1. Çatıq əmələ gəlmək, çatlaq olmaq, parçalara ayrılmayacaq şəkildə yarılmaq, bütövlüyü pozulmaq.
Həsən çəkməni o biri üzünə çevirdi, üst tərəf də vecdən çıxmışdı, neçə yerdən çatlamışdı.
Mollayev limonu o qədər bərkdən qarışdırdı ki, çay qaşığının zərbindən stəkan çatladı.
2. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb fel və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyi çatlamaq, başı çatlamaq, çiçəyi çatlamaq və s.
Dağ başında bir çoban; “Yazıq, zavallı Çolpan; Görsə, ürəyi çatlar”; Deyərək, çəkdi bir car.