YENGEÇ
YENİDEN
OBASTAN VİKİ
Yapon yeni
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yeni Abdinli
Yeni Abdinli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Yeni Afon
Yeni Afon (abx. Афон Ҿыц; gürc. ახალი ათონი; rus. Новый Афон; yun. Νέος Άθως) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasının Qudauta rayonunda, Qara dənizin sahilində, Suxumi şəhərinin 22 km uzaqlığında yerləşən kiçik şəhər. Şəhər müxtəlif vaxtlarda Nikopol, Anakopiya, Nikopiya, Nikopsis, Psırtsxa, Absara adlarını daşımışdır. Şəhərin yaxınlığında yerləşən Yeni Afon mağarası Gürcüstanın görməli yerlərindəndir. == Tarixi == Qədim və böyük yunan liman şəhəri Anakopiya haqqında ilk məlumatlar III əsrə aiddir. V əsrdə gürcülər İver dağının zirvəsində qala tikmişlər. Şəhər Bizans İmperiyasından asılı olmuş Abxaz knyazlığının və VIII əsrdə arxon II Leonun dövründə Abxaziya Krallığının paytaxtı olmuşdur.
Yeni Akvitaniya
Yeni Akvitaniya (fr. Nouvelle-Aquitaine) — Fransanın cənub-qərbində bir bölgədir.
Yeni Aleksandrovka
Yeni Aleksandrovka (başq. Яңы Александровка), rus. Новоалександровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Pisarev): 9 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 65 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (92%) üstünlük təşkil edir.
Yeni Amsterdam
Yeni Amsterdam (nid. Nieuw Amsterdam) — 1626-1664-cü illərdə Nyu-Yorkun ilkin Holland adı. == Yaranma tarixi == 1602-ci ildə Yeddi Birləşmiş Əyalət Respublikasının Baş ştatları (ümumi dildə — Hollandiya Respublikası) Hollandiyanın Qərbi Hindistan şirkətini qurdu, ona Asiyaya şimal-qərb yolunu tapmağı və yeni aşkar edilmiş əraziləri Hollandiyaya birləşdirməyi tapşırdı. 1609-cu ildə İngilis dənizçi Henri Hadson (Hudson) rəhbərlik etdiyi bu şirkətin bir ekspedisiyası, gələcək şəhərin yerində çay deltasının (sonradan Hadson adlandırıldı) kəşf etdi, araşdırdı və xəritəsini hazırladı. 1614-cü ildə ərazi Yeni Hollandiya adı ilə Hollandiya Respublikasına birləşdirildi. Əyalətin ilk yaşayış məntəqəsi 1624-cü ildə Manhetten adasına bitişik olan Qubernator adasında meydana gəldi və daha sonra, 1625-ci ildə Amsterdam Fort Manhettenin cənub ucunda yerlilər tərəfindən inşa edildi. == İstinadlar == == Xarici keçidlər == Hugh Morrison, Early American Architecture ISBN 0-486-25492-5 (Oxford University Press, 1952) [Dover Ed.
Yeni Armavir
Yeni Armavir — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Yeni Aul
Yeni Aul (rus. Новый Аул) — Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən kəndlərdən biridir. == Coğrafiya == Məhərrəmkənddən 7 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ilin məlumatına görə kənddə 2760 nəfər yaşayır.
Yeni Başkənd
Yeni Başkənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Yeni Britaniya
Yeni Britaniya (ing. New Britain, alm. Neupommern‎) — Melaneziyada yerləşən və Papua-Yeni Qvineyanın tərkibinə daxildir. Bismark arxipelaqının (1885-ci ilə qədər Yenibritaniya arxipelaqı) ən iri adasıdır == Coğrafiya == Adanın sahəsi 35 144,6 km² təşkil edir. 2011-ci il məlumatına görə 500 min insan yaşayır. Onun uzunluğu 600 km, enu 80 km-dir. 1966-ci ilə görə ada iki vilayətə bölünür: Şərqi Yeni Britaniya və Qərbi Yeni Britaniya. Şərq vilayət qərbə nisbətən kiçikdir. Qərbi Yeni Britaniya vilayətinin mərkəzi Kimbe, Şərqi Britaniya vilayətinin mərkəzi Kokopo şəhəridir. 1994-ci il Tavurvur vulkanının püskürməsinə qədər mərkəz Rabaul şəhəri olmuşdur.
Yeni Bunab
Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. == Tarixi == 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi. == Coğrafiyası == Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir — Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.
Yeni Bəyazid
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Yeni Culfa
Yeni Culfa - (fars. جلفای‌نو‎, erm. Նոր Ջուղա) - İranın İsfahan şəhərində ermənilərin kompakt yaşadığı məhəllə. XVII əsrə aid Vank kafedralı Yeni Culfada yerləşir. == Tarixi == 1606-cı ildə Səfəvi şahı I Şah Abbas İsfahan yaxınlığında Yeni Culfa adlı yaşayış yeri saldıraraq Culfadan köçürdüyü 150 mindən artıq ermənini burada məskunlaşdırmışdı.
Yeni Dalğa
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymond Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. == Keçirildiyi yer == İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. == İştirakçılar == Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Yeni Daşkənd
Yeni Daşkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun Yeni Daşkənd kənd inzibati ərazi dairəsində kənd. Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı, Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir. Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir. == Tarixi == === Etimologiya === Yaşayış məntəqəsi XX əsrin 50-ci illərində Ermənistan SSR-in Basarkeçər rayonunun Daşkənd kəndindən kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin ikinci dəfə, yenidən salındığını, ikinci komponenti isə köhnə kəndin adını bildirir. === XX əsr === Türkiyəni öz təsir dairəsinə salmaq istəyən Sovet rəhbərliyinə görə, Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər. Azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinin səbəbləri sırasında Kremlin siyasi dairələrində erməni lobbisinin aktiv fəaliyyəti və xaricdən Ermənistan SSR-ə köçürülmüş ermənilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qeyd olunurdu. Bu prosesin nəticəsində SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarına uyğun olaraq, 1948–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı.
Yeni Dehli
Yeni Dehli (hind. नई दिल्ली, pənc. ਨਵੀਂ ਦਿੱਲੀ, urdu نئی دلی, benq. নতুন দিল্লি, ing. New Delhi) — Hindistanın rəsmi paytaxtı, Dehli şəhərinin rayonu. 42,7 km² ərazisi var, Hindistan hökuməti və Dehli şəhər hökumətinin rezidensiyası burada yerləşir.
Yeni Dizaxlı
Yeni Dizaxlı — ( ləz. ЦӀийи Дизахлы ) Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Dizaxlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yeni Dizaxlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yeni Dizaxlı kəndi Dizaxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni Dizaxlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası == Kənd Kov Murad dağının ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalmasına əsasən kənddə 2008 nəfər yaşayır. Əhali ləzgilər və azərbaycanlılardır. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdə fərdi qoyunçuluq təsərrüfatını genişləndirmişdir. Kənd təsərrüfatı məhsullarının əkilməsi də geniş yayılmışdır.
Yeni Federalizm
Yeni Federalizm, səlahiyyətlərin verilməsini və ya müəyyən səlahiyyətlərin Amerika Birləşmiş Ştatlarının federal hökumətindən ştatlara qaytarılmasını nəzərdə tutan siyasi fəlsəfədir. Yeni Federalizmin əsas məqsədi, Federalizmin XVIII əsr siyasi fəlsəfəsindən fərqli olaraq, prezident Franklin Ruzveltin Yeni Müqaviləsi nəticəsində federal hökumətə itirdikləri muxtariyyət və hakimiyyətin bir hissəsini ştatlara qaytarmaqdır. Yeni Federalizm ideyalarının bir çoxu Riçard Niksonla ortaya çıxdı. Bir siyasət mövzusu olaraq, Yeni Federalizm adətən federal hökumətin sosial problemi həll etmək üçün dövlətlərə blok qrantlar verməsini əhatə edir. Federal hökumət daha sonra nəticələrə nəzarət edir, lakin proqramların necə həyata keçirilməsi ilə bağlı ştatlara geniş ixtiyar verir. Bu yanaşmanın tərəfdarları bəzən Louis Brandeisin New State Ice Co. v. Onlar Liebmann işində fərqli rəydən bir sitata istinad edirlər: Vətəndaşları istəsələr, vahid bir cəsur dövlətin laboratoriya kimi fəaliyyət göstərə bilməsi və ölkənin qalan hissəsi üçün risk yaratmadan yeni sosial-iqtisadi eksperimentlər apara bilməsi federal sistemin sevindirici hadisələrindən biridir. == İstinadlar == == Xarici keçidlər == Gerston, Larry N. American Federalism: A Concise Introduction. Routledge.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — Azərbaycanda innovasiya və startap ekosisteminin əsas oyunçularından biri. O, 2013-cü ildə Azərbaycanda ölkə miqyasında ilk startap müsabiqələrindən birini təşkil etmişdir. UNESCO-nun 2021-ci il üzrə dünya üzrə yayımlamış olduğu hesabatının Azərbaycan bölməsində Yeni Fikir müsabiqəsinə toxunulmuş və Yeni Fikirə məxsus "Smart Bridge" innovativ sahibkarlığa dəstək layihəsi yüksək qiymətləndirilmişdir. Mərkəz eyni zamanda inkubasiya və akselerasiya mərkəzi kimi fəaliyyət göstərir. === Startap müsabiqəsi === Yeni Fikir 2013-cüi ildə Azərbaycanda ölkə miqyasında ilk startap müsabiqələrindən birini keçirmişdir. Bu müddət ərzində 6 dəfə keçirilən müsabiqəyə ümumilikdə 1000-ə yaxın startap layihəsi cəlb edilmişdir. === Regionlarda === Yeni Fikir, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarında "Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı" çərçivəsində 100-dən çox təşəbbüskara startap yanaşması və layihə inkişafı üzrə təlimlər keçirmişdir. İştirakçılara fərdi mentorluq xidmətləri təqdim edilmiş, nəticədə 32 startap layihəsi formalaşdırılmışdır. Bu layihələrin inkişafı isə Quba və İsmayıllıda təşkil olunan bootcamp-lar vasitəsilə dəstəklənmişdir.
Yeni Fransa
Yeni Fransa (1534–1763) — Şimali Amerikada mövcud olmuş fransız dövləti.
Yeni Göyçə
Yeni Göyçə (1991-ci ilədək Saler) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. 1988-ci ildə Qərbi Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırım nəticəsində öz doğma torpaqlarından məcburən çıxarılanların müəyyən bir hissəsi 1988-ci ildən bu kənddə məskunlaşmış və o üzdən kəndin adını Yeni Göyçə qoymuşlar. Sonradan əsasən Kəlbəcər rayonundan da qaçqınlar burada yaşamağa başlamışlar. == Əhalisi == 1988-ci ilin məlum deportasiyasından sonra Qərbi Azərbaycanın Göyçə mahalından bu kəndə pənah gətirənlər məskunlaşmışlar. Kənd əhalisi 204 nəfərdir ki, onunda 104 nəfəri kişi, 100 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Yeni Zuvand
Yeni Zuvand (əvvəlki adı: Zuvandlı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati ərazi dairəsi tərkibindəki Zuvandlı kəndi Yeni Zuvand kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Lerik rayonunun indi mövcud olmayan Zuvand kəndindən (keçmişdə Masallı rayonunun adı da Zuvand olmuşdur) çıxmış ailələrin bu ərazidə məs­kunlaşması nəticəsində yaranmışdır. Oyko­nim "Zuvanddan gələnlər, zuvandlılar" mə­nasındadır. 2001-ci ildən kəndin adı Yeni Zuvand kimi rəsmiləşdrilmişdir. == Əhalisi == Əhalisi 888 nəfərdir. == Təhsil == Kənddə 1 tam orta məktəb fəaliyyət göstərir.
Yeni dünya
Yeni dünya — Avrasiya və Afrikadan kənarda qalan materikləri ifadə edən və adətən Amerika qitəsini bildirmək üçün işlədilən termin. Bu termin ilk dəfə XV əsrin axırlarında avropalılar tərəfindən işlədilib. Amerika qitəsini kəşf edənə qədər avropalılar dünyanın yalnız Avropa, Asiya və Afrikadan (Köhnə dünya) ibarət olduğunu düşünürdülər.
Yeni hegelçilik
Yeni hegelçilik və ya neohegelçilik — XIX əsrin sonu və XX əsrin əvvəllərində Hegel fəlsəfəsinin ruhunun qismən canlandığı fəlsəfə istiqaməti. Neohegelçilik 1865-ci ildə Ceyms Hatçison Stirlinqin "Hegelin sirri" kitabının nəşrindən sonra İngiltərədə yaranıb. XIX əsrin sonlarında bu cərəyan geniş vüsət aldı və pozitivizmin və materializmin hökmranlığına cavab kimi qəbul edildi. Onun ingilisdilli ölkələrdə ən böyük nümayəndələri Tomas Qrin, Frensis Bredli, Roys Cosayya, Con Mak-Taqqart və həmçinin Robin Kollinqvud idi. XX əsrin 20-ci illərinin sonlarında Böyük Britaniyada inkişaf etmiş analitik fəlsəfə və Amerika praqmatizmi və neorealizmi ilə rəqabətə tab gətirə bilməyən mütləq idealizm məktəbi (anqlosakslar neohegelçiliyi) fəaliyyətini dayandırdı. Bununla belə, Hegel metodu sosial elmləri həmişəlik tərk etmədi, çünki Fukuyamanı müasir ingilisdilli neo-Hegelçi adlandırmaq olar. XIX əsrdə Hegelin təlimi Auqusto Vera vasitəsilə İtaliyada yayıldı. XX əsrdə italyan neo-hegelizmi Covanni Centile və Benedetto Kroçe adları ilə təmsil olunur; tendensiya Hollandiya və Fransada da yayılmaqdadır. Sonuncu halda, hegelçilik ekzistensializmlə birləşir. 1930-cu ildə Hollandiyada neohegelçiliyin mərkəzi — Beynəlxalq Hegel İttifaqı quruldu, qurultayları Haaqada (1930), Berlində (1931) və Romada (1934) keçirilib.
Yeni hüdudlar
Yeni hüdudlar — Günəş sisteminin planetləri olan Yupiter, Venera və cırtdan planet olan Plutonu tədqiq etmək məqsədilə NASA tərəfindən aparılan kosmik kəşfiyyat missiyaları seriyasından biridir. == İstinadlar == == Xarici keçidlər == "NASA to Launch New Science Mission to Asteroid in 2016". Retrieved 25 May 2011. NASA/JPL Near-Earth Object Program Office. 21 July 2015. Archived from the original Lunar Geophysical Network (LGN). Planetary Science Decadal Survey – Mission Concept Study Final Report, 2011.
Hindistan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Hindistan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Hindistan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Hindistanda Yeni il
Yeni il Hindistanda — Hindistanda təntənə ilə qeyd olunan bayram. Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə, mərkəzində isə evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün hədiyyələr, şirniyyatlar və gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözübağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Həştgerd (Yeni şəhər)
Yeni Həştgird (fars. شهرجديدهشتگرد‎)— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,619 nəfər və 4,353 ailədən ibarət idi.
KYRM 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
KYRM — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. KYRM Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Kas çayı (Yenisey)
Kas çayı — Yenisey çayının sol qolu. == Əsas göstəriciləri == Kas çayı- Şərqi Sibirdə Krasnayarsk əyalətinin çayı olub, 1817 km yüksəklikdən Yenisey çayına tökülür. Qərbi Sibir düzənliyinin şərqindən axır. Çayın uzunluğu 464 km-dir. Hövzəsinin sahəsi isı 11200 кm²-dir. İllik su sərfi isə 53 m³/san-dir.
Kayman adaları 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Kayman adaları — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Kayman adaları Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Keniya 2016 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Keniya 2016-cı ildə Norveçin Lillehammer şəhərində baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında. 12-21 fevral tarixləri arasında Lillehammerdə baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında Keniya 1 idmançı ilə 1 idman növündü təmsil olundu. Keniya Lillehammerdən vətənə medalsız döndü.
Kerç-Yenikale kanalı
Kerç-Yenikale kanalı (KEK) (ukr. Керч-Єнікальський канал) — Kerç boğazında olan gəmiçilik kanalı. Azov dənizini Qara dənizlə birləşdirir. Kanal həm də Krım yarımadasını Taman yarımadasından ayırır. == Tarixi == Kerç-Yenikale kanalı XIX əsrin sonunda gəmiçilik üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə yaradılmışdır. Kanalın inşası 1874-1877-ci illərdə həyata keçirilmişdir. Kanalın adı Rusiya İmperiyası zamanı Krım yarımadasında olan Kerç-Yenikala inzibati mərkəzinin adından götürülümüş. Yenikale ərazidə yerləşən Yenikale qalasının adıdır. Kanalın ilkin dərinliyi — 5,7 metr idi. 1903-cü ildə kanalın dərinliyi 6,4 metrə, 1908-ci ildə isə dərinlik 7,3 metrə çatdırılmış.
Kipr 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Kipr — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Kipr Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Kiçik Yenisey
Kiçik Yenisey çayı (tıva Каа-Хем) — Tuva Respublikasında böyük bir çay, Yenisey hövzəsinə aiddir. Hövzəsinin sahəsi 58,700 km²-dir. Tuvan dilindən tərcümədə Kaa-Xem çayının adı "kiçik çay" deməkdir. Demək olar ki, bütün hövzəsi boyunca dağlıq ərazidən axır. == Hidrometriya == Kiçik Yeniseyin axması 23 il ərzində (1974–1999) Qızıldakı nəzarət-ölçü stansiyasında müşahidə edilmişdir. Bu dövrdə Qızılda qeydə alınan orta illik axın 59849 km² hövzə üzrə 410 m³/s olmuşdur. Bu Tuva kontekstində yüksək hesab edilə bilən illik ortalama 221 mm yağışa uyğundur. Çaylar üçün qidalanmanın əsasən mənbəyi yüksək Sayan dağlarında qar və buzlaqların əriməsi ilə təmin edilir. Yay yağışı yaz-yay aylarında, may-avqust aylarında düşür. Pik axını iyun ayında hövzənin zirvələrində qar və buzun kütləvi əriməsi zamanı baş verir.
Köhnə-Yeni sinaqoq
Köhnə-Yeni sinaqoq (çex. Staronová synagoga; alm. Altneu-Synagoge‎) — Praqa şəhərində hələ də dini mərasimlər üçün istifadə olunan Avropada ən qədim sinaqoqlardan biridir. O, həmçinin Mərkəzi Avropada ən qədim sinaqoqlardan, Yozefov rayonunun isə mühafizə olunmuş ən köhnə binalarından sayılır. Sinaqoqun əsası guman olunur ki, XIII əsrin ikinci yarısında günümüzə qədər saxlanılmış Köhnə şəhərin orijinal salçılıq sahələrinin üzərində qoyulmuşdur (XIII əsrdə daşqından mühafizə tədbirləri çərçivəsində bina Köhnə Şəhərin ümumi səviyyəsindən 1–3 m yüksəldilmişdir). Sinaqoqun yaradılması, yəhudi qəbiristanlığının meydana gəlməsi ilə birgə Praqanın Nove Mesto rayonunda yəhudi bağının (çex. Židovská zahrada) əsasının qoyulması ilə sıx bağlıdır. Sinaqoq tədricən yəhudi məhəlləsinin mərkəzinə çevrilir. Onun yaxınlığında açıq bir yer mövcud idi, insanlar buraya bazarlıq etmək və ya paltar yumaq üçün üz tuturdular. Çoxsaylı yanğınlar zamanı ətrafdakı taxta evlərdən sinaqoqa alovun keçməməsini və maksimal şəkildə təhlükəsizliyini təmin etmək məqsədilə, bu məkan daha çox yanğından mühafizə alanı funksiyasını yerinə yetirirdi.
Livan 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Livan - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən I-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Livan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Livan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Livan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Lixtenşteyn 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Lixtenşteyn — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Lixtenşteyn Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Lüksemburq 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Lüksemburq — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Lüksemburq Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Meksika 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Meksika — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Meksika Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Misirin yeni paytaxtı
Misirin yeni paytaxtı — 13 mart 2015-ci ildə Misir İqtisadi İnkişaf Konferansında İnşaat naziri Mostafa Madbuli tərəfindən elan edilən irimiqyaslı layihədir. Yeni şəhər Qahirənin şərqində və İkinci Böyük Qahirə şəhərətrafı yolunun çölündədir. Hələ ki, şəhərə ad verilməyib. Planlara görə şəhər Misirin inzibati və iqtisadi paytaxtı olacaq. Sahəsi 700 km2-dir. Şəhərdə 5 milyona qədər insanın yaşayacağı və əsas hökumət departamentlərinin və nazirliklərinin, həmçinin xarici səfirlikləri burda yerləşməsi planlaşdırılır. Təklifə hal-hazırda Misir Hava qüvvələri tərəfindən istifadə edilən Vadi Al Candali aeroportunun ərazisində tikiləcək böyük əyləncə parkı və yeni beynəlxalq aeroport daxildir. 45 milyard ABŞ dolları xərci ilə parlamentin, prezident saraylarının, nazirliklərin və xarici səfirliklərin köçürülməsinin 2020-2022-ci illərdə tamamlanması planlaşdırılır. Proyekt üçün ümumi xərc və vaxt açıqlanmayıb. Rəsmi açıqlamadan əvvəl danışan Misirin İnvestisiya naziri Əşrəf Salman yeni paytaxtın Misir xəzinəsindən istifadə etmədən "özəl sektör şirkəti tərəfindən inkişaf etdirilməsi, təfsilatı ilə planlanlaşdırılması və icra edilməsinin" mümkünlüyü barədə danışıb.
Moldova 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Moldova — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Moldova Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Monqolustan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Monqolustan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Monqolustan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Monteneqro 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Monteneqro — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Monteneqro Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Müqəddəs Georgi boğazı (Papua-Yeni Qvineya)
Müqqəddəs Georgi boğazı (ing. Saint George's Channel). Boğaz Bismar arxipelaqına aid olan (qərbdə) Yeni Britaniya ,(şərqdə) Yeni İrlandiya adalarını ayırır. Bismark dənizi ilə Solomon dənizini birləşdirir. Boğaz İrlandiya və Böyük Britaniya arasında yerləşən boğazın şərəfinə adlandırılmışdır. Boğazın uzunluğu 130 km,eni isə ən dar yerdə 8 km təşkil edir.
Məhsul Yığımının Yeni Üsulu (1979)
== Məzmun == Texniki-təbliğat kinolenti Azərbaycan şəraitində məhsulun yeni üsulla-İpatov üsulu ilə yığılması haqqındadır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Məhsul yığımının yeni üsulu (film, 1979)
== Məzmun == Texniki-təbliğat kinolenti Azərbaycan şəraitində məhsulun yeni üsulla-İpatov üsulu ilə yığılması haqqındadır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Mərakeş 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Mərakeş — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Mərakeş Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu və 1 qızıl medala sahibi oldu.
NEOS – Yeni Avstriya və Liberal Forum
NEOS – Yeni Avstriya və Liberal Forum (alm. NEOS – Das Neue Österreich und Liberales Forum‎) — Avstriyada liberal siyasi partiya. == Tarixi == 2012-ci ilin Oktyabr ayında qurulan partiya, JUNOS – Gənc Liberallar Avstriya və Liberal Forum'la ortaq bir seçki siyahısında 2013 qanunvericilik seçkisinə etiraz etdi. 2013-cü ilin Sentyabr ayının 29-da keçirilən seçkilərdə NEOS, 4,9% səs aldı və Milli Şurada 9 oturacaq qazanmışdır. 2014-cü ilin Yanvar ayının 25-də Liberal Forumu ilə birləşərək NEOS – Yeni Avstriya və Liberal Forumunu yaratmışdır. 2014-cü ilin Mart ayında Müstəqil Gənc Liberallar (JuLis)-da birləşərək partiyanın YUNOS — Gənc Liberal NEOS adlı gənc qanadını meydan gətirmişdir. NEOS, 2014-cü ilin May ayının 2-də Avropa üçün Liberal və Demokratlar İttifaqının (ALDİ) tam üzvü olmuşdur. 2014-cü ilin May ayının 25-də olan, 2014 Avropa seçkilərində NEOS, milli səslərin 8,1%-ini aldı və tək bir Avropa Parlamentinin Üzvü döndü. == Siyasətləri və Siyasi Mövqesi == NEOS, birbaşa demokratiyanı Referendumlar və məcburi əsgərlik istifadəsinin sona çatdırılması yolu ilə dəstəklədi və artan mülk vergiləri və siyasi partiyaların ictimai maliyyəsinə qarşı çıxdı.

Значение слова в других словарях