zəmməli 2021
zənbərək 2021
OBASTAN VİKİ
Ağadi mehrəli (Zəngəzur)
Ağadi mehrəli – Zəngəzur qəzasında kənd adı. Ağadi mehrəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh-kənd sözlərindən ibarətdir. Mehrəli adlı şəxsə məxsus Ağadi mənasındadır. Gəncə quberniyası Zəngəzur Səbahəddin Eloğlu. Zəngəzur hadisələri, Bakı, 1992. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
Ağbulaq-Bahadır (Zəncan)
Ağbulaq-Bahadır — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Mahnişan bölgəsinin Ənquran kəndistanında, Mahnişan qəsəbəsindən 18 km cənub-qərbdə, dağlıq ərazidədir.
Ağbulaq-Sərdar (Zəncan)
Ağbulaq-Sərdar — İranın Zəncan ostanında kənd.. Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan şəhərindən 28 km cənub-qərbdədir.
Ağbulaq (Zəncan)
Ağbulaq — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Zəncanrud kəndistanında, Zəncan şəhərindən 58 km qərbdə, Zəncan-Təbriz avtomobil yolunun 21 kilometrliyindədir.
Ağcaqala (Zəncan)
Ağcaqala (fars. اقجه قلعه‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 315 nəfər yaşayır (82 ailə). Zəncan şəhristanının Qarapəşlu kəndistanında, Zəncan şəhərindən 72 km şimal-qərbdədir.
Ağcaqışlaq (Zəncan)
Ağcaqışlaq — İranın Qəzvin ostanında kənd.. Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 45 km cənub-şərqdə, Qəzvin-Rəşt avtomobil yolunun 16 kilometrliyindədir.
Ağdağ (Zəncan ostanı)
Ağdağ — İranın Zəncan ostanında dağ. Hündürlüyü 2890 m. Dağ Zəncan şəhərindən təxminən 30 km şimalda yerləşir.
Ağkənd (Zəncan)
Ağkənd - İranın Zəncan ostanında kənd.. Zəncan şəhristanının Qarapəşlu kəndistanında, Zəncan şəhərindən 72 km şimal-qərbdə, Zəncan-Təbriz avtomobil yolunun 30 kilometrliyindədir. 2006-cı il məlumatına görə kənddə 1694 nəfər yaşayır (400 ailə).
Ağkənd (Zəngilan)
Ağkənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Ağkənd kəndi dağətəyi ərazidədir. Kənd XIX əsrdə sarallı tayfasının aldavudlu, qəzənfərli, ismayıllı, hacıaxundlu nəsillərinə məxsus binə yerində salınmışdır. Oykonim ağ (burada varlı, dövlətli, yaşayış səviyyəsi yüksək olan) və kənd (əhalisi əksəriyyətlə kənd təsərrüfatında çalışan yaşayış məntəqəsi) sözlərindən düzəlib, "varlı kənd" deməkdir.
Ağlıbəy (Zəncan)
Ağlıbəy — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Mahnişan bölgəsində, Qızılkeçili kəndistanında, Mahnişan qəsəbəsindən 42 km cənub-şərqdədir.
Aşağı Zəngilan (Çaypara)
Aşağı Zəngilan (fars. زنگلان سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd.
Babaylı (Zəngilan)
Babaylı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Məmmədbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Babaylı kəndi 1917-ci ildə Baba Yaqublu şəklində qeydə alınmışdır. Görünür, sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Etnotoponimdir. Toponimikada belə bir məlumat da var ki, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığına görə belə adlanmışdır.
Babək Zəncani
Babək Zəncani (fars. بابک زنجانی‎; tam adı: Babək Murtuza Zəncani; d. 21 mart 1974, Tehran, İran) — İranlı milyarder, işadamı, "Sorinet Qrup"un idarə heyətinin rəhbəri. Babək Murtuza Zəncani 1974-cü ilin mart ayının 21-də Tehranda anadan olub. Ailəsi haqqında və uşaqlığına dair məbbələrdə heç bir məlumat yoxdur. Ümumiyyətlə, fantastik zənginliyinə baxmayaraq, ölkəsində belə tanınmır. Bəzilərinin fikrincə, o, İran dərin dövlətinin yetişdirdiyi fədaidir. Ərəb mənbələrinə görə, İranda konservatoriyanın tələbəsi olan gələcəyin iş adamının karyerası hərbi xidmətdən sonra başlayıb. İran ordusunun baş qərargahında xidmət edən Zəncani sonradan Mərkəzi Bankda işləyib. Belə ki, 1999-cu ildə İran Mərkəzi Bankının rəhbəri Mohsen Nourbakhshın xidməti sürücüsü olub.
Balliqaya (Zəngəzur)
Balliqaya — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. Oradakı "Ballı qaya"nın adındandır. Qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Ballıqaya (Qubadlı) Ballıqaya (Ağdam) Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Beşdəli (Zəngilan)
Beşdəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, Şahsevənlərin ataxanlı qolunun beşdəli tirəsinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Yerli əhalinin verdiyi məlumata görə isə, Ordubad rayonunun Tivi kəndindən gəlmiş beş dəliqanlı (igid) qardaş məskunlaşdığına görə kənd belə adlandırılmışdır. 1933-cu ildə Ağdaş rayonunun Qaradağlı inzibati ərazi vahidində də BeŞdəlli adlanan kənd qeydə alınmışdır. 2020-ci il, noyabrın 7-si Beşdəli kəndi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Biab (Zəncan)
Biab — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən cənubdadır.
Büruç (Zəncan)
Büruç — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 26 km cənub-qərbdədir.
Büzuşa (Zəncan)
Büzuşa — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Mahnişan bölgəsinin Qənibəyli kəndistanında, Mahnişan qəsəbəsindən 50 km şimal-şərqdədir.
Cahanşahkəhriz (Zəncan)
Cahanşahkəhriz - İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Qiydar bölgəsinin Ətraf kəndistanında, Qiydar qəsəbəsindən 48 km cənubdadır.
Camalabad (Zəncan)
Camalabad - İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 7 km şimal-qərbdədir.
Cərin (Zəncan)
Cərin — İranın Zəncan ostanında kənd. Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, Qiydar qəsəbəsindən 27 km cənub-şərqdədir.
Cəzvan (Zəncan)
Cəzvan — İranın Zəncan ostanında kənd. Zəncan şəhristanının Zəncanrud kəndistanında, Zəncan şəhərindən 90 km şimal-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 37 nəfər. yaşayır (8 ailə). Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Dəlidağ (dağ, Zəngilan)
Dəlidağ — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ. Hündürlüyü 428 m. Bu dağ və bu adla adlandırılmış digər yüksəkliklər dağın ərazisində tez-tez havanın dəyişməsi, gözlənilmədən yağış və qar yağması, tufan və dağ uçqunlarının olması ilə əlaqədar belə adlandırılmışlar.
Dəlləkli (Zəngilan)
Dəlləkli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Keçmışdə mərzili və ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. Dəlləkli kəndinin indiki əhalisi bu kəndin başqa adı olan güman Dəlləkli kəndindən törəndiyi deyilir. Təxminən 60-70 evdən ibarət idi. Araz çayının sahilinin üst tərəfində yerləşir.

Значение слова в других словарях