YENƏ
YENİ
OBASTAN VİKİ
Yapon yeni
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yeni Abdinli
Yeni Abdinli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Yeni Afon
Yeni Afon (abx. Афон Ҿыц; gürc. ახალი ათონი; rus. Новый Афон; yun. Νέος Άθως) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasının Qudauta rayonunda, Qara dənizin sahilində, Suxumi şəhərinin 22 km uzaqlığında yerləşən kiçik şəhər. Şəhər müxtəlif vaxtlarda Nikopol, Anakopiya, Nikopiya, Nikopsis, Psırtsxa, Absara adlarını daşımışdır. Şəhərin yaxınlığında yerləşən Yeni Afon mağarası Gürcüstanın görməli yerlərindəndir. == Tarixi == Qədim və böyük yunan liman şəhəri Anakopiya haqqında ilk məlumatlar III əsrə aiddir. V əsrdə gürcülər İver dağının zirvəsində qala tikmişlər. Şəhər Bizans İmperiyasından asılı olmuş Abxaz knyazlığının və VIII əsrdə arxon II Leonun dövründə Abxaziya Krallığının paytaxtı olmuşdur.
Yeni Başkənd
Yeni Başkənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Yeni Britaniya
Yeni Britaniya (ing. New Britain, alm. Neupommern‎) — Melaneziyada yerləşən və Papua-Yeni Qvineyanın tərkibinə daxildir. Bismark arxipelaqının (1885-ci ilə qədər Yenibritaniya arxipelaqı) ən iri adasıdır == Coğrafiya == Adanın sahəsi 35 144,6 km² təşkil edir. 2011-ci il məlumatına görə 500 min insan yaşayır. Onun uzunluğu 600 km, enu 80 km-dir. 1966-ci ilə görə ada iki vilayətə bölünür: Şərqi Yeni Britaniya və Qərbi Yeni Britaniya. Şərq vilayət qərbə nisbətən kiçikdir. Qərbi Yeni Britaniya vilayətinin mərkəzi Kimbe, Şərqi Britaniya vilayətinin mərkəzi Kokopo şəhəridir. 1994-ci il Tavurvur vulkanının püskürməsinə qədər mərkəz Rabaul şəhəri olmuşdur.
Yeni Bunab
Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. == Tarixi == 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi. == Coğrafiyası == Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir - Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.
Yeni Bəyazid
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Yeni Culfa
Yeni Culfa - (fars. جلفای‌نو‎, erm. Նոր Ջուղա) - İranın İsfahan şəhərində ermənilərin kompakt yaşadığı məhəllə. XVII əsrə aid Vank kafedralı Yeni Culfada yerləşir. == Tarixi == 1606-cı ildə Səfəvi şahı I Şah Abbas İsfahan yaxınlığında Yeni Culfa adlı yaşayış yeri saldıraraq Culfadan köçürdüyü 150 mindən artıq ermənini burada məskunlaşdırmışdı.
Yeni Dalğa
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymonds Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır.Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. == Keçirildiyi yer == İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. == İştirakçılar == Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Yeni Daşkənd
Yeni Daşkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı, Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir. Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir. == Tarixi == === Etimologiya === Yaşayış məntəqəsi XX əsrin 50-ci illərində Ermənistan SSR-in Basarkeçər rayonunun Daşkənd kəndindən kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin ikinci dəfə, yenidən salındığını, ikinci komponenti isə köhnə kəndin adını bildirir. === XX əsr === Türkiyəni öz təsir dairəsinə salmaq istəyən Sovet rəhbərliyinə görə, Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər. Azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinin səbəbləri sırasında Kremlin siyasi dairələrində erməni lobbisinin aktiv fəaliyyəti və xaricdən Ermənistan SSR-ə köçürülmüş ermənilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qeyd olunurdu. Bu prosesin nəticəsində SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarına uyğun olaraq, 1948–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı.
Yeni Dehli
Yeni Dehli (hind. नई दिल्ली, pənc. ਨਵੀਂ ਦਿੱਲੀ, urdu نئی دلی, benq. নতুন দিল্লি, ing. New Delhi) — Hindistanın rəsmi paytaxtı, Dehli şəhərinin rayonu. 42,7 кm² ərazisi var, Hindistan hökuməti və Dehli şəhər hökumətinin rezidensiyası burada yerləşir.
Yeni Dizaxlı
Yeni Dizaxlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Dizaxlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yeni Dizaxlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yeni Dizaxlı kəndi Dizaxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni Dizaxlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası == Kənd Kov Murad dağının ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalmasına əsasən kənddə 2008 nəfər yaşayır. Əhali ləzgilər və azərbaycanlılardır. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdə fərdi qoyunçuluq təsərrüfatını genişləndirmişdir. Kənd təsərrüfatı məhsullarının əkilməsi də geniş yayılmışdır. Suvarma kənddən axan kanal vasitəsilə təmin edilir, həmçinin kəndə təmiz su xətti də çəkilib.
Yeni Federalizm
Yeni Federalizm, səlahiyyətlərin verilməsini və ya müəyyən səlahiyyətlərin Amerika Birləşmiş Ştatlarının federal hökumətindən ştatlara qaytarılmasını nəzərdə tutan siyasi fəlsəfədir. Yeni Federalizmin əsas məqsədi, Federalizmin XVIII əsr siyasi fəlsəfəsindən fərqli olaraq, prezident Franklin Ruzveltin Yeni Müqaviləsi nəticəsində federal hökumətə itirdikləri muxtariyyət və hakimiyyətin bir hissəsini ştatlara qaytarmaqdır. Yeni Federalizm ideyalarının bir çoxu Riçard Niksonla ortaya çıxdı. Bir siyasət mövzusu olaraq, Yeni Federalizm adətən federal hökumətin sosial problemi həll etmək üçün dövlətlərə blok qrantlar verməsini əhatə edir. Federal hökumət daha sonra nəticələrə nəzarət edir, lakin proqramların necə həyata keçirilməsi ilə bağlı ştatlara geniş ixtiyar verir. Bu yanaşmanın tərəfdarları bəzən Louis Brandeisin New State Ice Co. v. Onlar Liebmann işində fərqli rəydən bir sitata istinad edirlər: Vətəndaşları istəsələr, vahid bir cəsur dövlətin laboratoriya kimi fəaliyyət göstərə bilməsi və ölkənin qalan hissəsi üçün risk yaratmadan yeni sosial-iqtisadi eksperimentlər apara bilməsi federal sistemin sevindirici hadisələrindən biridir. == İstinadlar == == Xarici keçidlər == Gerston, Larry N. American Federalism: A Concise Introduction. Routledge.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib. 2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir. Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Yeni Fransa
Yeni Fransa (1534–1763) — Şimali Amerikada mövcud olmuş fransız dövləti.
Yeni Göyçə
Yeni Göyçə (1991-ci ilədək Saler) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. 1988-ci ildə Qərbi Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırım nəticəsində öz doğma torpaqlarından məcburən çıxarılanların müəyyən bir hissəsi 1988-ci ildən bu kənddə məskunlaşmış və o üzdən kəndin adını Yeni Göyçə qoymuşlar. Sonradan əsasən Kəlbəcər rayonundan da qaçqınlar burada yaşamağa başlamışlar. == Əhalisi == 1988-ci ilin məlum deportasiyasından sonra Qərbi Azərbaycanın Göyçə mahalından bu kəndə pənah gətirənlər məskunlaşmışlar. Kənd əhalisi 204 nəfərdir ki, onunda 104 nəfəri kişi, 100 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Yeni Günəşli
Yeni Günəşli — Suraxanı rayonunda Qaraçuxur bələdiyyəsinə bağlı qəsəbə. == Tarixi == Yaşayış sahəsinin əsası 1986-cı ildə qoyulmuşdur. == Coğrafiyası == Əhmədli yaylasındadır. == Mədəniyyət == Yeni Günəşlidə 31 nömrəli poliklinika, 275, 278, 279, 282, 285, 290 saylı orta məktəblər, "AB", "V", "Q" və "D" yaşayış sahələri yerləşir. Yeni Günəşli İstirahət Mərkəzi tikilməkdədir. Bakı metrosunun Yeni Günəşli metrostansiyasının isə tikintisi nəzərdə tutulur. Yeni Günəşlidə Xanım Fatimeyi-Zəhra məscidi fəaliyyət göstərir. == Əhalisi == Yeni Günəşlidə 46300 nəfər yaşayır. == Filmoqrafiya == Adı Günəşlidir...
Yeni Gəncə
Yeni Gəncə — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Həsən Həsənov tərəfindən 1979-cu ilin mart ayının 3-də Yeni Gəncə yaşayış massivində, Quru Qobu sahəsində Xatirə Parkı salınmışdır. Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyətini Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir. XIX əsrin ilk dekadasında bu parka Heydər Əliyevin adı verilmişdir. 2012-ci ilin mart ayında ərazidə olan "Novruz meydanı" tam təmir olunmuşdur. Orada bir neçə ağac növləri əkilmişdir. == Əhalisi == XX əsrin 80-ci illərində istifadəyə verilən qəsəbəyə demək olar ki, Azərbaycanın hər yerindən ailələr köç etmişlər. Əsas yaşayış sakinləri Gəncə şəhəri ətrafında yerləşən Tovuz, Şəmkir, Qazax, Samux, Daşkəsən, Goranboy, Tərtər və Göygöl rayonlarının sakinləridirlər.
Yeni Havuş
Yeni Havuş — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Yeni Havuş kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Yeni Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Havuş kəndi mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Yeni Həqiqət
Yeni həqiqət — gündəlik qəzet. == Tarixi == 1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. "Günəş" və "Həqiqət" qəzetlərinin davamı idi. "Yeni həqiqət"də müxtəlif siyasi-inzibati regionların həyatına dair informasiyalar, beynəlxalq siyasətə, dini məsələlərə dair məqalələr, bədii ədəbiyyat nümunələri dərc olunurdu. Qəzetin naşiri və baş redaktoru Oruc Orucov, əsas müəllifləri Əhməd bəy Ağayev (Ağaoğlu), Mirzə Ələkbər Sabir, Əliabbas Müznib, Mirzə Məhəmməd Axundov, Məhəmmədsadıq Axundov, Abdulla bəy Divanbəyoğlu, Azad Mərəndi, Əliqulu Qəmküsar və b. idi. == Fəaliyyəti == Avropa dövlətlərinin şərqdə müstəmləkəçilik siyasətinin tənqidi, dünya müsəlmanlarının birliyi, "İttihadi-islam" ideyasının təbliği "Yeni həqiqət"in əsas ideya istiqamətini təşkil edirdi. Ə.Ağayevin "Osmanlı məktubları" silsiləsin=də, Haşım Məhəmmədzadənin "Avropalılar və ovçuluq", İstanbul müxbirinin "Müsəlmanlara qəsd" məqalələrində və s. yazılarda imperialist dövlətlərin, o cümlədən Rusiyanın müsəlman xalqlarına qarşı yürütdükləri təcavüzkarhq siyasəti ifşa olunurdu.
Yeni Həyat
== Kəndlər == Yeni Həyat (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yeni Həyat (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Yeni Həyat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. == Digər == Yeni Həyat — Azərbaycan SSR–in Bərdə rayonunda (Yeni Daşkənd) mövcud olmuş kolxoz.
Yeni Həştgird
Yeni Həştgird (fars. شهرجديدهشتگرد‎)— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,619 nəfər və 4,353 ailədən ibarət idi.
Yeni Kaledoniya
Yeni Kaledoniya — Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyniadlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur. Cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir. 2009-cu ildə əhalisi 245,580 nəfər idi. Paytaxtı Numea şəhəridir və şəhərin 98 min əhalisi var. Pul vahidi Fransa Sakit okean frankıdır.
Yeni Kərki
Yeni Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun tərkibindəki yaşayış məntəqəsi Yeni Kərki kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Yeni Kərki kəndi mərkəz olmaqla Yeni Kərki kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. == Tarixi == Kənddə Ermənistan tərəfindən işğal olunan Kərki kəndinin sakinləri məskunlaşmışlar.
Yeni Marağa
Qızıl Kəngərli (Yeni Marağa) — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsinin kəndi. == Tarix == Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur. 1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar. 1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Birinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Ağdərə rayonunun Marağa (erm. Maraqaşen) kəndindən olan ermənilərlə məskunlaşdırılmışdı.
"Yeni fikir" qəzeti
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları — Yeniyetmə idmançılar arasında keçirilən ən mötəbər turnirlərdən biri. İlk dəfə 2010-cu il 14–26 avqust tarixləri aralasında Sinqapurda keçirilmişdir.
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika(Kişilər,estafet)
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika (Kişilər, estafet)
2014 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2014 Yeniyetmələrin Yay Olimpiya Oyunları — 16–28 avqust tarixlərində Çinin Nankin şəhərində baş tutdu.
2015 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2015 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XIII Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2015-ci il iyulun 26-dan avqustun 1-nə qədər Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2016 Yeniyetmələrin Qış Olimpiya Oyunları
2016 Yeniyetmələrin Qış Olimpiya Oyunları — 12–21 fevral tarixlərində Norveçin Lillehammer şəhərində baş tutdu.
2018 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2018 Yeniyetmələrin Yay Olimpiya Oyunları — yeniyetmələr arasında keçirilən sayca III Olimpiya oyunları. 2018-ci ildə 6–18 oktyabr tarixlərində Argentina Buenos-Ayres şəhərində baş tutdu. Bununla ilk dəfə Yeniyetmələrin Yay Olimpiya Oyunları Avrasiya materikindən kənarda təşkil edildi.
2019 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2019 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2019-cu il fevralın 9-dan fevralın 16-na qədər Bosniya və Herseqovinanın paytaxtı Sarayevo, habelə Şərqi Sarayevo şəhərlərində baş tutması nəzərdə tutulan Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 7 idman növü daxil edilib.
2019 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2019 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2019-cu il iyulun 20-dən iyulun 28-nə qədər Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutması nəzərdə tutulan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2021 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2022-ci il martın 20-dən 25-nə qədər Finlandiyanın Vuoqatti şəhərində baş tutan nAvropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 9 idman növü daxil edilib.
2021 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XVI Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2022-ci il iyulun 24-dən 30-a qədər Slovakiyanın Banska-Bistritsa şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2022 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2022-ci il martın 20-dən 25-nə qədər Finlandiyanın Vuoqatti şəhərində baş tutan nAvropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 9 idman növü daxil edilib.
2022 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XVI Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2022-ci il iyulun 24-dən 30-a qədər Slovakiyanın Banska-Bistritsa şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2024 Yeniyetmələrin Qış Olimpiya Oyunları
2024 Yeniyetmələrin Qış Olimpiya Oyunları — 2024-cü ildə yeniyetmələr arasında keçiriləcək çoxnövlü idman yarışı.
2025 Yeniyetmələrin Qış Olimpiya Oyunları
2024 Yeniyetmələrin Qış Olimpiya Oyunları — 2024-cü ildə yeniyetmələr arasında keçiriləcək çoxnövlü idman yarışı.
2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları — 2026-ci ildə yeniyetmələr arasında olimpiya idman növlərində keçiriləcək yarış. == Namizəd şəhərlər == Seneqal, Dakar 7 sentyabr 2018-ci ildə, Beynəlxalq Olimpiya Komitəsinin icra heyəti, Dakarın təklifi oktyabr seçkilərinə gedəcək və 2022 Yaz Gənclik Olimpiadasının ev sahibliyi edən Dakarın yeganə təklifi olacağını elan etdi. Prezident Tomas Bax, IOC'nin Yaz Gənclik Olimpiyatlarının Dakar'a gətirilməsində maraqlı olduğunu bildirdi.
2027 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları — 2026-ci ildə yeniyetmələr arasında olimpiya idman növlərində keçiriləcək yarış. == Namizəd şəhərlər == Seneqal, Dakar 7 sentyabr 2018-ci ildə, Beynəlxalq Olimpiya Komitəsinin icra heyəti, Dakarın təklifi oktyabr seçkilərinə gedəcək və 2022 Yaz Gənclik Olimpiadasının ev sahibliyi edən Dakarın yeganə təklifi olacağını elan etdi. Prezident Tomas Bax, IOC'nin Yaz Gənclik Olimpiyatlarının Dakar'a gətirilməsində maraqlı olduğunu bildirdi.
2030 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları — ci il Yay Olimpiya Oyunlarını keçirməyə iddialı şəhərlərin siyahısı.
2 gün, 2 gecə yeni musiqi
2 gün, 2 gecə yeni musiqi (ukr. Два дні й дві ночі нової музики) və ya 2G2G (ukr. 2Д2Н) Ukraynanın Odessa şəhərində 1995-ci ildən etibarən hər il 48 saat ərzində keçirilən beynəlxalq musiqi festivalı. Festivalda çox hissəsi eksperimental musiqi olmaqla ukraynalı və xarici bəstəkarların musiqiləri təqdim edilir. Festival 1995-ci ildə ukraynalı bəstəkar Karmella Tsepkolenko tərəfindən təsis edilmişdir. Festival Beynəlxalq Müasir Musiqi Cəmiyyətinin Ukrayna bölməsi olan Yeni Musiqi Assosiasiyası tərəfindən təşkil edilir. Festivalın hazırkı prezidenti alman bəstəkar və dirijor Bernhard Vulfdur. 2G2G Ukraynanın ən böyük musiqi festivallarından biri hesab olunur. Festival dövlət dəstəyi, şəxsi ianələr, İsrail, İsveç, İsveçrə kimi ölkələr də daxil olmaqla beynəlxalq dövlət orqanları və layihələr hesabına maliyyələşdirilir. == İstinadlar == == Xarici keçidlər == Yeni Musiqi Assosiasiyası // Böyük Ukrayna Ensiklopediyası Festivalın rəsmi səhifəsi (2012-ci ildən bəri yenilənmir) Antonina Nejdanova adına Odessa Milli Musiqi Akademiyasının saytında festivalın 2018-ci ildəki anons və proqramı Lesya Oleynik.
Adana Yeni məscidi
Adana Yeni Məscidi — Adanada Məmlük memarlığı təsiri altında tikilmiş tarixi məscid. Məscid kitabələrindən birinə görə məscidi, 1724-ci ildə Abdürrəzzak Antaki adlı Antakyalı bir zəngin tərəfindən tikdirilmiş; Başqa bir kitabəyə görə minarəsi 1729-ci ildə Abdullah İbn Əli Beşə tərəfindən tikdirilmişdir. Düzbucaqlı formasında, on günbəzli bir quruluşa malikdir. Minarəsinin giriş qapısının üstündə bir günəş saatı vardır. == Yerləşimi == Kuruköprüden Kiçik Saata gedən Özlər Prospekti üzərində yerləşmişdir. Kiçik bir məsciddir. == Xarici görünüşü == İlk baxışda, qiblə divarı xaricində qalan cəbhələrdə, əlavə edilən dəmir-beton hissələrlə məscidin əsas xarakteri pozulmuş olsa da, dəyişikliyə uğramamış olan qiblə divarı ilə minarəsi məscidin orijinal vəziyyətini ortaya qoymağı bacarır. Cənub-qərb tərəfdə olan minarənin qaydası eyni zamanda həyət qapısı vəziyyətindədir. Silindrik minarə gövdəsi ziqzaqşəkilli xətlərlə bəzədilmiş, Məmlük məscidlərində olduğu kimi tağ ilə örtülmüşdür.
Alatoran. Saqa: Yeni Ay (film, 2009)
Alatoran. Saqa. Yeni Ay (ing. The Twilight Saga: New Moon) — həmçinin "Yeni Ay" kimi tanınan, 2009-cu ildə, yazıçı Stefani Mayerin 2006-cı ildə nəşr olunmuş “Yeni Ay” romanı əsasında çəkilmiş romantik fentezi filmidir. Alatoran filmlər seriyasının ikinci filmi olan “Yeni Ay” 2008-ci ildə çəkilmiş “Alatoran” filminin davamıdır. Alatoran filminin qazandığı böyük uğurdan sonra, 2008-ci ilin noyabrında “Summit Entertainment” “Yeni Ay” filmi üçün yaşıl işıq yandırmışdı. Kris Veytz tərəfindən çəkilmiş filmdə Edvard Kallen, Bella Svon və Ceykob Blek obrazlarını müvafiq olaraq Robert Pattinson, Kristen Stüart və Teylor Lotner canlandırmışdır.“Alatoran” filmində olduğu kimi, “Yeni Ay” filmində də ssenarinin yazılması işini Melissa Rozenberq öz öhdəsinə götürmüşdür. Çəkilişlər 2009-cu ilin martında Vankuverdə başlamış, may ayında isə İtaliyanın Montepulçiano şəhərində davam etdirilmişdir. Film, 20 noyabr 2009-cu ildə dünyanın bir çox ölkələrində vizyona girmiş, ilk həftəsində 26.3 milyon $ toplayaraq daxili baxış miqdarına görə rekord qırmış və onun rekordu yalnız, Alatoran filmlər seriyasından olan növbəti film, Alatoran. Saqa.
Alatoran: Yeni Ay (film musiqisi)
"The Twilight Saga: New Moon – Original Motion Picture Soundtrack" — 2009-cu ildə çıxarılmış "Alatoran: Yeni Ay" filminin rəsmi film musiqisidir. “Yeni Ay” filminin musiqisini bəstəkar Aleksandr Desplat yazsa da, musiqi seçimini, “Alatoran” filminin də musiqi prodüserliyini etmiş Aleksandra Patsavas etmişdir. “The Twilight Saga: New Moon: Original Motion Picture Soundtrack” albomu Patsavasın “Chop Shop” leybli və “Atlantic Records” tərəfindən satışa çıxarılmışdır. == New Moon: Original Motion Picture Soundtrack == “Yeni Ay” filmində istifadə olunmuş musiqilər sırf film üçün yazılmış mahnılardır və onlar müxtəlif indi-rok və alternativ rok sənətçiləri tərəfindən ifa edilmişdir. “Yeni Ay” filminin rejissoru Kris Veytz qeyd edirdi ki, film musiqilərini səsləndiənlər arasında Radiohead, Muse və Band of Skulls kimi məşhur qruplar da var. “Death Cab for Cutie” qrupu xüsusi olaraq film üçün yazılmış "Meet Me on the Equinox" mahnısını ifa etmiş və mahnı ilk dəfə “MTV Video Music Awards” mərasimi zamanı səsləndirilmişdir. Bassist Nik Harmer qeyd edir ki, “Biz 'Meet Me On the Equinox' mahnısını yazarkən fikirləşdik ki, bütün “Alatoran” romanlar seriyası boyunca davam edən və əsas obrazların xarakerində əks olunan ülvi mövuz və motivləri əks etdirək. "Meet Me on the Equinox" mahnısına çəkilmiş və filmdən səhnələrin də yer aldığı klipin premyerası 7 oktyabr 2009-cu ildə baş tutdu. İngilis rok qrupu “Muse” film üçün, 2009-cu ildə çıxarılmış “The Resistance” albomundan olan “I Belong to You” mahnısının yeni remiks versiyasını işləmişdir. St.
Alatoran Saqa: Yeni Ay (film, 2009)
Alatoran. Saqa. Yeni Ay (ing. The Twilight Saga: New Moon) — həmçinin "Yeni Ay" kimi tanınan, 2009-cu ildə, yazıçı Stefani Mayerin 2006-cı ildə nəşr olunmuş “Yeni Ay” romanı əsasında çəkilmiş romantik fentezi filmidir. Alatoran filmlər seriyasının ikinci filmi olan “Yeni Ay” 2008-ci ildə çəkilmiş “Alatoran” filminin davamıdır. Alatoran filminin qazandığı böyük uğurdan sonra, 2008-ci ilin noyabrında “Summit Entertainment” “Yeni Ay” filmi üçün yaşıl işıq yandırmışdı. Kris Veytz tərəfindən çəkilmiş filmdə Edvard Kallen, Bella Svon və Ceykob Blek obrazlarını müvafiq olaraq Robert Pattinson, Kristen Stüart və Teylor Lotner canlandırmışdır.“Alatoran” filmində olduğu kimi, “Yeni Ay” filmində də ssenarinin yazılması işini Melissa Rozenberq öz öhdəsinə götürmüşdür. Çəkilişlər 2009-cu ilin martında Vankuverdə başlamış, may ayında isə İtaliyanın Montepulçiano şəhərində davam etdirilmişdir. Film, 20 noyabr 2009-cu ildə dünyanın bir çox ölkələrində vizyona girmiş, ilk həftəsində 26.3 milyon $ toplayaraq daxili baxış miqdarına görə rekord qırmış və onun rekordu yalnız, Alatoran filmlər seriyasından olan növbəti film, Alatoran. Saqa.
Andorra 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Andorra - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.

Значение слова в других словарях