ZÜLFƏLİ
ZÜLFİQAR
OBASTAN VİKİ
Zülfi Hacıyev
Zülfü (Zülfi) Saleh oğlu Hacıyev (21 mart 1935, Böyük Məzrə, Basarkeçər rayonu – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikası Baş nazirinin müavini (1989–1991), elmlər namizədi. Zülfi Hacıyev 21 mart 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan "Qırmızı əmək bayrağı" ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilmişdir. O, 1976-cı ildən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1982-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, 1988-ci ilin martından Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Zülfi Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi. "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar Dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Azərbaycanın əməkdar inşaatçısı" fəxri adı Zülfi Hacıyev qeyrətimiz Qarabağ yolunda qəhrəmanlıqla şəhid olsa da onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Sumqayıtda izi qalan Zülfi müəllimin adı əbədiləşdirilmişdir.
Zülfi Sadıxov
Zülfi Kazım oğlu Sadıxov (1942, Qarabulaq, Gədəbəy rayonu – 25 mart 2023, Sumqayıt) — Azərbaycanın istehsalatçı-kimyaçısı, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü. Zülfi Sadıxov 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olub. Orta təhsilini 1959-cu ildə Miskinli kəndində orta məktəbi bitirib. 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik Kauçuk zavodunda əmək failiyyətinə başlasada sonralar Sumqayıt "Kimyasənaye" İB-də əmək failiyyətini davam etdirib. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır. Daha sonra Moskva İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 25 mart 2023-cü ildə vəfat etmişdir. Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyində çalışmışdır. 1980-ci ildə Zülfü Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başlanılmışdı. İstehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu.
Aşıq Zülfiyyə
Aşıq Zülfiyyə (İbadova Zülfiyyə; 26 noyabr 1970, Alakol, Tovuz rayonu) — Azərbaycan aşığı. Azərbaycan komsomolu mükafatının laureatı (1987). "Aşıq Pəri" Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Zülfiyyə 1970-ci il noyabr ayının 26-da Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. == Aşıqlıq fəaliyyəti == On dörd yaşından peşəkar səviyyədə saz çalmağa başlamışdır. İlk ustadı dayısı Fərrux olmuşdur. "Aşıq Pəri" Məclisinin ən kiçik üzvü olmuşdur. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. 1986-cı ildə Almaniyaya, 1987-ci ildə Moskvaya festivala getmişdir. == Təltifləri == 1991-ci ildə Türkiyənin Konya şəhərində "Atatürk ödülü" qızıl medalı təqdim edilmişdir.
Coşqun Zülfizadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Dəniz (Zülfiyyə Xanbabayeva albomu)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. == Hazırlanması == Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Gecə (Zülfiyyə Xanbabayeva albomu)
== Albom haqqında == Bu Zülfiyyə Xanbabayevanın ilk studiya albomudur. Albom mediaya 2000-ci ildə təqdim olunub. Həmin il Azərbaycanda ən çox satılan albomlardan biri olub.
Gözümün Qarası (Zülfiyyə Xanbabayeva mahnı)
Gözümün qarası - 2006-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Sözləri İsmayıl Dadaşovun, musiqisi Hüseyn Abdullayevindir. == Mahnı haqqında == Mahnı ilk dəfə 2006-cı ilin yazında Zülfiyyə Xanbabayeva tərəfindən oxunmuşdur. Mahnı efirə getdiyi gündən bütün hitparadlarda 1-ci oldu. Mahnı 2006-cı ildə ilin mahnısı seçildi. Mahnı Zülfiyyə xanımın 2009-cu ildə işıq üzü görən Dəniz albomuna daxil edildi. == Video == Mahnının videosu əvvəlki Zülfiyyə Xanbabayeva kliplərindən fərqli olaraq Gürcüstanda çəkildi. Videoda hər hansı bir sujet xətti yoxdu.
Nə Faydası (Zülfiyyə Xanbabayeva mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Qəlbinə Yol (Zülfiyyə Xanbabayeva albomu)
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Samir Zülfiqarov
Samir Xəlil oğlu Zülfüqarov (3 iyul 1976, Ağbaş, Dəvəçi rayonu – 17 mart 1995, Bakı) — Azərbaycan Milli Ordusunun sıravi əsgəri; Azərbaycanın Milli Qəhrəmanı. Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş qəsəbəsində anadan olub. 8-ci sinfə qədər təhsil alıb. Ailə vəziyyəti ağır olduğu üçün, təhsili yarımçıq qoyaraq atası ilə bərabər işləyib, ailələrinə dayaq olub. Subay idi. 1994-cü ilin avqustunda Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib. Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən hərbi hissədə xidmət edib. 1995-ci ilin 12-18 martında baş verən dövlət çevrilişinə cəhd zamanı silahlı dəstələrin zərərsizləşdirilməsi əməliyyatlarına göndərilir. Martın 17-də Nizami rayonunda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qərargahının yaxınlığına baş verən silahlı toqquşma zamanı şəhid olub. Dəvəçi rayonunun Ağbaş qəsəbəsində dəfn olunub.
Sən Gedən Gündən (Zülfiyyə Xanbabayeva albomu)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Sənsiz (Zülfiyyə Xanbabayeva albomu)
"Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu.
Zülfiqar Əli Bhutto
Zülfüqar Əli Bhutto (urdu ذوالفقار علی بھٹو; 5 yanvar 1928[…], Larkan, Sind əyaləti – 4 aprel 1979[…], Ravalpindi, Pəncab) — Pakistanının siyasətçi və dövlət xadimi. Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973). Hərbi çevriliş nəticəsində hakimiyyətdən salınmış və edam olunmuşdur. Zülfüqar Əli Bhutto 1928-ci il yanvar ayının 5-də Britaniya Hindistanının Larkana şəhərində varlı müsəlman ailəsində anadan olmuşdur. Pakistan siyasətçisi Şah Navaz Bhuttonun oğludur. Hindistanda, ABŞ-də və Böyük Britaniyada təhsil almışdır. O, 1947-ci ildə ABŞ-nin Cənubi Kaliforniya ştatında universitetə daxil olmuşdur. Zülfüqar Əli Bhutto 1949-cu ildə Kaliforniyada yerləşən Berkli Kaliforniya Universitetinə köçürülmış və 1950-ci ildə siyasi elmlər sahəsində dərəcə almaqla həmin universiteti fərlənmə diplomu ilə bitirmişdir. Elə həmin il o, Oksford universitetinin Krayst-Çerç kolleçinə daxil olmuş və həmin təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirərək hüquq magistri ixtisasına yiyələnmişdir. 1953–1955-ci illərdə müəllim və vəkil işləmişdir.
Zülfiyyə (şairə)
Zülfiyyə (1 (14) mart 1915, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 1 avqust 1996 və ya 23 avqust 1996, Daşkənd) — Özbəkistan şairi, Özbəkistanın xalq şairi (1965), Sosialist Əməyi Qəhrəmanı (1985) . Zülfiyyə 1915-ci ildə Daşkənddə dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini bitirdikdən sonra, qızlar üçün açılmış pedaqoji məktəbdə oxumuşdur. Burada o, böyük ədəbiyyat dünyasına daxil olmuş və ilk şeirlərini yazmışdır. Bu, 1930-cu ilə təsadüf etmişdir. İlk şeirini mətbuatda-qəzetdə dərc etdirmiş və sonralar mütəmadi olaraq müxtəlif qəzet və jurnallarda çap olunmuşdur. 1932-ci ildə "Həyat səhifələri" adlı ilk şeirlər kitabı çapdan çıxdı. Bu uğurlarına baxmayaraq, o, özünü zəif görürdü, həyat təcrübəsi az olduğundan hər addım çətin görünürdü. Əslində, ilk addımı atmışdı. O, məqalələrinin birində yazırdı: "Mənim üçün həyatımın ən xoşbəxt çağları Həmid Alimcanla olan 10 illik ailə həyatım olmuşdur.
Zülfiyyə Hüseynova
Zülfiyyə Hüseynova (15 oktyabr 1970, Qaradağlı, Jdanov rayonu) — Azərbaycanı təmsil edən samboçu, cüdoçu və para-cüdoçu, sambo üzrə 5 dəfə Dünya Çempionatlarının, 2 dəfə isə Avropa Çempionatlarının qalibi. Zülfiyyə Yusif qızı Hüseynova 1970-cı il oktyabrın 15-də Beyləqan rayonunun Qaradağlı qəsəbəsində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutu, 1998-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirib. 1986-cı ildən idmanla məşğul olur. Zülfiyyə Hüseynova idmana başlamasından 2 həftə sonra, 15 yaşında sambo üzrə Azərbaycan SSR Çempionatının bürünc medalına sahib oldu. Qısa müddət sonra isə sambo üzrə yeniyemətlər arasında Azərbaycan SSR Çempionatının qalibi oldu. Karyerası ərzində Zülfiyyə Hüseynova sambo üzrə dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. 1992, 1994, 1995, 1996, 1997-ci illərdə Zülfiyyə Hüseynova bütün rəqibləri üzərində qələbə qazanaraq sambo üzrə Dünya Çempionatlarının qızıl medallarına sahib oldu. 1998 və 1999-cu illərdə isə o, final görüşlərində məğlub olaraq turniri gümüş medallarla başa vurdu. Avropa Çempionatlarında Zülfiyyə Hüseynova 2 dəfə — 1992 və 1995-ci illərdə turnirin qalibi oldu.
Zülfiyyə Qurbanova
Zülfiyyə Misirxan qızı Qurbanova (4 yanvar 1984, Sumqayıt) — aktrisa. Zülfiyyə Qurbanova 4 yanvar 1984-cü ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində incəsənət və mədəniyyət işçiləri ailəsində anadan olmuşdur. 1990-cı ildə Sumqayıt şəhərində 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə Sumqayıt şəhərində 7 saylı orta məktəbi bitirmişdir. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinə daxil olmuş, oranı 2007-ci ildə qurtarıb, həmin ildə eyni ixtisas üzrə magistraturaya qəbul olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyorluq" şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinin magistraturasını bitirmişdir. 2007-ci ildən xalq artisiti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan aktrisa, hazırda teatrın gənc aparıcı aktrisalarından biridir. Zülfiyyə Qurbanova Azərbaycandan Kann film festivalında iştirak edən ilk Azərbaycanlı aktrisadır. 1. "Arzular" filmi (2005). İran və Azərbaycanın birgə istehsalı.
Zülfiyyə Sadıqova
Sadıqova Zülfiyyə Şükür qızı - Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri, Xəzər Universitetinin kamera orkestrının bədii rəhbəri professor, dosent. Əməkdar müəllim. 1990-cı ildə Bülbül adına orta ixtisa musiqi məktəbini gümüş medalla, 1995-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə “Gənc musiqiçilər” müsabiqəsinin birinci dərəcəli fəxri diplomunu almış, həmin ildə şəhər və respublika baxışlarının qalibi olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət və İncəsənət Muzeyində solo konserti keçirilmişdir. 1994-cü ildə “Tələbə və aspirantların IV elmi ifaçılıq konfransı”nın diplomu ilə təltif olunub. 1997-ci ildə görkəmli tarzən Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) adına Xalq Çalğı Alətləri üzrə musiqi ifaçılarının Respublika müsabiqəsində yaradıcılıq fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib. 1998-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində aspiranturanı bitirib. 2011-ci ilin may ayında İtaliyanın Roma şəhərində Akademia Nazionale di Sonto Ceciliya konsert salonunda solo proqramla çıxış edib. 2014-cü ilin mart ayının 7-də Böyük Britaniyanın London şəhərində solo konsertlə çıxış etmişdir.
Zülfiyyə Xanbabayeva
Zülfiyyə Xanbabayeva (16 oktyabr 1967, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). Azərbaycan müasir estrada qurucularından biri. Zülfiyyə Güloğlan qızı Xanbabayeva 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 161 nömrəli məktəbi bitirdikdən sonra 1985-ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub. 1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edərək finala çıxıb.1994-cü ildə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin "Aypara" qrupunda çıxış etməyə başlayır. Ailəlidir. Bir qız övladı var. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Qrupdan ayrıldıqdan bir müddət sonra solo karyerasına başlamışdır.
Zülfiyyə Xanbabayeva diskoqrafiya
Zülfiyyə Xanbabayevanın 2000-ci ildən bu günə kimi 7 albomu işıq üzü görüb. İlk albom az tirajla satışa çıxarıldı, tez bir zamanda alındı, mahnılar sevildi. Gecə albomundan iki klip çəkilib efirə verildi. Sentyabr ayında Fidan və Xuraman Qasımovalar ilə yazılan duetə video efirə çıxır, bu proyektə görə Zülfiyyə "Humay" mükafatına layiq görülür. Elə həmin ilin sonunda Zülfiyyə ilk alboma daxil olan və albom satışa çıxdıqdan sonra yazdırdığı mahnılardan ibarət canlı konsert verdi. 2001-ci ilin sonunda növbəti albom çıxdı. Albomla eyni adı daşıyan mahnıya çəkilən klip İlin Ən Yaxşı Klipi kimi Humay mükafatı alır. 2002-ci il mayın 31-i tarixində indiki adı ilə Heydər Əliyev adına Sarayda solo konsertlə çıxış edir, bu konsertə görə üçüncü dəfə "Humay" mükafatına layiq görülür, İlin Ən Yaxşı Konserti. Sonra ard-arda Qəlbinə Yol və Sənsiz albomları dinləyicilərin ixtiyarına verilir. Zülfiyyə xanımın "Dəniz" adlı albomu onun qızının adını daşıyır.
Zülfiyyə Xanbabayeva diskoqrafiyası
Zülfiyyə Xanbabayevanın 2000-ci ildən bu günə kimi 7 albomu işıq üzü görüb. İlk albom az tirajla satışa çıxarıldı, tez bir zamanda alındı, mahnılar sevildi. Gecə albomundan iki klip çəkilib efirə verildi. Sentyabr ayında Fidan və Xuraman Qasımovalar ilə yazılan duetə video efirə çıxır, bu proyektə görə Zülfiyyə "Humay" mükafatına layiq görülür. Elə həmin ilin sonunda Zülfiyyə ilk alboma daxil olan və albom satışa çıxdıqdan sonra yazdırdığı mahnılardan ibarət canlı konsert verdi. 2001-ci ilin sonunda növbəti albom çıxdı. Albomla eyni adı daşıyan mahnıya çəkilən klip İlin Ən Yaxşı Klipi kimi Humay mükafatı alır. 2002-ci il mayın 31-i tarixində indiki adı ilə Heydər Əliyev adına Sarayda solo konsertlə çıxış edir, bu konsertə görə üçüncü dəfə "Humay" mükafatına layiq görülür, İlin Ən Yaxşı Konserti. Sonra ard-arda Qəlbinə Yol və Sənsiz albomları dinləyicilərin ixtiyarına verilir. Zülfiyyə xanımın "Dəniz" adlı albomu onun qızının adını daşıyır.
Zülfiyə Kamalova
Zülfiyə Kamalova (tatar. Зөлфия Нәсип кызы Камалова 8 avqust 1969, Sarapul[d], Udmurtiya MSSR[d]) — Tatar mənşəli Sovet və Avstraliya müğənnisi. Dünya musiqisi üslubunda çoxsaylı musiqi müsabiqələrinin qalibi. Avstraliyanın "İlin müğənnisi 2001" müsabiqəsində "Dünya musiqisi-2002" janrının ən yaxşı ifaçısı. Zülfiyə Kamalova Sarapulda (Udmurtiya) 8 avqust 1969-cu ildə anadan olmuşdur. 9 yaşında musiqi ilə maraqlanmağa başlayır. Orta məktəbi bitirdikdən sonra Perm Universitetinin Xarici Dillər fakültəsinə daxil olur. 1991-ci ildə tələbə mübadiləsindən sonra Kaliforniyaya (ABŞ) yola düşür. Orada bir avstraliyalı ilə evlənir. Birlikdə Avstraliyaya köçür.
Zülfizadə Coşqun