ZURNA-QAVAL

сущ. зуьрне-далдам, зуьрнени далдам; // зуьрне далдамдин (мес. ван).
ZURNA-BALABANLI
ZURNAÇI
OBASTAN VİKİ
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. == Quruluşu == Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. == Azərbaycan musiqisində qaval == Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Zurna
Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. == Söz açımı == "Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. == Coğrafiyası və tarixçəsi == Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır. == Quruluşu == Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır.
Qaval daşı
Qaval daşı – qədim zərb musiqi aləti, litofon. Bir musiqi aləti kimi istifadəsi təqribi olaraq 10 min il öncəyə aiddir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən Qaval daşa vurduqda ondan səs çıxır. Neolit dövründə Qobustan ərazisində qədim insanlar bu daşın xüsusiyyətlərini bilmiş və ondan musiqi aləti kimi istifadə edirmişlər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bunu əks etdirən qaya üstü rəsmləri görmək mümkündür. == Sayları == Qobustanda iki ədəd qaval daşı abidə kimi qorunur. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Bu daşın orta hissəsidə qalınlıq 70 sm-dir.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır. Universal tuluqzurna və Renesans Krumhornu arasında aralıq mərhələ olaraq qovuqlu zurna 14–16-cı əsrlərdə formalaşdı.

Digər lüğətlərdə