Zəncirləmə
Zəncirləmə — Azərbaycan aşıq ədəbiyyatında çox az-az işlənən spesifik formalardan biri. Zəncirləmədə hər bir bəndin son sözü ya olduğu kimi, yaxud da tərkib halında özündən sonrakı bəndin əvvəlinə keçid şəklində zəncirlənir. Zəncirləmələr də cığalar kimi musiqinin ritminin və ahənginin dəyişməsi ilə əlaqədar müxəmməs, müsəddəs və s. aşıq şeri şəkillərinə əlavə olunur. Daha çox saz havasının, ifaçılığın tələbi ilə meydana çıxan zəncirləmə bir tərəfdən şerin özünə oynaqlıq və ifadəlilik gətirir, o biri tərəfdən isə sənətkarın poetik ustalığını, bilik və bacarığını nümayiş etdirir. Zəncirləmələrin konkret forması yoxdur. Onlar on beş, on bir, səkkiz hecalı müxəmməs, yaxud qoşma misralarına əlavə olunan beş-yeddi hecalı oynaq şeir parçalarıdır. Zəncirləmənin mürəkkəb formasına Məlikballı Qurbanın yaradıcılığında təsadüf olunur. Həmin sintetik şeir şəkli qoşma-müstəzad əvvəl-axır zəncirləmə adlanır:
Göründüyü kimi, burada hər misranın sonunda işlənən söz, yaxud ifadə yeni misranın əvvəlində təkrarlanır, ona görə də bu tipli zəncirləmə əvvəl-axır zəncirləmə adlanır.
Zəncirləmə ilə cığanın forma yaxınlığına və funksiya eyniyyətinə baxmayaraq onlar eyni şerin tərkibində paralel surətdə müstəqil də mövcud ola bilərlər.