Zəncəfil
Zəncəfil (lat. Zingiber) — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.
Zəncəfil tərkibində efirli yağ olan bitkidir. Ümumiyyətlə, bu fəsildən olan üç növ bitkinin köklərindən zəncəfil alınır. Bunlar: aptek zəncəfili (Zingiber officinale), alpiniya zəncəfili və kurkuma zəncəfilləridir.
Göstərilən bu bitkilərin üçü də cənubi Asiyanın rütubətli tropik meşələrində bitir. Bunlardan: aptek zəncəfili Amerikanın münasib iqlimli rayonlarında çoxdan becərilir.
Zəncəfil bitkiləri çoxillik, orta boylu ot bitkiləridir. Hər üçünü də xoşagələn ətirli efirli yağı vardır. Kökümsov gövdələrində efirli yağın miqdarı daha çox olduğu üçün o, xammal kimi işlədilir.