ZOLAQ

I
сущ. полоса, полоска:
1. продолговатый, удлинённый пучок чего-л. Bir zolaq parça полоса ткани
2. широкая черта, линия чего-л. Qırmızı zolaqlar красные полосы, ensiz zolaq узкая полоса
3. вытянутая часть чего-л. в пространстве или на поверхности чего-л. Ay işığının zolağı полоса лунного света, yolun zolağı полоса дороги
4. отдельный, протяжённый участок чего-л. , пояс, зона. Meşə zolaqları лесные полосы, qaratorpaq zolaq черноземная полоса, şimal zolağı северная полоса
5. узкий участок пахотной земли крестьянского надела в доколхозной деревне
II
прил. полосовой (изготовленный в виде полос). Zolaq mis эл.-тех. полосовая медь, zolaq maqnit полосовой магнит, zolaq süzgəc связь. полосовой фильтр
ZOLABƏND
ZOLAQ-ZOLAQ
OBASTAN VİKİ
Eninə zolaqlı əzələ
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir.
Fars zolaqlı arısı
Fars zolaqlı arısı (lat. Bombus persicus) — Zərqanadlılar dəstəsinə, Əsl arılar fəsiləsinə aid növ. == Təsviri == Uzunluğu 18 – 22 mm-dir. Döşün və qarıncığın orta hissəsi qar kimi ağ uzun tüklərlə örtülüdür. Döşün arxa hissəsi, qarıncığın ön və arxa hissəsi isə uzun qara tüklərlə örtülmüşdür. Arxa ətraflardakı "səbətciyin" tükləri ağ, qanadları isə tutqundur. == Yayılması == Türkiyə, İran, Gürcüstan, Azərbaycanda Naxçıvan MR (Zəngəzur sıra dağlarının yüksəklikləri) rast gəlinir. == Həyat tərzi == Zımbırtikan və kəklikotu üstünlük təşkil edən quru yamaclar, bozqır çəmənlərlədə yayılırlar. == Sayı == Az saylı növdür == Məhdudlaşdırıcı amillər == Yuvalarının dağıdılması, çiçəkləyən bitki sahələrinin biçilməsi və mal-qaranın otarılması nəticəsində azaldılması. == Qorunması üçün qəbul edilmiş tədbirlər == Azərbaycanın Qırmızı Kitabının I nəşrinə daxil edilmişdir.
Kiçik cənub zolaqlı balina
Kiçik Cənub Zolaqlı balinası (lat. Balaenoptera bonaerensis) — Zolaqlı balinalar fəsiləsinə aid balina növü. == Xüsusiyyətləri == Kiçik Cənub Zolaqlı balinası Zolaqlı və Bığlı balinalara daxil olan ən kiçik nümayyətdədir. Bu canlıların uzunluğu 7,2–10,7 metr, çəkisi isə 5,8–9,1 t arasında dəyişir. Orta ölçülü dişilər erkəklərdən bir metr iri olurlar. Yeni doğulan balaların uzunluğu 2,4–2,8 meyrdir. Bel nahiyyəsi tünd-boz, qarın nahiyəsi isə ağ rəngdə olur. == Yayılması == Cənub yarımkürəsində yerləşən bütün okeanlarda yaşaya bilirlər. Yay ayları hətta Antarktida sahillərində belə görünürlər.
Kiçik zolaqlı balina
Kiçik Zolaqlı balina, və ya Kiçik Şimal Zolaqlı balinası,, Cırtan Zolaqlı balina (lat. Balaenoptera acutorostrata) — Balinakimilər dəstəsinə, Zolaqlı balinalar fəsiləsinə aid nov. Öz cinsinin ən kiçik növündən biri hesab edilir. Cırtan Zolaqlı balina üç yarımnövə bölünür: Şimal Kiçik balina (Balaenoptera acutorostrata) şimal yarımkürəsində yayılmışdır, Cırtan Zolaqlı balina cənub yarımkürəsinsə yayılmışdır və Kiçik cənub zolaqlı balina (Balaenoptera bonaerensis) isə tropik qurşaqlarda yayılmışdır. == Xariçi görünüşü == Üzəri tünd boz, qarnı və sinə üzgəclərinin aşağı nahiyələri ağ rəngdə olur. == Həyat tərzi == Cırtan Zolaqlı balina balıq sürüləri və planktonlarla qidalanırlar. Əsasən su səthinə yaxın ərazilərdə ov edirlər. Adətən tək və ya 2–3 başdan ibarət qruplar şəklində yaşayırlar. Adətən 3–9 dəqiqə su altında qalırlar. Ancaq 20 dəqiqəyə qədər su altında qala bilirlər.
Mlokoseviç zolaqlı arısı
Mlokoseviç zolaqlı arısı (lat. Bombus mlokosievitzi) — Əsl arılar fəsiləsinə və Thoracobombus yarımcinsinə aid arı növü. Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir. Otlaq sahələrinin kütləvi istifadəsi nəticəsində sayı azalmışdır. Növün adı rus zooloqu Lyudvik Mlokoseviçin şərəfinə adlandırılmışdır. Əsasən subalp və alp qurşağda yayılırlar. Bu xüsüsiyyət eyni ilə Azərbaycan ərazilərində də müşahidə edilir. Cənubi Qafqazın endemik canlısıdır.
Porçinski zolaqlı arısı
Porçinski zolaqlı arısı (Bombus mlokosievitzi) — Bombus cinsinə aid nadir növ. Bu növ Azərbaycanın Qırmızı kitabına düşən həşaratlar siyahısına salınmışdır. Sayları heyvandarlığın inkişafı ilə əlaqədar getdikcə azalır. İlk dəfə polyak Entomoloqu və general Oktaviy İvanoviç Radoşkovski tərəfindən qeydə (1820–1895) alınmışdır. Növün adı İosif Porçinskinin şərəfinə adlandırılmışdır (1848–1916) — rus entomoloqu. Qarışıq meşə və dağ ərazilərində yayılırlar. Cənubi Qafqazın endemik canlısıdır. Azərbaycanda əsasən Gölgöl gölü ətrafı ərazilərdə yayılırlar. Türkiyə və İranın hündürlüyü 3500 m olan bölgələrində rast gəlinir. Bu növün ziyarət etdikləri bitki növləri: Acantholimon androsaceum, Astragalus ornithopoides, Campanula glomerata, qıvrım şeytanqanqalı, Centaurea glastifolia, Jurinea moscus, Lamium amplexicaule, Salvia, Taraxacum, Trifolium pratense, Lallemantia canescens, Nepeta fissa, şeytanqanqalı, Vicia pannonica, Melampyrum arvense, Astragalus aureus, Centaurea glastifolia, Prunella vulgaris, Stachys cretica, Anchusa leptophylla, Astragalus baibutens, Chartolepis glastifolia, Lamium tomentosum, Medicago falcata, Salvia verticillata, Trifolium ambiguum.
Zolaqlı balinalar
Zolaqlı balinalar (lat. Balaenopteridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Zolaqlı balinalar (cins)
Zolaqlı delfin
Zolaqlı delfin və ya Zolaqlı prodelfin(lat. Stenella coeruleoalba) — kifayət qədər araşdırılmayan, kiçik bir delfin növü. Əsasən Dünya okeanının bütün mülayim və tropik qurşaqlarında yayılmışdır. Təsnifatı mübahisə doğurur. 1999-cu ildə DNT analizləri onların müxtəlif delfin növləri arasında oxşarlıqlar müəyyən etmişlər Əsasən balıq, kril, osminoqlarla qidalanırlar. Yan zolaqlarına görə fərqlənirlər. Əvvəllər ovlanma səbəbi ilə sayları azalırdı. Hazırda isə torlar və okean sullarının kirlənməsindən əziyyət çəkirlər. ARKive — images and movies of the striped dolphin (Stenella coeruleoalba) Arxivləşdirilib 2006-03-22 at the Wayback Machine Whale and Dolphin Conservation Society Whale Trackers — An online documentary series about whales, dolphins and porpoises.
Zolaqlı diaqram
Zolaqlı diaqram– hər bir qiyməti düzbucaqlı zolaq şəklində təsvir olunmuş diaqram növü. İstifadəçinin seçdiyi parametrlərdən və müəyyən dərəcədə proqram təminatının imkanlarindan asılı olaraq, zolaqlı dioqramlar displeyə və çapa istər şaquli, istərsə də üfüqi formada verilə bilər və bir-birindən rənglə, kölgə ilə və ya naxışla fərqləndirilə bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Zolaqlı durnabalığı
Qara durnabalığı (lat. Esox niger) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü.
Zolaqlı kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Zolaqlı kefal
Zolaqlı kefal (lat. Liza tricuspidens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Zolaqlı kenquru
Zolaqlı kenquru, və ya Zolaqlı vallabi-dovşan (lat. Lagostrophus fasciatus) — kisəli məməlilərə aid kiçik kenquru növü. Kenqurular fəsiləsi, Zolaqlı kenqurular cinsinə aid tək növ. Bədəninin uzunluğu 40–45 sm, quyruğunun uzunluğu 37,5 sm, çəkisi — 1,3–2 kq təşkil edir. Yumşaq və uzun xəzi boz rəngdədir. Bel nahiyyəsindən qara zolaqlar keçir. Sifəti iti quruluşa malik olub tüksüzdür. Qulaqları qısadır. Uzun quyruğu isə bütünlüklə tüklə örtülüdür. Vallabi-dovşan adı ona dovşan yerişi ilə hərəkətinə görə verilmişdir.
Zolaqlı kərtənkələ
Zolaqlı kərtənkələ (lat. Lacerta strigata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Uzunluğu 25 sm çatır. Cavan kərtənkələlərdə adətən rəng qəhvəyi-zeytunu olur. 5 xətdən ibarət zolaq keçir. Böyüklərdə isə parlaq-yaşıl olur və üstəlik qara nöqtələr müşahidə edilir. Çütləşmə zamanı baş, boğaz mavi rəng alır. Otlaqlar, çöllüklər və su tutarlarının kənarlarını daha çox sevirlər. Əsasən Cücülər və Onurğasızlarla qidalanırlar. Sürətli canlıdır.
Zolaqlı lavrak
Zolaqlı lavrak və ya Zolaqlı xanı (lat. Morone saxatilis) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan növ. Atlantik okeanının Şimali Amerika sahillərində, Müqəddəs Lavrentiya çayı mənsəbindən Luizinannaya qədər olan ərazidə yayılmışdır. Xəzər dənizində yaşayan balıqların siyahısında adı çəkilir. Zolaqlı lavrak gümüşü rəngli uzadılmış bədən quruluşuna sahibdir. Maksimal uzunluğu 200 sm-dir. İndiyənə kimi qeydə alınan ən böuük nümunə 57 kq-dır. Yetkin fərdlərin böyük əksəriyyəti 120 sm olur. Belə ehtimal edilir ki, bu balıqların ömür müddəri 30 ildir. Miqrasitya edən balıq növüdür.
Zolaqlı meyvə güvəsi
Zolaqlı meyvə güvəsi (lat. Anarsia lineatella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinin meyvə güvəsi cinsinə aid heyvan növü. Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 11–14 mm-dir. Ön qanadları açıq boz rəngdədir. Yumurtaları oval formada olub sarıdır. Yaşıl tırtılların uzunluğu 8–12 mm, oxlov formasında olub çəhrayı, pupun uzunluğu 6–7 mm olub, qəhvəyi-sarı rəngdədir. Zolaqlı meyvə güvəsi ikinci yaş tırtıl mərhələsində cavan zoğların qabığı altında qışlayır. Yazda, aprel ayının ikinci yarısında zərərvericinin ikinci nəslinin tırtılları qışlama yerlərindən çıxaraq, tumurcuq, çiçək və təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək çəkir. Puplaşma yetişmiş meyvələrin içərisində gedir.
Zolaqlı pijamalı oğlan (film, 2008)
Zolaqlı pijamalı oğlan (ing. The Boy in the Striped Pyjamas) — yazıçı Con Boynun eyniadlı romanı əsasında rejissor Mark Herman tərəfindən 2008-ci ildə çəkilmiş film. Filmin çəkilişləri Budapeştdə aparılmışdır. 8 yaşlı alman uşağı Bruno II Dünya müharibəsi zamanı Berlində qayğısız həyat sürür. Onun atası yüksək vəzifəli alman zabitidir. Atası Ralf yeni vəzifəyə təyin olunduqdan sonra ailə yeni yerə köçməyə məcbur olur. Bu barədə xəbər tutan Bruno dostlarından ayrılmalı olduğunu başa düşür və məyus olur. Yeni yaşadıqları evin arxasında konsentrasiya düşərgəsini və orada saxlanılan dustaqları görən Bruno düşərgənin ferma, zolaqlı pijamada gəzən dustaqların isə fermer olduğunu düşünür. O, anası Elzadan "fermer"lərin nəyə görə bu cür qəribə olduğunu soruşur. Elza dəhşətə gələrək sualları cavabsız qoyur və Brunoya bir daha evin arxasına getməyə icazə vermir.
Zolaqlı siçanaoxşar
Zolaqlı siçanaoxşar (lat. Colius striatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin siçanaoxşarkimilər dəstəsinin siçanaoxşarlar fəsiləsinin siçanaoxşar cinsinə aid heyvan növü.
Zolaqlı suiti
Zolaqlı suiti (lat. Histriophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Zolaqlı tinamu
Zolaqlı tinamu (lat. Crypturellus casiquiare) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Zolaqlı çaqqal
Zolaqlı çaqqal (lat. Canis adustus və ya Lupulella adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Adi zolaqlı suiti
Adi zolaqlı suitu (lat. Histriophoca fasciata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin zolaqlı suiti cinsinə aid heyvan növü. Öz adınını məxsus olduğu zolaqlı dərisi ilə əlaqədardır. Yetkin fərd tünd rəngə malik olur və ağ xəttlərə üzərindən zolaqlar keçir. Yeni doğulan suitilərin rəngi ağ olur. Onların bu ağ və qalın dərisi 2 həftə qalır. Yetkin fərdin uzunluğu 150–190 sm, çəkisi 70–90 kq olur. Yeni doğulan körpələrin uzunluğu 70–80 sm təşkil edir. Yaz və yayın əvvəlində Berinq dənizi və Oxot dənizi sularında yerləşən buzlaqlarda birdə Çukot dənizinin cənubunda yerləşirlər. Əsasən açıq dəniz sahələrində yerləşən bulaqlarda yerləşməyi xoşlasalarda hərəkət edən buzlaqların üzərində sahil xəttinə qədər gəlib çıxırlar.
Zolaqlı balina
Zolaqlı balina (lat. Balaenoptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinə aid heyvan cinsi. Bura daxil canlıların 50–90 arası zolaq olur. Əsl balinalardan fərqli onların bel üzgəclərinə malikdir. Qozbel balinadan fərqli olaraq isə sinə ətrafında yerləşən üzgəcləri qısadır. Bu cinsə daxil olan Göy balina dünyanın ən nəhəng canlısıdır. Qidalarının əsasını xərçənglər və xırda balıqlar təşkil edir.
Nilgiri zolaqlı dələ
Nilgiri zolaqlı dələ – Nilgiri zolaqlı dələ (Funambulus sublineatus) gəmiricilərin nəsli kəsilməkdə olan növüdür, Hindistan yarımadasındakı Nilgirislər də daxil olmaqla, Qərbi Qatların cənubundakı yağış meşələrində yaşayan kiçik dələ (Sciuridae). Əvvəllər Şri-Lankadan Funambulus obscurus-u bir alt növ kimi daxil etdi, bu zaman "birləşmiş növlərin" ingiliscə adı da qaranlıq zolaqlı dələ idi (indi Şri Lanka növləri ilə məhdudlaşan bir ad). Funambulus sublineatus elmi olaraq 1838-ci ildə təsvir edilmişdir. Daha sonra Şri Lanka obskurusu ilə birləşdirildi, sonra Funambulus sublineatusun alt növü kimi qəbul edildi. 2012-ci ildə bir araşdırma, ikisinin çox fərqli olduğunu aşkar etdi və onların ayrı-ayrı növlər kimi tanınmasını tövsiyə etdi. Nilgiri xurma dələsinin (F. sublineatus) indi Hindistanın Qərbi Qatlarında yayılması məhdud olsa da, taksonomik parçalanmadan əvvəl növlərin keçmiş diapazonu həm Hindistanda, həm də Şri Lankada idi. Bu sincab haqqında çox az şey məlumdur, ehtimal ki, cinsdəki ən kiçiyi təxminən 40 qramdır. Hindistanda endemik məməli kimi yeni statusu qeydlərin yenilənməsinə ehtiyac olduğunu bildirir. Növlər ya Qərbi Ghats və Nilgiri təpələrində (və Hindistanda Kodaikanal ətrafı kimi ətraf ərazilərdə) yaş rütubətli meşələrlə məhdudlaşır.

Digər lüğətlərdə