Yuxarı Necili

Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.

Yuxarı Necili
40°05′28″ şm. e. 44°24′16″ ş. u.HGYO
Ölkə  Ermənistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 2,76 km²
Mərkəzin hündürlüyü 830 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.327 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Yuxarı Necili xəritədə
Yuxarı Necili
Yuxarı Necili

Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır[3]. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur[4]. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir.

Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır[3]. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Toponim fərqləndirici əlamət bildirən "yuxarı" sözü ilə nəcli türk tayfasının adı[5] əsasında əmələ gəlmişdir. Azərbaycan dilində ə~e səs əvəzlənməsinin qanunauyğun fonetik hadisə olduğunu nəzərə alıb qeyd edə bilərik ki, necili nəçli etnoniminin fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Nizami (Azərbaycan şairi N.Gəncəvinin adı) qoyulmuşdur.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.186
  3. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129
  4. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.220
  5. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.30