ZƏNCİR

I
сущ.
1. цепь:
1) ряд металлических звеньев, продетых одно в другое. Lövbər zənciri якорная цепь, kotan zənciri цепь плуга; тех. ikicərgə zəncir двухрядная цепь
2) оковы, кандалы. Zəncirə çəkmək сковать цепью (заковать в цепи)
3) перен. то, что сковывает волю, свободу; гнёт. Köləlik zənciri цепи рабства
2. цепочка (маленькая тонкая цепь)
3. перен. устар. косы (красавицы)
II
прил.
1. цепной. тех. Zəncir xətti цепная линия, zəncir ötürməsi цепная передача
2. цепочечный. Zəncir istehsalı цепочечное производство
◊ zəncirə vurmaq заковать в цепи; zənciri qırmaq разбить цепи, оковы; zəncir çeynəmək (gəmirmək) kimin əlindən иметь зуб, точить зубы на кого ; zəncir kimi цепью, цепочкой; zəncirini qırmaq закусить удила, распоясаться
ZƏNCİ
ZƏNCİRBƏND
OBASTAN VİKİ
Zəncir ötürməsi
Zəncir ötürməsi — dartma ötürməsi olub, polad zəncirlərin köməyi ilə fırlanma hərəkətini paralel vallar arasında ötürməyə xidmət edir. Ötürmə oymaq, diyircək və ya dişli zəncirlərin köməyi ilə yerinə yetirilir. Fırlanma zamanı böyük mərkəzdənqaçma qüvvəsini yarandığına görə zəncir ötürməsi aşağı sürətlərdə böyük çevrəvi qüvvələrin ötürülməsində tətbiq edilir. Böyük güclərdə işləyən ötürmədə bir neçə zəncir boltlarla bir-birinə bərkidilir. == Konstruksiyası == Ən sadəsi oymaqlı zəncir ötürməsidir. O, oymaq preslənmiş lövhədən ibarət daxili və çivi preslənmiş xarici bənddən ibarətdir. Çivi oymağa keçirilərək hərəkətli birləşmə yaradır. Yeyilməni və səs yaranmasını azaltmaq üçün oymağa fırlanan diyircək keçirilir. İş zamanı bu diyircəklər ulduzcuqlarla təmasda olaraq səlis iş yaradır. Zəncirlərin birləşdirilib-açılması üçün ona qıfıl hissəsi əlavə edilir.
Polimeraz zəncir reaksiyası
Polimeraz zəncir reaksiyası (PZR) (ing. polymerase chain reaction, PCR) Patoloji mikroorqanizmlərin ( virus, bakteriya, göbələk, parazit) təyin edilməsində geniş istifadə olunan mikrobioloji müayinə metodudur. Mikrobiologiya laboratoriyalarında geniş istifadə edilir. — biokimya və molekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb. == Əsas prinsip == Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir. == PZR-in tətbiqi == Ən sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır: İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT. Regionun sonlarına tamamlayıcı olan iki növ praymer. İstiliyə davamlı DNT polimeraz fermenti.
Zəncir altındakı Məryəm Ana kilsəsi
Zəncir altındakı Məryəm Ana kilsəsi (çex. Kostel Panny Marie pod řetězem, alm. Kirche der Jungfrau Maria unter der Kette am Ende der Brücke‎) — Praqa şəhərinin Mala Strana rayonunda və Lazenska küçəsində (Praqa 1) yerləşən katolik monastır kilsəsi. Kilsənin fasadı, portal ilə birlikdə gecikmiş İntibah üslubunda, frontonu isə erkən barokko memarlıq üslubunda hazırlanıb. Kilsə Malta ordeninin cəngavərlərinə məxsus Böyük Çex prioratlığının monastır kompleksinin tərkibinə daxildir. Malta ordeninə məxsus qonşu binalarla birlikdə, kilsə Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur == Adının mənşəyi == Zəncir altındakı Məryəm Ana kilsəsinin adının mənşəyi barədə vahid fikir mövcud deyil. Versiyalardan birinə görə, kilsədə boynu zəncirlə bəzədilmiş Məryəm Ananın heykəli yerləşirdi. Digər versiya kilsənin yanında keçmiş Yuditin körpüsünün (hazırkı Karl körpüsünün sələfi) olması ilə bağlıdır. Üçüncü, daha inandırıcı izah isə belədir ki, məbəd Praqaya gələn ticarət gəmilərinin lövbər saldığı Vltava sahili ilə üzbəüz yerləşir. Bu məlumat həm də yaxında Řetězová (Rjetezova — zəncir mənasını verir) küçəsinin yerləşməsi ilə təsdiqlənir.
Payız zəncirotu
Payız zəncirotu (lat. Taraxacum hybernum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Taraxacum pobedimoviae Schischk.
Qida zənciri
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Qida zənciri ekoloji piramida
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Təchizat Zənciri
Təchizat zənciri (ing. Supply Chain) — bir məhsul və ya xidməti təchizatçıdan müştəriyə çatdırmaq üçün qurulmuş təşkilatlar, insanlar, texnologiya, müxtəlif fəaliyyətlər, informasiya və resurslar sistemidir. Təchizat zənciri fəaliyyətləri təbii ehtiyatların, xammalın və komponentlərin hazır məhsula çevrilməsini təşkil edir. == Təchizat Zəncirinin İdarəolunması == Satınalma və tədarük, istehsal və logistika fəaliyyətlərinin planlaşdırılması və idarə olunmasını əhatə edir. Ən vacibi isə, buraya təchizatçılar, potensial tərəfdaşlar, vasitəçilər, üçüncü-tərəf xidmət təminatçıları və müştərilərlə koordinasiya və tərəfdaşlıq əlaqələri daxildir. Bu da şirkət daxilində və şirkətlər arasında tələb və təklifin tənzimlənməsinə yardım edir. Bu baxımdan TZİ biznesin əsas iş funksiyalarını və proseslərini birləşdirən, onların vahid və səmərəli şəkildə fəaliyyətlərini təmin edən bir mexanizmdir. Biznes funksiyaları dedikdə bir şirkətin fəaliyyəti üçün lazım olan bütün proseslər nəzərdə tutulur. Məsələn, TZİ birbaşa olaraq istehsalat və logistika proseslərinə nəzarət edir; marketinq, satış, məhsul dizaynı, maliyyə və informasiya texnologiyaları proseslərinin fəaliyyətlərini isə koordinasiya edir. Təchizat zəncirinin əsas məqsədi minimum inventarla tələb və təklif arasında uyğunluq qurmaqdır.
Xuzhou zəncirlənmiş qadın hadisəsi
Zəncirabad (Həştrud)
Zəncirabad (fars. زنجيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 49 nəfər yaşayır (10 ailə).
Zəncirabad (Qoşaçay)
Zəncirabad (fars. زنجيراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (145 ailə).
Zəncirbulaq (Əhər)
Zəncirbulaq (fars. زنجيربلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (44 ailə).
Zəncirbənd
Qıfıllıca və ya zəncirbənd (fr. fermoir) — geyim, çanta və s. iki ayrı hissəsini sürətli şəkildə bir-birinə birləşdirliməsi üçün nəzərdə tutulmuş qıfıllama növlərindən biri. 1891-ci ildə ABŞ vətəndaşı Uitcomb Judson tərəfindən icad edilib. 1918-ci ilədək yalnız kovboy geyimlərində istifadə olunmasına baxmayaraq, hazırda geyim növləri və çantalarda geniş şəkildə tətbiq olunur.
Zəncirli
Zəncirli — Yardımlı rayonunun Varğadüz inzibati ərazi vahidində kənd. Zəncirli — Daşkəsən rayonu ərazisində dağ. Digər yerli adı Yeddiqardaşdır; Zəncirli — Şərur rayonu ərazisində dağ silsiləsi. Naxçıvan MR ilə Ermənistanın sarhedindadir. Zəncirli — Daşkəsən rayonu ərazisində çay. Gəncə çayının sol qoludur. Zəncirli — İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.
Zəncirli (kənd)
Zəncirli — İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. == Haqqında == 1590-cı ilə və 1728-ci ilə aid mənbədə Zincirli kimidir. Başqa mənbədə Zincirlu kimidir. 1828-ci ilə aid mənbədə kəndin Abdulla Musa oğluna mənsub olması göstərilir 1828-1832-ci illərdə əhalisi qovulmuşdur. Sonra bir hissəsi geri qayıtmışdır. 1948-ci ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. Zəncirli dağının adındandır.
Zəncirli bina
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. == Tarixi == Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Zəncirli ev
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. == Tarixi == Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Zəncirliquyu qəbiristanlığı
Zəncirliquyu qəbiristanlığı — (türk. Zincirlikuyu Mezarlığı), Türkiyənin, İstanbulun Avropa hissəsində yerləşən müasir qəbiristanlıq. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur. Siyasət, iş, idman və sənət dünyasının bir çox görkəmli xadimləri burada dəfn edilib. Qəbiristanlıq, Şişli ilçəsinin Esentəpə və Levent rayonları arasındakı Zəncirliquyudakı Böyükdərə prospektindədir. İstanbulun müasir strukturda qurulmuş ilk qəbiristanlığıdır və bu səbəbdən uzun illərdir insanlar arasında "çağdaş qəbiristanlıq" olaraq bilinir. Qəbiristanlığın yerləşdiyi ərazi 1930-cu illərə qədər dağınıq vəziyyətdə idi. və ən yaxın yerləşmə Mecidiyəköydə idi. 1935-ci ildə şəhər xaricində yeni bir qəbiristanlıq qurulmasına qərar verildikdə, həm Şişlidən, həm də Beşiktaşdan rahat çatıla bilən və genişlənmə imkanı olan Zəncirliquyu ən uyğun yer seçildi, lakin 1950-ci illərdə, ətrafında meydana çıxmağa başlayan yaşayış yerləri qəbiristanlıq ərazisinin genişlənməsinin qarşısını aldı. Ətrafındakı tikinti prosesinə paralel olaraq, 1960-cı illərdə indiki sərhədlərinə çatdı.
Zəncirləmə
Zəncirləmə — Azərbaycan aşıq ədəbiyyatında çox az-az işlənən spesifik formalardan biri. Zəncirləmədə hər bir bəndin son sözü ya olduğu kimi, yaxud da tərkib halında özündən sonrakı bəndin əvvəlinə keçid şəklində zəncirlənir. Zəncirləmələr də cığalar kimi musiqinin ritminin və ahənginin dəyişməsi ilə əlaqədar müxəmməs, müsəddəs və s. aşıq şeri şəkillərinə əlavə olunur. Daha çox saz havasının, ifaçılığın tələbi ilə meydana çıxan zəncirləmə bir tərəfdən şerin özünə oynaqlıq və ifadəlilik gətirir, o biri tərəfdən isə sənətkarın poetik ustalığını, bilik və bacarığını nümayiş etdirir. Zəncirləmələrin konkret forması yoxdur. Onlar on beş, on bir, səkkiz hecalı müxəmməs, yaxud qoşma misralarına əlavə olunan beş-yeddi hecalı oynaq şeir parçalarıdır. Zəncirləmənin mürəkkəb formasına Məlikballı Qurbanın yaradıcılığında təsadüf olunur. Həmin sintetik şeir şəkli qoşma-müstəzad əvvəl-axır zəncirləmə adlanır: Göründüyü kimi, burada hər misranın sonunda işlənən söz, yaxud ifadə yeni misranın əvvəlində təkrarlanır, ona görə də bu tipli zəncirləmə əvvəl-axır zəncirləmə adlanır. Zəncirləmə ilə cığanın forma yaxınlığına və funksiya eyniyyətinə baxmayaraq onlar eyni şerin tərkibində paralel surətdə müstəqil də mövcud ola bilərlər.
Zəncirlənmiş Adam (1964)
== Məzmun == Kinolent ehtiyac üzündən varlının həyətində iti əvəz etməyə məcbur olan sadə bir insanın-Alvaronun (Ağadadaş Qurbanov) faciəli taleyindən danışır. == Film haqqında == Film Argentina yazıçısı Osvaldo Draqunun "İtə çevrilən adam" hekayəsi əsasında çəkilmişdir.
Zəncirlənmiş Prometey
"Zəncirlənmiş Prometey" (q.yun. Προμηθεύς Δεσμώτης) — qədim yunan dramaturqu Esxilin e.ə. 444-443-cü illərdə yazdığı faciə.
Zəncirlənmiş adam (film, 1964)
== Məzmun == Kinolent ehtiyac üzündən varlının həyətində iti əvəz etməyə məcbur olan sadə bir insanın-Alvaronun (Ağadadaş Qurbanov) faciəli taleyindən danışır. == Film haqqında == Film Argentina yazıçısı Osvaldo Draqunun "İtə çevrilən adam" hekayəsi əsasında çəkilmişdir.
Zəncirotu
Zəncirotu (lat. Taraxacum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Zəncirotu dərman əhəmiyyətli bitki olub, yarpaq və kökündə acı qlükozid, aşı maddəsi, inulin, fruktoza, A və C vitaminləri, həmçinin digər maddələr aşkar edilmişdir. Zəncirotunun kökündən iştahın artmasında, orqanizmdə qida həzminin yaxşılaşmasında, ödqovucu və qaraciyərin iltihabı xəstəliklərində istifadə edilir. Zəhərli olmasına baxmayaraq xalq arasında yarpaqlarını azacıq qaynar suda 3-5 dəqiqə pörtdükdən sonra ondan dolma hazırlanmasında istifadə olunur. == Azərbaycanda yayılması == Azərbaycan florasında 13 növü bitir. Əsas əhəmiyyət kəsb edən dərman, çəməncik və səhra zəncirotu növləridir. == Sinonimləri == === Heterotipik sinonimləri === Caramanica Tineo Eriopus D.Don Lasiopus D.Don Neo-taraxacum Y.R.Ling & X.D.Sun Wendelboa Soest == Növləri == Taraxacum abalienatum Kirschner & Štěpánek Taraxacum abax Kirschner & Štěpánek Taraxacum abbreviatulum Kirschner & Štěpánek Taraxacum abbreviatum Rail. Taraxacum aberrans Hagend., Soest & Zevenb. Taraxacum abietifolium Saarsoo Taraxacum abnorme Štěpánek & Kirschner Taraxacum abruptilobum Štěpánek & Kirschner Taraxacum absurdum Soest Taraxacum abundans Rail.
Zəncirvari dyunlar
Zəncirvari kraterlər
Zəncirvari kraterlər (rus. цепочкообразные кратеры, ing. chainlike craters) — bir xətt üzərində bir-birinə yaxın yerləşən kraterlər. Zəncirvari kraterlər bir- birinə yaxın yerləşən bir neçə kanaldan eyni zamanda, təxminən eyni güclü püskürmə nəticəsində əmələ gəlir.
Zəncirvari nüvə reaksiyası
Zəncirvari reaksiya – hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaranan, ayrı-ayrı reaksiyalar ardıcıllığıdır. Zəncirvari reaksiyaya misal kimi ağır elementlərin nüvələrinin parçalanmasını göstərmək olar. Burada parçalanma aktlarının sayı əvvəlki mərhələdə nüvənin parçalanmasından yaranan neytronlarla şərtlənir. Zəncirvari reaksiyalar, istifadə olunmamış əlaqəyə malik zərrəcik rolunu sərbəst atomlar və ya radikallar oynayan kimyəvi reaksiyalar arasında geniş yayılmışdır. Zəncivari reaksiyanın mexanizmi nüvə parçalanmasında kulon səddi olmayan və udan zaman nüvəni həyacanlandıran neytronlar tərəfindən təmin olunur. Meydana gələn hər yeni zərrəcik növbəti, bir-birinin ardınca gələn reaksiyanı yaradır. Reaksiya daşıyıcı zərrəcik itirildikdə dayanır. İtkinin iki səbəbi olur: zərrəcik yenisini yaratmadan udulur və ya zərrəcik aktiv mühiti tərk edir. Əgər hər bir reaksiya aktında bir daşıyıcı zərrəcik yaranarsa, onda zəncirvari reaksiya şaxələnməmiş olur. Şaxələnməmiş zəncirvari reaksiyada çox enerji ayrıla bilmir.

Значение слова в других словарях