ZARIMAQ


1. bax zarıldamaq. Xəstə zarıyır.
– Sən uğursuz bir güllənin ağrılarından; Zarıyırsan pələng kimi, sinən yaralı. S.Vurğun.
…Yeni məhbus üzü üstə yerə dəyib zarımağa başladı. M.İbrahimov.

// Ulamaq.
Hərdənbir zarıyır bayquş, yapalaq; Uzaqda tülkülər edirlər vaq-vaq. H.K.Sanılı.

2. f. İnləmək, sızlamaq. [Güləndam:] Yusif bəy ilan dili çıxardır.
Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir. N.Vəzirov.
Həm də gözdən iraq gəlinlər, qızlar; Əlləri qoynunda zarıyar, sızlar. S.Vurğun.
Yanır od içində bala quşcuğaz; Bəzən sayıqlayır, zarıyır az-az. M.Rahim.

Синонимы

  • ZARIMAQ ZARIMAQ Safo kişi zarıdı: – Nə istəyirsiniz? (S.Rəhimov); SIZILDAMAQ [Zöhrə:] Mən də indidən yapışım başımdan, başlayım sızıldamağa (M
  • ZARIMAQ ulamaq
  • ZARIMAQ inləmək — sızlamaq
ZARIMA
ZARINCI

Значение слова в других словарях