ZÖHHAD
ZÖHR NAMAZI
OBASTAN VİKİ
Zöhr namazı
Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir. 1-ci rükət Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-rükət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə; Təşəhhüd; 3-cü rükət 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; 4-cü rükət: 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; Təşəhhüd; Salam. Zöhr namazı qılıram vacib qürbətən iləllah. Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə İxlas surəsi oxumaq. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.
Davud Zöhrabov
Davud Ramazan oğlu Zöhrabov — Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000). Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Mədəni Maarif ixtisasından sonra 1966-cı ildə Moskvada Kinematoqrafçılar İnstitutunun "kinoistehsalat təşkilatçılığı" kursunu bitirib. Kursu bitirəndən sonra orada "Möhkəm qoz" ("Krepkiy Oreşok") filmində direktor kimi təcrübə keçib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Davud Zöhrabov 11 sentyabr 2005-ci ildə vəfat edib. Bəxtəvər (film, 1990) Dəli Kür (film, 1969) Əlavə iz (film, 1981) Gözlə məni (film, 1980) Güzgü (film, 1990)(II) İstintaq (film, 1979) Qanlı zəmi (film, 1985) Ölsəm... bağışla (film, 1989) Park (film, 1983) Son tamaşa (film, 1989) Yeddi oğul istərəm...
Faiq Zöhrabov
Faiq Ramazan oğlu Zöhrabov (16 iyul 1939, Bakı – 5 iyun 2009, Bakı) — Teatr rejissoru, aktyor. Faiq Zöhrabov 1939-cu il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1957–1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərmişdir. 1963–1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 1965–1972-ci illlərdə F. Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləmişdir. 1972–1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975–1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru işləmişdir. 1968–1985-ci illərdə F. Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişdir. 1985–88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunmuş və orada 4 il baş rejissor vəzifəsində çalışmışdır. Bu dövrdə rejissor A. P. Çexovun "Elçilik", A. Şirvanzadənin "Nakam qız", Q. Lezqinsovun "Dağlar oğlu", N. Hikmətin "Bayramın birinci günü", Ü. Hacıbəyovun "O olmasın, bu olsun" və s.
Kərimov Zöhrab
Mirzə Salah bəy Zöhrabbəyov
Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu Zöhrabbəyov (1859, Şuşa – 1940) — görkəmli pedaqoq, Fransada, Rusiyada oxumuş ziyalı. Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu 1859-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Fransaya yollanmış, burada 12 il təhsil aldıqdan sonra o, Rusiyaya gəlir və Sankt-Peterburq şəhərində təhsilini davam etdirmişdi. İnqilabdan əvvəl Şuşaya qayıdır, öz vəsaitinə məktəb tikdirir və həmin məktəbdə rus dili dərsini deməyə başlayır. Bu tədris fənni üçün Mirzə Salah bəy Zöhrabbəyov "Azərbaycanlılar üçün rus dilinin tədrisi" dərslik vəsaitini yazmışdır. Bir müddət Şuşa real məktəbində müəllim işləmişdi. O, Firidun bəy Köçərli birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etmişdi. Sovet hakimiyyəti gəldikdən sonra o, öz xoşu ilə Şuşadakı, Vladiqafqazdakı evlərini və şəxsi banklarını onlara təhvil verib, öz məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi. Mirzə Salah Zöhrabbəyov 1940-cı ildə vəfat edib.
Mirzə Salah bəy Zöhrabbəyovun evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb. Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb.
Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb. Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb.
Namus Zöhrabov
Namus Zöhrabov — Əməkdar artist. Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb. Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib.
Nəzirməmməd Zöhrablı
Nəzirməmməd Zöhrablı (tam adı:Nəzirməmməd Cankişi oğlu Quliyev) — Jurnalist-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü. Nəzirməmməd Zöhrablı 1965-ci ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. 1993-cü ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirib. 1993-cü ildən etibarən ölkə miqyaslı "Odlar Yurdu", "Respublika", "Panorama", "Yeni Zaman", "Vətəndaş Həmrəyliyi", "Xəzər" qəzetlərində, AzTV, ANS TV telekanallarında müxbir, şöbə müdiri, redaktor, sabiq özəl "Loğman" Tibb Texnikumunun mətbuat xidmətinin rəhbəri, Söz Azadlığını Müdafiəsi Fondunda (SAMF) layihələr üzrə koordinator, Mədəniyyət Nazirliyi "Xatirə" kitabı redaksiyasında redaktor, Qaynar tv-də redaktor vəzifələrində işləyib. Yüzlərlə publisistik məqalənin, "Üçrəngli bayrağa bürünmüş şairə", "Hər yarpaq bir sözümüz", "Gözlər yoldan yığılarmı…" və "İgid ömrü" kitablarının müəllifi, "Həsən bəy Zərdabi və "Əkinçi", "Şuşa və Ağdamın Turizm Potensialı", ""Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı" kitablarının həmmüəllifidir. Bir neçə kitabın, o cümlədən şair M. Yaqubun 75 yaşı münasibətilə işıq üzü görmüş "Dövrün dəyirmanı", "Sevgi şeirləri", "İndi bildim nağıldı…", "Gərək bu sözümü daşlara yazam" kitablarının, həmçinin şairin yaradıcılığına həsr olunan "Qara daşın sədası", Alim Məhərrəmlinin "Hardasan, evi tikilmiş…", Moskvada yaşayan həmyerlimiz, detektiv yazıçı Elçin Qasanovun "Azəri qızı Yerevanda" kitabının, eləcə də Çingiz Abdullayevin "Əclafların kredosu", "Namərdin üslubu", "Qələbənin səcdəgahı", Misir yazıçısı Necib Mehfuzun "Yeni Qahirə", Fransa yazıçısı Mark Levinin "Hardasan", Ukrayna yazıçısı Pavel Zaqrebelnının məşhur Hürrəm Sultandan bəhs edən "Poksolana", ABŞ yazıçısı Stiven Kinqin "11/22/63" romanı, Fransız yazıçısı Frederik Beqbederin "Ona və Selincer", məşhur detektiv yazıçı Aqata Kristinin "Quzğun yuvası" s. kitabların azərbaycancaya tərcümələrinin redaktorudur. Söz azadlığının, Azərbaycan dilinin qorunmasını, çağdaş jurnalistikanın inkişafını stimullaşdıracaq bir sıra layihələrin müəllifidir.
Ramiz Zöhrabov
Zöhrabov Ramiz Fərzulla oğlu (2 may 1939 – 24 aprel 2017) — Azərbaycan mədəniyyətinin alimi. Tanınmış musiqişünas-alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti, sənətşünaslıq doktoru, professor. Ramiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuş, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmış, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olmuşdur. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşmişdir.
Sərhəd Zöhrabbəyov
Vəcihə Zöhrabova
Vəcihə Ramazan qızı Zöhrabova — Azərbaycanlı alim, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent. Vəcihə Ramazan qızı Zöhrabova – 20 may 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-cı ildə "qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmiş və Geologiya İnstitutunda işləməyə başlamışdır. Geologiya-mineralogiya üzrə fəlsəfə doktorudur, elmi rütbəsi dosentdir. Vəcihə Zöhrabovanın elmi fəaliyyəti qeyri-filiz faydalı qazıntıların litologiyası və mineralogiyasının öyrənilməsi ilə bağlıdır. O, 1989-cu ildə "Şamaxı-Qobustan bölgəsinin eosen bentonit təzahürlərinin əmələ gəlmə şəraiti və maddi tərkibi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Şixandağ yatağını kəşf və tədqiq etmişdir. Əmbizlər, Qabandağ, Ağdərə, Yunusdağ-Ağburun, Kemçi və s. qələvili bentonit təzahürlərini aşkar etmişdir. Vəcihə Zöhrabova 1973-1978-ci illərdə "Qeyri-metallik faydalı qazıntıların geologiyası və mineralogiyası" laboratoriyasının əməkdaşları ilə birlikdə Tovuz və Qazax rayonları ərazisində yerləşən seolitləşmiş tuflar (Aydağ və Yuxarı Öksürlü yataqları), bentonit gilləri (Daşsalahlı və Qaymaqlı yataqları) və kaolinləşmiş süxurların (Kotandağ və Kəmərli yataqları) tədqiqatı ilə məşğul olmuşdur.
Zöhrab Abbasov
Zöhrab Natiq oğlu Abbasov (17 sentyabr 2001; Eynallı, Ağstafa rayonu — 13 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Zöhrab Abbasov 2001-ci il sentyabrın 17-də Ağstafa rayonunun Eynallı kəndində anadan olub. 2007 – 2018-ci illərdə X. İsmayılov adına Eynallı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Zöhrab Abbasov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zöhrab Abbasov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 16-da Ağstafa rayonunun Eynallı kəndində dəfn olunub.
Zöhrab Abbasov (əsgər)
Zöhrab Natiq oğlu Abbasov (17 sentyabr 2001; Eynallı, Ağstafa rayonu — 13 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Zöhrab Abbasov 2001-ci il sentyabrın 17-də Ağstafa rayonunun Eynallı kəndində anadan olub. 2007 – 2018-ci illərdə X. İsmayılov adına Eynallı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Zöhrab Abbasov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zöhrab Abbasov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 16-da Ağstafa rayonunun Eynallı kəndində dəfn olunub.
Zöhrab Adıgözəlzadə
Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (3 iyul 1940, Bakı – 24 may 2012, Bakı) — Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti (1982), professor. Zöhrab Adıgözəlzadə 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edib. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.. Azərbaycan pianoçusu Murad Adıgözəlzadənin atasıdır. Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Zöhrab Allahverdiyev
Zöhrab Sübhan Allahverdiyev (28 sentyabr 2001, Şamaxı – 10 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Zöhrab Allahverdiyev 2001-ci il sentyabrın 28-də Şamaxı şəhərində anadan olub. 2007–2018-ci illərdə M. K. Veysov adına 6 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. Zöhrab Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Zöhrab Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Zöhrab Allahverdiyev oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zöhrab Cəfərov
Zöhrab Hümbətov
Zöhrab Kərimov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Zöhrab Mehdiyev
Zöhrab İlham oğlu Mehdiyev (30 mart 1998; Aşağı Çardaxlar, Zaqatala rayonu — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Zöhrab Mehdiyev 1998-ci il martın 30-da Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub. 2004-2015-ci illərdə Aşağı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Zöhrab Mehdiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zöhrab Mehdiyev oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zöhrab Mirzəyev
Zöhrab Mnatsakanyan
Zöhrab Mnatsakanyan (20 mart 1966, İrəvan) — Ermənistanın keçmiş xarici işlər naziridir.16 noyabr 2020-ci ildə vəzifəsindən istefa vermişdir. Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Münasibətlər Bölməsini bitirib və Mançester Viktoria Universitetinin Sosial, İqtisadi və Siyasi Tədqiqatlar Bölməsində Qərbi Avropa Siyasəti (İqtisadiyyat) magistr dərəcəsini almışdır. 1991-ci ildə Xarici İşlər Nazirliyinə daxil olmuş, 1997-ci ildə qısa bir müddət, Ermənistan Xarici İşlər Naziri Aleksandr Arzumanyanın Xarici İşlər Nazirliyinin idarə rəisi, 1997-1999-cu illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 1999-2002-ci illər arasında Prezidentin Xarici Əlaqələr Bölməsinin müdiri vəzifələrində çalışmışdır. 2002-2008-ci illərdə Ermənistanın BMT-nin Cenevrə Ofisində Daimi Nümayəndəsi olmuş və həmçinin eyni illərdə İsveçrənin (Cenevrədə qalmaqla) səfiri vəzifəsini icra etmişdir. 2008-2011-ci illər arasında Ermənistanın Avropa Şurası yanında Daimi Nümayəndəsi (Strasburqda), 2011 ilə 2014 arasında Xarici İşlər Nazirinin müavini və Avropa Birliyi-Ermənistan tərəfdaşlıq sazişinin baş müzakirəçisi olaraq çalışmışdır. 2014-cü ildən etibarən Ermənistanın (Nyu-Yorkda) BMT-dəki daimi nümayəndəsi olmuşdur. 12 may 2018-ci ildə Xarici İşlər Naziri təyin edilmişdir. 16 noyabr 2020-ci ildə istefa vermişdir.
Zöhrab Məmmədov
Zöhrab Əsəd oğlu Məmmədov (17 fevral 1941, Qubadlı rayonu – 24 mart 2021) — Qubadlı (1980–1985) və Abşeron (1985–1990) rayon Partiya Komitəsinin birinci katibi. 1972–1975-ci illərdə Azərbaycan SSR Tərtər rayonu Partiya Komitəsinin katibi olmuşdur. 1975–1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəznindəki Ali Partiya məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçı vəzifəsində çalışmışdır. 1979–1985-ci illərdə Qubadlı rayon KP birinci katibi vəzifəsində çalışmışdır 1985–1989-cu illərdə Abşeron rayonu KP birinci katibi vəzifəsində çalışmışdır. 1990–1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur. AR Prezident yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində çalışmışdır. AR Əmlak Komitəsində bir sıra vəzifələrdə çalışmışır. "Ay-Ata" ASC-nin idarə heyətinin sədri olmuşdur.
Zöhrab Məmmədov (dövlət xadimi)
Zöhrab Əsəd oğlu Məmmədov (17 fevral 1941, Qubadlı rayonu – 24 mart 2021) — Qubadlı (1980–1985) və Abşeron (1985–1990) rayon Partiya Komitəsinin birinci katibi. 1972–1975-ci illərdə Azərbaycan SSR Tərtər rayonu Partiya Komitəsinin katibi olmuşdur. 1975–1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəznindəki Ali Partiya məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçı vəzifəsində çalışmışdır. 1979–1985-ci illərdə Qubadlı rayon KP birinci katibi vəzifəsində çalışmışdır 1985–1989-cu illərdə Abşeron rayonu KP birinci katibi vəzifəsində çalışmışdır. 1990–1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur. AR Prezident yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində çalışmışdır. AR Əmlak Komitəsində bir sıra vəzifələrdə çalışmışır. "Ay-Ata" ASC-nin idarə heyətinin sədri olmuşdur.
Zöhrab Məmmədov (iqtisadçı)

Значение слова в других словарях