ZƏY

is. kim. İkiqat sulfat turşuları kristallarından ibarət daş.

Этимология

  • ZƏY Farslar buna zağ deyirlər. Ehtimal ki, zəy onun təhrifidir. Bizdə onun yerinə az­muq, acıdaş kəlmələri işədilib, keçəl adamlara azmut daz (başı zəy ki
ZƏVZƏTMƏK
ZƏYDAN
OBASTAN VİKİ
Zəy
Zəy və ya Zainsk (tatar. Зәй, Zəy; rus. Заинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Zəy rayonu
Zəy rayonu (tatar. Zəy rayonı, Зәй районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Respublikanın Tukay, Sarman, Əlmət, Aşağı Kama rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Zəy şəhəridir. 1920-ci ilə qədər Zəy rayonunun ərazisi Ufa vilayətinin Minzələ qəzasının bir hissəsi olur. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur. Rayon 10 fevral 1935-ci ildə təsis edilmişdir. 1 fevral 1963-cü ildə ərazinin Almət və Tukay rayonlarına verilməsi ilə ləğv edilir. 1 fevral 1972-ci ildə bərpa edilir.
Zəy dərəsi nekropolu
Zəy dərəsi nekropolu — eyni adlı yaşayış yerinin yaxınlığında nekropol. Sahəsi 0,5 hektara yaxındır. Nekropoldakı qəbirlər yamacda, dərənin qırağında yerləşdiyi üçün təbii aşınma nəticəsində dağılmışdır. Buna görə də oradakı qəbirlərin tipini müəyyənləşdirmək çətinlik törətmişdir. Nisbətən salamat qalmış qəbirlərin tədqiqinə əsasən oradakı qəbirlərin daş qutu tipli olduğunu qeyd etmək olar. Nekropol-dan tapılan çəhrayı rəngli küpə tipli qablar yaşayış yerindən əldə olunmuş keramikalarla oxşarlıq təşkil edir. Onların hər ikisinin ağız kənarı azca xaricə qatlanmış və hər iki səthi şüyürlənmişdir. Yaşayış yerindən və nekropoldan əldə olunmuş küpə tipli qablar Haçaqaya, Dəmyələrlə yanaşı, Haqqıxlıq, Muncuqlutəpə, Gəncəçay və digər abidələrdən tapılan qablarla oxşarlıq təşkil edir. Abidə e.ə.
Zəy dərəsi yaşayış yeri
Zəy dərəsi yaşayış yeri — Ordubad rayonunun Tivi kəndinin ərazi-sində, Gilançayın sol sahilində yerləşir. Sahəsi 2 hektara yaxın-dır. Abidə şərq tərəfdən dərin dərə ilə iki hissəyə bölünmüşdür. Yaşayış yerinin xeyli hissəsi sel sularının və Gilançayın təsirin-dən dağılmışdır. Oradakı tikili qalıqlarının yerində daş yığınla-rı, üzərini otlar örtən dördkünc formalı çalalar qalır. Yaşayış yerindən əldə olunmuş keramikalar boz və çəhrayı rəngli ol~maqla iki qrupa bölünür. Onların əksəriyyəti narın qum qarışığı olan gildən hazırlamışdır. Açıq çəhrayı rəngli çölmək tipli qa-bın ağızının kənarı bir qədər içəri yığılmışdır. O narın qum qa-rışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, hər iki səthi ha-marlanmışdır. Tünd çəhrayı rəngli küpə tipli qabın ağzının kənarı azca içəri qatlanmışdır.
Kalium zəyi
Alüminium-kalium sulfat — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 1,76; S – 2; Ayrılma – {111}üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – dadı kəmşirindir, ağız büzüşdürücüdür, suda yaxşı həll olur (151 q/l 20°C-də); Morfologiya – kristallar: nadir rast gəlir; oktaedrik, nisbətən az – heksaedrik; Mineral aqreqatları: torpaqvari və sıx kütlələr, qabıqlar, qaysaqlar. Arid vilayətlər üçün tipik olan ekzogen əmələgəlmə kimi göl sularının buxarlanması zamanı kristallaşır. Sulfid yataqlarının oksidləşmə zonasında da əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: başqa sulfatlar, müxtəlif karbonatlar və s. Mineralın tapıldığı yerlər: Qara-Qum (Türkmənistan); Şorsu (Özbəkistan); Şimali Qafqaz; Dağıstan; Tambov və Ulyanovsk yaxınlığında (Rusiya); Katmay (ABŞ) və b. Azərbaycanda Böyük Qafqazın Cənub yamacının pirit saxlayan gil şistlərində yerləşən bir sıra kiçik zəy təzahürləri məlumdur. Bundan başqa bir sıra filiz yataqlarının və təzahürlərinin (Filizçay, Çıraqdərə, Gədəbəy, Bülüldüz və b.) oksidləşmə zonalarında, Kəlbəcər rayonun və Naxçıvan MR-nın bəzi yerlərində aşkar edilmişdir. Dəriaşılama işlərində, boyaq, kağız istehsalında, təbabətdə və b.
Köbər Zəyzid
Köbər Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Köbər Zəyzid Şəki rayonunun Zəyzid inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyində, Qanıx-Əyriçay çökəkliyindədir. Köbər komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Baş Zəyzid və Orta Zəyzid kəndlərindən fərqləndirməyə xidmət edir. Oykonimin "köbər" hissəsi bəzilərinin fikrincə əcdadları xəzərlərin kabar tayfası olan kəbirli tayfa adı ilə bağlıdır. Lakin azərbaycan dilində ayrıca "köbər" sözü mövcuddur, mənası da "dik yer, dikdir, dik torpaq qalağı, hündür yer" deməkdir. Bu cür açıqlama kəndin yerləşdiyi relyefi təsvir etdiyinə görə daha məntiqli ola bilər. Adın "zəyzid" (zəkzid/zəqzit) hissəsinə gəlincə isə, bəziləri onu monqol tayfalarından birinə məxsus olduğunu bildirirlər, lakin digər açıqlamalar da mövcuddur. Məsələn, xalq etimologiyasına görə "zəyzid" sözü üzdə əmələ gələn kəsiklərin müalicəsi üçün istifadə olunan Zəy adlı maddənin adı ilə bağlıdır. Hal-hazırda bu maddədən hələ də bərbərxanalarda istifadə olunur, qanı qısa müddətdə kəsmə qabiliyyətinə malikdir.
Köbər Zəyzid bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Orta Zəyzid
Orta Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Qafqaz Albaniyasının ən qədim kəndlərindən biridir . Orta Zəyzid kəndi rayonun ən qədim kəndlərindən biri, ölkənin ən qədim yaşayış məskənlərindəndir. Kənddə X-XI əsrə aid Zəyzid məbədi yerləşir. Bundan başqa, iki alban kilsəsi də öz varlığını qoruyub saxlamışdır. Lakin hər üç məbədin diqqətdən kənar qalması onları təbiətin amansız sürprizlərinə qarşı dözümsüz qılır və hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Kəndin dağlıq hissəsində Alban qəbiristanlığı yerləşir. Qəbirlərin eramızın VII-VIII əsrlərində və daha əvvəl yaşamış xristian albanlara məxsus olduğu qeyd edilir. Məzar daşlarının kortəbii və nizamsız şəkildə - İslam ənənəsinə zidd yerləşməsi onların xristian olduğunu deməyimizə imkan verir. Tarix kursundan bildiyimiz kimi, albanların İslamı qəbul etməsi eramızın VII-VIII əsrlərinə təsadüf edir.
Orta Zəyzid bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Orta Zəyzit bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Zəyəm nahiyəsi
Aşağı Zəyəm nahiyəsi (Zegem-i Ulya nahiyesi) — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xılxına livasının nahiyəsi
Zəyet (Arxangel)
Zəyet (başq. Зәйет, rus. Заитово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 15 km, kənd sovetliyindən (Qızıl Ezem): 8 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 18 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (52%), tatarlar (46%) üstünlük təşkil edir.
Zəyit (Avurğazı)
Zəyit (başq. Зәйет, rus. Заитово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 21 km, kənd sovetliyindən (Terəpə): 1 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (42%) üstünlük təşkil edir.
Zəylik
Zəylik — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adı: Zəylik — Ağdərə rayonunda kənd. Zəylik — Daşkəsən rayonunda kənd. Zəylik — Kəlbəcər rayonunda kənd.
Zəylik (Ağdərə)
Zəylik — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Zəylik kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zəylik kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Zəylik kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. 2005-ci ildə əhalisi 200 nəfər idi. 2015-ci ildə əhalisi 235 nəfər olub, hamısı ermənilərdən ibarət idi.
Zəyəm (şəhər)
Zəyəm və ya Bazari (gürcüː ბაზარი) — Zaqafqaziyada, Şərqi Gürcüstanın Kaxeti krallığının tərkibində olan keçmiş bir şəhər. Ticarət və sənətkarlıq mərkəzi kimi çiçəklənmə dövrü XV–XVII əsrlərə təsadüf edir. 1550-ci illərdə Səfəvi dövlətinin Qarabağ bəylərbəyliyinə birləşdirildi. Bu çox gümanki 1555-ci ildə imzalanan Amasya müqaviləsinin şərtlərinə görə baş verib. 1615-ci ildə Səfəvilərin bu bölgədəki hərbi əməliyyatları nəticəsində şəhərin taleyi dəyişdi. 1720-ci illərdə şəhər kiçik bir kəndə çevrildi. Zəyəm Azərbaycanın indiki Zaqatala bölgəsi ərazisində yerləşirdi, lakin şəhərin bu yerdə olmasına dair heç bir dəlil qorunub saxlanmamışdır. Zəyəm toponimi yalnız gürcü olmayan mənbələrdə tapılır; Gürcülər bunu "bazar" kimi tərcümə edirlər. Gürcü mənbələrində bu şəhər Bazari ("bazar"), fars müəllifləri isə Zagam, Zagham və ya Zakam, Avropa müəllifləri — Zagem, Zagen, Zagain, Zegarn və Seggen adlandırdılar. Bazari şəhəri ilk dəfə 1392-ci ildə gürcü mənbələrində qeyd edilmişdir.
Zəyəm Cırdaxan
Zəyəm Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd yaşayış məntəqəsi. Rayon mərkəzindən 24 km qərbdə, Zəyəmçayının sahilində, dağ ətəyində yerləşir. Əhalisi əsasən kənd təsərrüfatı, heyvandarlıq və bağçılıqla məşğuldur. Orta məktəblər, mədəniyyət evi, kitabxana, 2 tibb məntəqəsi, mexanikləşdirilmiş daş karxanası var. Kəndin adının mənası "Cird" tayfasının adından götürülmüşdür. Bundan əlavə kənddə bir neçə tayfa adları indi də qalmaqdadir, bunlardan ən qədimi Tomaxlı (Dümağlı) tayfasıdır. Tayfa haqqında məlumatlara XIII əsrə aid mənbələrdə də rast gəlinir. Kənddə yaşayış XII-XIII əsrdən mövcuddur. Bunu kənddə mövcud olan qədim atşəkilli və buğaşəkilli qəbir fiqurları, kənddə tapılmış qədim maddi-mədəniyyət nümunələri təsdiq edir. Kənndə yaşı XIII əsrə aid olan 3 qəbiristanlıq mövcuddur.
Zəyəm Cırdaxan bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəyəm aranı nahiyəsi
Zəyəm aranı nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Gəncə sancağının nahiyəsi
Zəyəm bələdiyyəsi
Zəyəm bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Zəyəm bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Zəyəm bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəyəm bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəyəm mahalı
Zəyəm mahalı — Qarabağ bəylərbəyliyinin doqquz mahalından birir. (İndiki Şəmkir rayonunun Zəyəm (Şəmkir) qəsəbəsi) Zəyəm mahalı və ondan qərbdəki ərazi hələ Şah İsmayıl Xətai dövründən şəmşəddil tayfasının (zülqədər türk tayfasının bir qolu) irsi vilayəti idi. XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) dövrümüzə gəlib çıxmşdır.
Zəyəmçay
Zəyəmçay — Kürün sağ qoludur. Şəmkir və Gədəbəy rayonları ərazisindən axır. Uzunluğu 90 km, hövzəsinin sahəsi 942 km²-dir. Şahdağ silsiləsinin şimal yamacından axan Şəkərbəy və Çətindərə çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi Şəkərbəy qolu başlayan yerdə, 2020 m yüksəklikdə yerləşir. Zəyəmçay, Qaramuradçaya qovuşana qədər şimaldan cənuba doğru, sonra istiqamətini kəskin şəkildə dəyişib qərbə, Çətindərə çayının qolu ilə qovuşandan sonra isə cənub-şərq istiqamətinə doğru axır. Ağbaşlar kəndinə qədər olan məsafədə çay dərin və dar dərələrlə coşqun axır. Aşağı hissədə yatağı genişlənir və Yanıxlı kəndindən başlayıb,düzənlik sahəyə çıxır. Burada bir sıra qollara ayrılır. Yuxarı axımında çaya soldan Bacanka (uzunluğu 25 km), Çətindərə (uzunluğu 24 km), Kiçik Qaramurad (uzunluğu 11 km); sağdan isə Kilisəlisu (uzunluğu 14 km), Babaçay (uzunluğu 26 km) kimi qollar qarışır.
Zəyərək
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.

Значение слова в других словарях