ZƏKİYƏDDİN
ZƏKULLA
OBASTAN VİKİ
Zəkiyyə Cəfərova
Zəkiyyə Vüqar qızı Cəfərova (20 fevral 1986; Novosaratovka, Gədəbəy rayonu, Azərbaycan – 6 avqust 1992; Novosaratovka, Gədəbəy rayonu, Azərbaycan) — 1992-ci il 6 avqustda Ermənilər tərəfindən atılan mərmi qəlpəsindən həlak olmuşdur. == Həyatı == 20 fevral 1986- cı ildə Gədəbəy rayonunun Novasaratovka kəndində anadan olmuşdur. 6 yaşı olarkən, 1992-ci ilin avqust ayının 6-da Ermənistan silahlı qüvvələrinin mülkü əhalini hədəf alan top atəşləri zamanı qəlpə yarasından şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Zəkiyyə Həsənova
Zəkiyyə Həsənova (d. 25 avqust 1995) — Azərbaycanlı yüngül atlet. Zəkiyyə Həsənova, Azərbaycanı 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında təmsil edib. == Karyerası == Zəkiyyə Həsənova 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 100 metr məsafəyə qaçış yarışlarının final mərhələsində o, 11.72 saniyə nəticə ilə 4-cü yeri tutdu. 200 metr məsafəyə qaçış yarışlarının final mərhələsində isə o, 23.76 saniyə nəticə ilə yenə 4-cü yeri tutdu.
Zəkiyyə Mahmudova
Zəkiyyə Güləmi qızı Mahmudova (7 noyabr 1949, Bakı) — geyim rəssamı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının üzvü (1996), Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005), Balaxanı qəsəbəsinin ilk qadın rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Zəkiyyə Mahmudova 1949-cu il noyabr ayının 7-də Bakı şəhərində dünyaya gəlib. O, 40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamı olub. == Təhsili == Zəkiyyə Mahmudova 1966-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. O, 1970-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra taleyini kino sənətinə bağlayaraq, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının cizgi filmləri şöbəsində çalışmağa başlayıb. == Yaradıcılığı == Zəkiyyə Mahmudovanın “Bulud niyə ağlayır?”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir”, “Şah və xidmətçi”, “Daş”, “Balaca çoban”, “Qaya” və s. animasiya filmlərinin, “Nar ağacının nağılı”, “Qərib cinlər diyarında”, “Hökm”, “Qorxma, mən səninləyəm” kimi bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı qismində böyük əməyi olub. 1996-cı ildən Cəfər Cabbarlı adına kinematoqrafiya ittifaqının, 2005-ci ildən Azərbaycan rəssamlar birliyinin üzvüdür. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Zəkiyyə Mustafayeva
Zəkiyyə Mustafayeva — Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini, "Tərəqqi" medalı təltif olunub. == Həyatı == Zəkiyyə Mustafayeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra Xəzər Universitetində ictimai sağlamlıq ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda London Universitetinin Gigiyena və Tropik Təbabət üzrə London Məktəbinin magistrantıdır. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2009-cu illərdə səhiyyə sahəsində dövlət və özəl müəssisələrdə, o cümlədən beynəlxalq təşkilatlarda inzibati vəzifələrdə işləyib. 2010-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. [1] == Mükafatları == Zəkiyyə Mustafayeva Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-ci il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Zəkiyyə Qiyasbəyli
Zəkiyyə Qiyasbəyli' (Tam adı:Zəkiyyə Nadir qızı Qiyasbəyli; d.30 dekabr 1932, Tbilisi) — Ədəbiyyatşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru, professor. == Həyatı == Zəkiyyə Qiyasbəyli 30 dekabr 1932-ci ildə Tbilisi şəhərində müəllim ailəsində anadan olmuş, Tbilisidəki M. F. Axundov adına 97 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında başlamışdır. 1992–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dünya mədəniyyəti tarixi və nəzəriyyəsi‖ fənnini tədris etmişdir. 1993-cü ildə Təfəkkür Universitetinin filologiya fakültəsində professor, 1997–2002-ci illərdə dekan vəzifəsində çalışmışdır. Zəkiyyə xanım 1971-ci ildə Mehdi Hüseynin əsərlərində "Fəhlə-neftçi surətləri" adlı elmi işini müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1989-cu ildə isə "Azərbaycan sovet ədəbiyyatında ictimai fəal qəhrəmanın təkamülü" adlı doktorluq dissertasiyası müdafiə etmişdir. == Yaradıcılığı == Zəkiyyə xanım Qiyasbəyli ədəbi yaradıcılığa publisistik yazılar, tənqidi məqalələrlə başlamışdır. Əmək adamlarının həyatından bəhs edən kitabların: "İllər və insanlar" (1980), "Bu günün həqiqəti" (1980), "Söz və iş" (1982), "Dama-dama göl olar" (1987) adlı kitabların tərtibçisi olmuşdur. Zəkiyyə Qiyasbəyli həmçinin bədii tərcümə ilə də ardıcıl məşğul olur.
Zəkiyyə İsmayılova
İsmayılova Zəkiyyə Cəbrayıl qızı (d. 12 avqust 1941- Tovuz rayonu) — farmakologiya sahəsində ilk azərbaycanlı qadın elmləri doktoru (1991) və professoru (1992) == Həyatı == Zəkiyyə İsmayılova 1941-ci il avqustun 12-də Tovuz şəhərində anadan olmuşdur. Ali təhsilini 1959-1964-cü illərdə Leninqrad Kimya-Əczaçılıq İnstutunda previzorluq ixtisası üzrə almışdır. Daha sonra Leninqrad Universitetinin hərbi kafedrasında (1965-66), Leninqrad Kimya-Əczaçılıq İnstitunun farmakologiya kafedrasında (1966-67) pedaqoji fəaliyyət göstərmişdir. 1967-ci ildən Zəkiyyə xanım Azərbaycan Tibb Universitetinin farmakklogiya kafedrasında assistent (1967-70), baş müəllim (1970-77), dosent 1977-91), 1991-94 illərdə kafedra müdiri vəzifələrində çalışmışdır. 1994-cü ildən isə həmin kafedranın professorudur. Zəkiyyə İsmayılova Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri İlyas İsmayılovun həyat yoldaşıdır. == Elmi iş və məqalələri == Zəkiyyə İsmayılova bir çox beynəlxalq elmi konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir. O, 143 elmi əsər və məqalənin, eləcə də, 5 ixtiranın müəllifidir.
Zəkiyyə Cəfərova (Uşaq)
Zəkiyyə Vüqar qızı Cəfərova (20 fevral 1986; Novosaratovka, Gədəbəy rayonu, Azərbaycan – 6 avqust 1992; Novosaratovka, Gədəbəy rayonu, Azərbaycan) — 1992-ci il 6 avqustda Ermənilər tərəfindən atılan mərmi qəlpəsindən həlak olmuşdur. == Həyatı == 20 fevral 1986- cı ildə Gədəbəy rayonunun Novasaratovka kəndində anadan olmuşdur. 6 yaşı olarkən, 1992-ci ilin avqust ayının 6-da Ermənistan silahlı qüvvələrinin mülkü əhalini hədəf alan top atəşləri zamanı qəlpə yarasından şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
-ельн-(ый) волосови́дно гринписовский прее́мственно специфи́чность бре́йкер круговраще́ние магне́тик нема́ркий отфильтрова́ть перехлестну́ться правове́рный владыка Тим bearer carbon paper checkerboard national monument rotorcraft soluble sponge down stemple громкоголосый турбаза эбеновый