Teodora (I Yustinianın həyat yoldaşı)
Teodora (Yunanca: Θεοδώρα, təq. 500 və ya 497, Kipr Respublikası və ya Suriya – 28 iyun 548, Konstantinopol) — Teodora Bizans İmperiyasının ən məşhur simalarından biridir. İmperator I Yustinianın həyat yoldaşı kimi o, təkcə imperiyanın siyasi və dini həyatında deyil, həm də incəsənət və mədəniyyətdə mühüm şəxsiyyət olmuşdur. Teodoranın həyatı və irsi Bizans tarixi və Bizans imperatorlarının rolu haqqında çox şey deyir.
Teodora təxmini 500-cü illərdə anadan olub. Atası ayı təlimçisi, anası isə aktrisa və ip gəzintiçisi idi. Teodora Konstantinopolda böyüdü və gənc yaşlarında aktrisa və mim sənətində şöhrət qazandı ancaq, dövrün tarixçisi Prokopi sözdə "Gizli Tarix" əsərində Teodoranın keçmişdə fahişə olduğunu deyir amma müsair tarixçilikdə bunun böhtan olduğu düşünülür. O, gözəlliyi, zəkası və xarizması ilə tanınırdı. 523-cü ildə o, imperiyanın gələcək hökmdarı Yustinianla tanış olur və onunla evlənir. Teodoranın Yustinianla evlənməsi Bizans tarixində dönüş nöqtəsi oldu.