəbəyə demək olar ki, Azərbaycanın hər yerindən ailələr köç etmişlər. Əsas yaşayış sakinləri Gəncə şəhəri ətrafında yerləşən Tovuz, Şəmkir, Qazax, Samux, Daşkəsən, Goranboy, Tərtər və Göygöl rayonlarının sakinləridirlər.
Yeni Havuş
Yeni Havuş — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Yeni Havuş kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Yeni Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Havuş kəndi mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Yeni Həqiqət
"Yeni həqiqət" qəzeti (az-əbcəd. یݣی حقيقت‎) — 1911-ci ildə çıxmış gündəlik qəzet. 1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. "Günəş" və "Həqiqət" qəzetlərinin davamı idi. "Yeni həqiqət"də müxtəlif siyasi-inzibati regionların həyatına dair informasiyalar, beynəlxalq siyasətə, dini məsələlərə dair məqalələr, bədii ədəbiyyat nümunələri dərc olunurdu. Qəzetin naşiri və baş redaktoru Oruc Orucov, əsas müəllifləri Əhməd bəy Ağayev (Ağaoğlu), Mirzə Ələkbər Sabir, Əliabbas Müznib, Mirzə Məhəmməd Axundov, Məhəmmədsadıq Axundov, Abdulla bəy Divanbəyoğlu, Azad Mərəndi, Əliqulu Qəmküsar və b. idi. Avropa dövlətlərinin şərqdə müstəmləkəçilik siyasətinin tənqidi, dünya müsəlmanlarının birliyi, "İttihadi-islam" ideyasının təbliği "Yeni həqiqət"in əsas ideya istiqamətini təşkil edirdi. Ə.Ağayevin "Osmanlı məktubları" silsiləsin=də, Haşım Məhəmmədzadənin "Avropalılar və ovçuluq", İstanbul müxbirinin "Müsəlmanlara qəsd" məqalələrində və s.
Yeni Həyat
Yeni Həyat (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yeni Həyat (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Yeni Həyat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Yeni Həyat — Azərbaycan SSR–in Bərdə rayonunda (Yeni Daşkənd) mövcud olmuş kolxoz.
Cümə, ayın 13-ü. Yeni başlanğıc (film, 1985)
Cümə, ayın 13-ü. Yeni başlanğıc (ing. Friday, the 13th: A New Beginning) — 1985-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Cümə, ayın 13-ü. Yeni qan (film, 1988)
Cümə, ayın 13-ü. Yeni qan (ing. Friday the 13th Part VII: The New Blood) — 1988-cı ildə istehsal olunmuş ABŞ filmidir.
Cümə məscidi (Yeni Ataqi)
Molla Elax adına Yeni Ataqi Cümə Məscidi (çeç. Элах-моллин цIарах дина маьждиг) — Çeçenistan Respublikasının Şali rayonu Yeni Ataqi kəndində əsas cümə məscidi. Məscid XX əsrin əvvəllərinə inşa edilmişdir. Məscidin binası yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir. Məscidin mərkəzi girişinə yaxın çərçivədə qara mərmərdən hazırlanmış lövhə qoyulmuşdur: "Molla Elax adına məscid 1913-1331" (hicri təqvimi) (çeç. Элах-моллин цIарах дина маьждиг 1913-1331). Molla Elax Dəbirov 1871-ci ildə Yeni Ataqi kəndinin qzısı seçilmiş, on üç il bu vəzifədə qalmışdır. Tikilməzdən əvvəl indiki mərkəzi məscidin yerində 1880-cı ildə ucaldılmış kiçik taxta sökük məscid var idi. 33 il sonra, XX əsrin əvvəllərində Yeni Ataqi kəndinin sakinləri köhnə məscidn yerində təməli qaya qayadan və divarları qırmızı kərpicdən olan yenisini tikmək qərarına gəldilər. 1904-cü ildən sakinlər Bakıdan mişar daşı almağa başladılar.
Cırtdanın Yeni Sərgüzəşti (1973)
Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan xalq nağılının məşhur qəhrəmanı Cırtdannın bizim günlərdə başına gələn yeni əyləncəli sərgüzəştlərindən söhbət açılır. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik bir-birini tamamlayır. İnsan düşüncəsinin məhsulu olan nəhəng müasir texnika bəşər övladına həmişə kömək etməyə hazırdır. Budur, əfsanəvi Simurq quşu və xalça-təyyarə sehrli yumağın arxasınca nə qədər uçurlarsa da xeyri olmur, onu tuta bilmirlər. Köməyə güclü və xeyirxah raket gəlir. O, sehrli yumağı tutub balaca Cırtdana qaytarır. Ssenari müəllifi: Fikrət Sadıq Rejissor: Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam: Kamil Nəcəfzadə Operator: Aleksandr Milov Bəstəkar: Oqtay Zülfüqarov Səs operatoru: Kamal Seyidov Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov Fon rəssamı: Nazim Məmmədov Rejissor assistenti: Hafiz Əkbərov Montaj edən: Esmira İsmayılova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: A.Məhərrəmov Amaliya Pənahova — Simurq quşu Məmmədrza Şeyxzamanov — uçan xalça Ş.Bağırova Gülnaz Qədirli Məmmədov, A. “Cırtdanın yeni sərgüzəşti” [Azərbaycan kinostudiyasının yeni çəkdiyi "Cırtdanın yeni sərgüzəşti" filmi haqqında] //Ədəbiyyat və incəsənət.- 1974.- 28 dekabr.- səh. 16. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cırtdanın yeni sərgüzəşti (film, 1973)
Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan xalq nağılının məşhur qəhrəmanı Cırtdannın bizim günlərdə başına gələn yeni əyləncəli sərgüzəştlərindən söhbət açılır. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik bir-birini tamamlayır. İnsan düşüncəsinin məhsulu olan nəhəng müasir texnika bəşər övladına həmişə kömək etməyə hazırdır. Budur, əfsanəvi Simurq quşu və xalça-təyyarə sehrli yumağın arxasınca nə qədər uçurlarsa da xeyri olmur, onu tuta bilmirlər. Köməyə güclü və xeyirxah raket gəlir. O, sehrli yumağı tutub balaca Cırtdana qaytarır. Ssenari müəllifi: Fikrət Sadıq Rejissor: Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam: Kamil Nəcəfzadə Operator: Aleksandr Milov Bəstəkar: Oqtay Zülfüqarov Səs operatoru: Kamal Seyidov Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov Fon rəssamı: Nazim Məmmədov Rejissor assistenti: Hafiz Əkbərov Montaj edən: Esmira İsmayılova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: A.Məhərrəmov Amaliya Pənahova — Simurq quşu Məmmədrza Şeyxzamanov — uçan xalça Ş.Bağırova Gülnaz Qədirli Məmmədov, A. “Cırtdanın yeni sərgüzəşti” [Azərbaycan kinostudiyasının yeni çəkdiyi "Cırtdanın yeni sərgüzəşti" filmi haqqında] //Ədəbiyyat və incəsənət.- 1974.- 28 dekabr.- səh. 16. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cənub adası (Yeni Torpaq)
Cənub adası — Yeni Torpaq arxipelaqına daxil olan ada, Şimal adası ilə Matoçkin Şar boğazı vastəsi ilə ayrılır. Vayqaç adasından Kara darvazası (boğaz) vastəsi ilə ayrılır. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın sahəsi 33,275 km² təşkil edir. Ada Saxalin və Şimal adası kimi adalardan sonra Rusiyada sahəsinə görə üçüncüdür. Adanın qərbində Qusinnaya Zemlya yarımadası yerləşir. Ən hündür nöqtəsi — Pervousmotrennaya dağıdır (1291 m). Qədimdə adada məlum olmayan qəbilə yaşamışdır. Belə düşünülür ki Ust-Poluyu mədəniyyətinə aid qəbilələrdir. Alman mifologiyasında Sirtya adı ilə tanınır.
Cənub adası (Yeni Zelandiya)
Cənub adası (ing. South Island, mao. Te Wai-pounamu — Te-Vai-Pounamu,1840-cı illərdə həmcinin Yeni Manster) — Yeni Zelandiyanın sahəsinə görə birinci adasıdır. Adanın sahəsi — 150 437 km² təşkil edir, bu isə Adaların dünyada sahəsinə görə sıralamasında 12-ci yerdə gedir. Kuk boğazı Şimaladadı ilə Cənub adasını bir-birindən ayırır. — Adanın qərb sahillərinə yaxın Cənubi Alp dağları uzanır. Burada Yeni Zelandiyanın ən hündür zirvəsi olan Kuk dağı (3754 m) yerləşir. Cəbubi Alp dağlarında olan 18 zirənin hündürlüyü 3000 metri keçir. Dağlarda 360 buzlaq vardır. Onlardan ən böyükləri: Tasman buzlağı, Frans-İosif buzlağı və Foks buzlağı.
Cəsur Yeni Dünya
Cəsur yeni dünya — ingilis yazıçı Oldos Hakslinin antiutopiya janrında yazdığı romanı. İkinci dünya müharibəsindən öncə çıxan bu romanı Oldos Hakslinin şah əsəri sayıla bilər. Müəllifə görə bu roman gələcək haqqında kəhanətdən ibarətdir. O, roman çap olunduqdan sonra verdiyi bir müsahibədə əsərin utopiya, yoxsa distopiya olduğuna qərar vermədiyini deyirdi. Lakin vəfatından bir neçə il əvvəl yazdığı "Cəsur yeni dünyaya səyahət" adlı kitabında 20 il əvvəl etdiyi səhvləri düzəldirdi. Haksli yazdığı distopiyaya utopiya yazan tək müəllifdir. Antik yunan mifologiyası, Polineziya antropologiyası, sanskritcə və çincə buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa, şeir və ədəbiyyat, tənqidlər, politoloji şərhlər və minlərlə müsahibələr… Haksli "Cəsur yeni dünya"nı və "Ada"nı bütün bunlardan topladığını deyir. Müəllifin əsərin finalı haqqında sonradan etdiyi düzəlişsə diqqətə layiqdir. "Şübhəsiz "Cəsur yeni dünya"da da bir çox yanlışlar var.
Donni Yenin filmoqrafiyası
Honq Konq aktyoru, kinorejissor, prodüser Donni Yenin filmoqrafiyası. Donni Yen 74 filmə və 9 tele-seriala çəkilib.
Dünyanın yeni yeddi möcüzəsi
[1]
Efiopiya 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Efiopiya - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Ehtiyat Bankı (Yeni Zelandiya)
Yeni Zelandiya Ehtiyat Bankı (ing. Reserve Bank of New Zealand) — Yeni Zelandiyanın mərkəzi bankı. Uzun müddət Yeni Zelandiyanın pul dövriyyəsində təkcə Britaniya deyil, həm də xarici sikkələrdən (İspan, Hindistan, Portuqal, Danimarka, Hollandiya) istifadə olunurdu. 1840-1881-ci illərdə özəl istiqrazlar, 1857-1881-ci illərdə isə özəl mis tokenlər buraxılmışdır. İmperator Sikkə Qanununa (1870) əsasən, 1897-ci ildən Britaniya sikkələri yeganə qanuni ödəniş vasitəsi oldu. Dövriyyədə altı özəl bankın əskinasları da var idi (Oklend Bankı, Avstralaziya Bankı, Yeni Cənubi Uels Bankı və s.). 1 aprel 1934-cü ildə Yeni Zelandiyanın Ehtiyat Bankı Aktı qəbul edildi. 1934-cü il avqustun 1-də bank fəaliyyətə başladı və əskinaslar buraxıldı. 1936-cı ildə bank milliləşdirildi. Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб.
Eritreya 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Eritreya — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Eritreya Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Ermənistan 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Ermənistan — 14–26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında.
Esvatini 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Esvatini - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Filippin 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Filippin — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Filippin Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
Gürcüstan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Gürcüstan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Gürcüstan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Hindistan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Hindistan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Hindistan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Hindistanda Yeni il
Yeni il Hindistanda — Hindistanda təntənə ilə qeyd olunan bayram. Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə, mərkəzində isə evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün hədiyyələr, şirniyyatlar və gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözübağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər. Yeni il dünyada necə qeyd edilir?
Həştgerd (Yeni şəhər)
Yeni Həştgird (fars. شهرجديدهشتگرد‎)— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,619 nəfər və 4,353 ailədən ibarət idi.
KYRM 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
KYRM — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. KYRM Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Kas çayı (Yenisey)
Kas çayı — Yenisey çayının sol qolu. Kas çayı- Şərqi Sibirdə Krasnayarsk əyalətinin çayı olub, 1817 km yüksəklikdən Yenisey çayına tökülür. Qərbi Sibir düzənliyinin şərqindən axır. Çayın uzunluğu 464 km-dir. Hövzəsinin sahəsi isı 11200 кm²-dir. İllik su sərfi isə 53 m³/san-dir.
Kayman adaları 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Kayman adaları — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Kayman adaları Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Kerç-Yenikale kanalı
Kerç-Yenikale kanalı (KEK) (ukr. Керч-Єнікальський канал) — Kerç boğazında olan gəmiçilik kanalı. Azov dənizini Qara dənizlə birləşdirir. Kanal həm də Krım yarımadasını Taman yarımadasından ayırır. Kerç-Yenikale kanalı XIX əsrin sonunda gəmiçilik üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə yaradılmışdır. Kanalın inşası 1874-1877-ci illərdə həyata keçirilmişdir. Kanalın adı Rusiya İmperiyası zamanı Krım yarımadasında olan Kerç-Yenikala inzibati mərkəzinin adından götürülümüş. Yenikale ərazidə yerləşən Yenikale qalasının adıdır. Kanalın ilkin dərinliyi — 5,7 metr idi. 1903-cü ildə kanalın dərinliyi 6,4 metrə, 1908-ci ildə isə dərinlik 7,3 metrə çatdırılmış.

Значение слова в других словарях