1. astr. Günəş sisteminə daxil olan yeddi ulduzdan biri və bütün görünən ulduzların ən parlağı; Karvanqıran, Venera.
2. məc. Eşq ilahəsi (klassik poeziyada adətən gözəllik rəmzi kimi “Zöhrə ulduzu” şəklində işlənmişdir).
Şəşəəsində məhv olur ay ilə gün bu gün Zöhrənin; Gör ki, nə aftabmış şol fələkin sitarəsi.
Müştəridir sənə Zöhrə fələkdə; Gecə-gündüz övsafını deməkdə.
Susun artıq! Bu Zöhrə ulduzunu seyr edin iştiyaqü həsrət ilə; Bu gözəl lövhə sonra düşməz ələ.
Zöhrə ulduzuna məftun olmuşsan; Sürürsən üstünə öz təyyarəni.