Əsas muğam bunlar idi: üşşaq, nəva, … zəngulə və hicaz.
// Hər bir xanəndəyə xas olan iki qonşu tonun tez təkrarından əmələ gələn titrək səs. Zəngulə ilə oxumaq.
– Könüllər dillənir zənguləsində; Hər təzə havaya təzə söz seçir.
□ Zəngulə vurmaq – oxuyarkən bu cür səslər çıxarmaq (xanəndənin oxumaq xüsusiyyəti).
[Suraxanski:] Hansı məşhur xanəndə, Qaryağdıoğlundan başlamış, mənim kimi zəngulə vura bilər?
Hətta [Fərəc] zəngulə vuranda uşaqlar bir-birinə baxıb dişlərini ağardırlardı.
O, sazın zil pərdəsini dilləndirir və o zamanın ən məşhur xanəndəsi olan Keçəçioğlunun zəngulələrini düzgün vurmağa çalışırdı.