Zəfəranlı eli
Zəfəranlı eli— İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Xorasan əyalətlərində yaşayan konfederasiya.
Zəfəranlı konfederasiyası 8 böyük, 24 kişik eldən ibarətdir.
Zəfəranlı eliin başçılarından biri Məhəmmədhəsən xan idi. O, Nadirə qarşı qiyam qaldırmışdı.
Bu konfederasiyanın ən böyük qollarından viri Cəmişgəzək (Çemişkəzək) elidir.
Dərsimin (indiki Tuncelinin) Çemişkezek qəzasından çıxan bu el əvvəlcə Ağqoyunlu tayfa birliyinə, sonra Qızılbaşların tərkibinə qatıldı.
Cəmişkəzəkli elinin kökəni haqqında müxtəlif fikirlər var. Şərəfnaməyə görə, Çemişkezek demək, kürdlük deməkdir. Kürdlər arasında, "Çemişkezek deyincə, ağla kürd gəlir" deyir.
Digər tərəfdən, yenə Şərəfnamənin bu qeydi, Cəmişkəzəkli elinin türklüyünü sübut edir:
"Çemişkezek hökmdarlarının bu Məlikşahın soyundan gəlmiş olmaları və "Məlikşah' sözünün Kürd dilinde 'melikiş' biçimində dəyişmiş olması ehtimaldır, başqa yandan Çemişkezek hökmdarlarının adları da onların türklərin övladlarından və törəmələrindən olduqlarını dəqiqləşdirir, çünki adlarının heç bir yandan ərəb və kürd adlarıyla ilgisi yoxdur; Ərəb və kürd adlarına heç də bənzəmir.".