1. f. Bir yerə toplaşmaq, cəm olmaq; cəmləşmək. İştirakçıların hamısı yığılmayıb. Mitinqə çoxlu adam yığılıb. Camaat yığılıb sizi gözləyir.
– Hamı dükanlarını bağlayıb buraya yığılır.
Şabanın getməyini eşidib, sair bikar tamaşaçılar da kənardan yığılmışdılar.
2. t-siz. Yuyulmaq, islanmaq və s. nəticəsində qısalmaq, gödəlmək, əvvəlki ölçüsünü itirmək. Köynək yuyulandan sonra xeyli yığılıbdır.
3. məch. Toplanılmaq, dərilmək. Məhsul yığıldı. Pambıq yığılmağa başlanıbdır. – Oktyabr ayının ortaları idi.
Kənddə üzüm qızğın yığılırdı.
Şah yedi, doydu, süfrə yığıldı.
4. məch. Yığışdırılmaq, ortadan götürülmək; bitmək, qurtarmaq.
Ağarmışdı başı uca dağların; Yığılmış dəsgahı güllü bağların.