Babək Zəncani
Babək Zəncani (fars. بابک زنجانی; tam adı: Babək Murtuza Zəncani; d. 21 mart 1974, Tehran, İran) — İranlı milyarder, işadamı, "Sorinet Qrup"un idarə heyətinin rəhbəri.
Babək Murtuza Zəncani 1974-cü ilin mart ayının 21-də Tehranda anadan olub.
Ailəsi haqqında və uşaqlığına dair məbbələrdə heç bir məlumat yoxdur. Ümumiyyətlə, fantastik zənginliyinə baxmayaraq, ölkəsində belə tanınmır. Bəzilərinin fikrincə, o, İran dərin dövlətinin yetişdirdiyi fədaidir.
Ərəb mənbələrinə görə, İranda konservatoriyanın tələbəsi olan gələcəyin iş adamının karyerası hərbi xidmətdən sonra başlayıb. İran ordusunun baş qərargahında xidmət edən Zəncani sonradan Mərkəzi Bankda işləyib. Belə ki, 1999-cu ildə İran Mərkəzi Bankının rəhbəri Mohsen Nourbakhshın xidməti sürücüsü olub.