ZƏFƏRANLI

прил. заферан квай (галай), заферан кутур (мес. аш, шурва).
ZƏFƏRANI
ZƏFƏRANPLOV
OBASTAN VİKİ
Zəfəranlı bulyon
Bulyon - Azərbaycan mətbəxinin milli yeməyi. Qoyun və ya mal sümüyü - 250q, baş soğan - 20q, yerkökü - 20q, cəfəri kökü - 10q, keşniş və ya şüyüd - 10q, zəfəran - 0,2q, duz. Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşqun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdən də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.
Zəfəranlı eli
Zəfəranlı eli— İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Xorasan əyalətlərində yaşayan konfederasiya. Zəfəranlı konfederasiyası 8 böyük, 24 kişik eldən ibarətdir. Zəfəranlı eliin başçılarından biri Məhəmmədhəsən xan idi. O, Nadirə qarşı qiyam qaldırmışdı. Bu konfederasiyanın ən böyük qollarından viri Cəmişgəzək (Çemişkəzək) elidir. Dərsimin (indiki Tuncelinin) Çemişkezek qəzasından çıxan bu el əvvəlcə Ağqoyunlu tayfa birliyinə, sonra Qızılbaşların tərkibinə qatıldı. Cəmişkəzəkli elinin kökəni haqqında müxtəlif fikirlər var. Şərəfnaməyə görə, Çemişkezek demək, kürdlük deməkdir. Kürdlər arasında, "Çemişkezek deyincə, ağla kürd gəlir" deyir. Digər tərəfdən, yenə Şərəfnamənin bu qeydi, Cəmişkəzəkli elinin türklüyünü sübut edir: "Çemişkezek hökmdarlarının bu Məlikşahın soyundan gəlmiş olmaları və "Məlikşah' sözünün Kürd dilinde 'melikiş' biçimində dəyişmiş olması ehtimaldır, başqa yandan Çemişkezek hökmdarlarının adları da onların türklərin övladlarından və törəmələrindən olduqlarını dəqiqləşdirir, çünki adlarının heç bir yandan ərəb və kürd adlarıyla ilgisi yoxdur; Ərəb və kürd adlarına heç də bənzəmir.".
Əmirgunə xan Zəfəranlı
Əmirgunə xan Zəfəranlı (?-?) — Zəfəranlı elinin elbəyi, Fətəli şah Qacarın sərkərdəsi, Xəbuşan valisi. Əmirgunə xan Xorasan əyalətinin Xəbuşan vilayətinin Zəfəranlı elinin Həsənvənd obasında anadan olmuşdu. Atasından sonra elbəyi təyin edilmişdi. Əmirgunə xan Fətəli şah Qacarın hakimiyyətinin ilk illərində Xəbuşanın valisi idi. Ənvər Çingizoğlu, Zəfəranlı eli, "Soy" dərgisi, 9 (41), 2010, səh. 31–33.

Digər lüğətlərdə