Zuberxa
Zuberxa — Dağıstan Respublikasında, Böyük Qafqaz dağlarının şərq hissəsində yerləşən dağ massivi.
Zuberxa dağ massivi mərkəzi Dağıstanda olub, Kulimer dağ sisteminə daxildir. Massiv Gergebil rayonu ərazisində yerləşir. Hündürlüyü 2338 metrdir. Gergebil tərəfdən massivin nisbi hündürlüyü — 800 metr, Aymaka tərəfdən — 600 metrdir. Massivi cənub-qərbdən Qaragöysu çayı, cənub-şərqdən Zinlak çayı (Aymakin dərəsi), şimal-şərqdən isə Exeb çayı dərəsə əhatə edir. Zuberxa massivi şimaldan tədricən Nakilrox silsiləsinə keçir. Ərazinin şimal-şərq yamacı meyillidir. Digər yamacları isə dik və qayalıdır. Şimal-qərbdə olan dik yamacların hündürlüyü 400 metrə çatır.