Yuxarı Türkmənli
Yuxarı Türkmənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın
5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qızılbaşların türkmən etnoniminə -li şəkilçisinin qoşulmasından əmələ gəlmiş türkmənli etnonimi əsasında formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.19.1935-ci il fərmanı ilə adı dəyişdirilib Apaqa qoyulmuşdur.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 64 nəfər, 1873 - cü ildə 262 nəfər, 1886-cı ildə 360 nəfər, 1897-ci ildə 438
nəfər, 1904 - cü ildə 510 nəfər, 1914 - cü ildə 540 nəfər, 1916-cı ildə 460 nəfər, 1919 - cu ildə 460 nəfər azərbaycanlı yaşamışdır.
Kənd 1919 - cu ilin yazında erməni təcavüzünə
məruz qalaraq sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından qovulmuş və kənddə 1915-1918-ci
illərdə Türkiyənin Sasun vilayətinin Moqdan əyalətindən köçürülən ermənilər yerləşdirilmişdir.
İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra burada ermənilərlə yanaşı 1922-ci ildə 1
nəfər, 1926-cı ildə 11 nəfər, 1931-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır.
Onlar da 1930 - cu illərin ortalarında sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.