zənənə hamam

a bear-garden / like a lunatic asylum сумасшедший дом / базар (о крайне шумном месте) / Ср. содом и гоморра
Zənən çox olan evdə zəmm də (günaha zəmin də) çox olar.
zənənə hamama döndərmək
OBASTAN VİKİ
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Böyük Hamam
Böyük Hamam (yun. Μπουγιούκ Χαμάμ) ― Şimali Nikosiyada türk hamamı. İplik Pazarı məscidinə yaxındır. Zaman keçdikcə ətraf ərazilərin zəmininin qalxması nəticəsində tikilinin qapısı yer səviyyəsindən 2 metr, hamam otaqları isə 3 metr aşağıda qalmışdır. == Tarix == Hamamın yerində 1306-1309-cu illərdə latınların Müqəddəs Corc kilsəsi inşa edilmiş və böyük şənliklərlə açılmışdır. Kilsə XIV əsrdə iki mühüm hadisənin məkanı olmuşdur. 10 noyabr 1330-cu ildə Lefkoşa şəhər divarlarının içərisindən axan Pedieos çayının daşqınlarına məruz qaldı. Daşqın 3 000 nəfərin ölümünə səbəb oldu. 17 yanvar 1369-cu ildə isə bəzi cəngavərlər Kipr kralı I Pyotru öldürmək üçün plan qurduqda kilsə sui-qəsd məkanı oldu. Kevork Keşişyana görə kilsə kral sarayının yaxınlığında idi və beləliklə böyük əhəmiyyət kəsb edirdi.
Gümbəzli hamam
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Köhnə hamam
Köhnə hamam — memarlıq abidəsi Füzuli küçəsi, 27-də yerləşir. Hamam 1900-ci ildə Seyyid Mirmusa Tağıyev tərəfindən inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var. Qalaqayın məscidi Şamaxı məscidi Baba Samid məqbərəsi mes.mctgov.az.
Qdara Hamam
Qdara Hamam (11 avqust 1980) — Tunisi təmsil edən stolüstü tennisçi. Qdara Hamam Tunisi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Yeraltı hamam
Yeraltı hamam — Bakıda yerləşən tarixi abidə. Yeraltı hamam — Şəkidə yerləşən tarixi abidə. Yeraltı hamam — Şuşada yerləşən tarixi abidə. Gənzə hamamı — Ordubad rayonunun Gənzə kəndində yerləşən tarixi abidə. Yeraltı hamam — Tarixi Azərbaycan ərazisində yayılmış hamam inşaat forması. Yerüstü və yarımyeraltı hamamlardan fərqli olaraq yeraltı hamamlar əvvəlcədən qazılmış və ya təbii çökək olan ərazilərdə inşa edilir, tikilinin əsas gövdəsi yer altında qalır, dam örtüyü və günbəzləri isə yer səviyyəsinə bərabər olur.
Çuxur hamam
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Çökək Hamam
Çökək hamam — Gəncədəki Cümə Məscidi yaxınlığında yerləşən tarixi hamamdır. 1606-cı ildə memar Şeyx Bəhaəddinin layihəsi əsasında Gəncədə tikilmişdir. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Bina günbəzlidir. Tikilidə bir ara dekorativ sənət mərkəzi yerləşmişdir. 2013-cü ildə təmir işləri aparıldıqdan sonra tarixi abidəni "V&GO" Hoteli qanunsuz olaraq hamam-saunaya çevirmişdir. Səfəvi hökmdarı I Abbasın əmri ilə 1601-ci ildə Gəncədə Cümə məscidinin (yaxud Şah Abbas məscidi) inşasına başlanılmışdır. 1606-cı ildə Cümə məscidinin inşasından bir müddət sonra memar Şeyx Bahəddin həmin il bir az yaxınlıqda Çökək hamamın tikintisinə başlayıb. Hamamın tikintisində o zamanın ənənəvi materialları – qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub.
İctimai hamam
İctimai hamam — istirahət mərkəzi Hələ qədim vaxtlardan hamamlar insanların həyatında ictimai tikililər arasında xüsusi yer tuturdu. Qədim Misir və Roma həmişə öz hamam və termaları ilə məşhur olmuşlar. İctimai hamamlar öz əsas sanitar funksiyası ilə yanaşı həm də klub, informasiya mübadiləsi və görüş yeri kimi istifadə olunardı.
Avropa Tipli hamam
Avropa Tipli hamam - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Hazırda hamam kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 91.
Gümbəzli hamam (Quba)
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Qüdrətli Hamam ordeni
Qüdrətli Hamam ordeni (ing. The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni. Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür. (bu ayin 1815-ci ildən daha icra edilmir.) Ordenin devizi — Tria juncta in uno (lat. — “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur. Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir. İkinci devizi alm. “Ich dien”‎ xidmət edirəm deməkdir. Böyük Britaniya monarxı ordenin başçısı sayılır. Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975-ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır.
Yeraltı hamam (Bakı)
Yeraltı hamam — İçərişəhərdə yerləşən XVII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi. İnşasında guşə daşlarından istifadə edilən hamam kompleksi İçərişəhər ərazisinin cənub-şərqində yerləşir. Dam səthində gil-əhəng qarışıqlı məhluldan izolyasiya material kimi istifadə edilmiş, daxili divarlarda isə əhəng materialından suvaq növü kimi işlədilmişdir. Daxili divar və döşəmə materialları kimi "gülbax" növlü aqlay daşlardan istifadə edilmişdir.Təxminən 340 m² sahəni əhatə edən hamam kompleksinin giriş hissəsi çənub-şərq tərəfdən olmaqla (sahəsi 2.33 m2) giriş pilləkənləri şərq divarlarına tərəf istiqamətlənmişdir. 2015-ci ildə həyata keçirilmiş qazıntı işləri nəticəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. Həmin il bəzi otaqlarda təhlükəsizlik baxımından yalnız təmizlənmə işləri aparılmamış, yalnız bərkidilmə işləri görüldükdən sonra bu il onun tam torpaqdan açılması mümkün olmuşdur. 2016-cı ildə abidənin şərq hissəsində təhlükəli olan otaqların bərkildilməsindən sonra, arxeoloji qazıntı işlərinə başlanılmışdır. Kompleksin qərb hissəsindəki sahədə qazıntıların genişlənməsi nəticəsində 3 metr dərinliyində tikinti və divar aşkar olunmuşdu. Şirvan-Abşeron memarlıq məktəbinə aid olan hamam, 2015-ci ilə kimi İçərişəhər ərazisində torpaq altında qorunan yeganə abidə olduğundan funksionallıq baxımından unikal memarlıq kompleksi hesab edilir. Hamam, memarlıq üslubu, tikilmə texnikası, memarlıq elementlərinə görə Hacı Bani hamamı (XV əsr) ilə oxşar xüsusiyyətlərə malikdir.
Yeraltı hamam (Göyçay)
Yeraltı hamam və ya Yer hamamı — XIX əsrdə Göyçayda tikilmiş abidə. Azərbaycanın nadir memarlıq abidələrindən biri. Göyçay rayonunda Atatürk prospektində yerləşir və təyinatı üzrə istifadə edilmir. “Yeraltı hamam” XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə tərəfindən tikilib. Qeyd edilir ki, Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Deyilənə görə, Həzrət bəyin Göyçay və Ucarda pambıq zavodları, çörək, kitab və ərzaq mağazaları varmış. Uzun illər insanların xidmətində olan bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Aparılan araşdırmalara baxmayaraq, hamamın çirkab sularının hara və necə axıdılması ilə bağlı bu sual hələ də cavabsız qalır. “Yeraltı hamam” adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var.
Yeraltı hamam (Şəki)
Yeraltı hamam və ya Abdulsalam hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir və təyinatı üzrə istifadə edilmir. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Yeraltı hamam da Ümumdünya İrsinə daxildir. Yeraltı hamam XIX əsrdə sahibkar Abdulsalam tərəfindən tikilib. Bina iki böyük zaldan və böyük otaqlardan ibarətdir. Bir hissəsi yerin altında olduğundan el arasında "Yeraltı hamam" kimi tanınır. Bu hamam həm də Cümə məscidi və mədrəsə kompleksinə daxildir. Hamam 1995-ci ildə Şəki Elmi-Bərpa və İstehsalat İdarəsi tərəfindən əsaslı surətdə bərpa olunub, hazırda təyinatı üzrə istifadə edilmir.
"Qüdrətli hamam" ordeni
Qüdrətli Hamam ordeni (ing. The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni. Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür. (bu ayin 1815-ci ildən daha icra edilmir.) Ordenin devizi — Tria juncta in uno (lat. — “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur. Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir. İkinci devizi alm. “Ich dien”‎ xidmət edirəm deməkdir. Böyük Britaniya monarxı ordenin başçısı sayılır. Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975-ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır.
Aşağı hamam (Kürdəxanı)
Aşağı hamam — Sabunçu rayonunun Kürdəxanı kəndində yerləşən tarixi abidə. 100 ildən çox yaşı olan hamam rəsmi olaraq adsız olsa da, kənd camaatı arasında isə bura Aşağı hamam deyilir. Hamam 1905-ci ildə inşa edilib. Tikili 2020-ci ildə restovrasiya edildikdən sonra dövlət tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.
Avropa Tipli hamam (Gəncə)
Avropa Tipli hamam - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Hazırda hamam kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 91.