ÇATLAMAQ

f.
1. Çatıq əmələ gəlmək, çatlaq olmaq, parçalara ayrılmayacaq şəkildə yarılmaq, bütövlüyü pozulmaq.
Həsən çəkməni o biri üzünə çevirdi, üst tərəf də vecdən çıxmışdı, neçə yerdən çatlamışdı. Çəmənzəminli.
Mollayev limonu o qədər bərkdən qarışdırdı ki, çay qaşığının zərbindən stəkan çatladı. M.Hüseyn.

2. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb fel və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyi çatlamaq, başı çatlamaq, çiçəyi çatlamaq və s.
Dağ başında bir çoban; “Yazıq, zavallı Çolpan; Görsə, ürəyi çatlar”; Deyərək, çəkdi bir car. M.Müşfiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇATLAMAQ ÇATLAMAQ, ARALANMAQ, AYRILMAQ
  • ÇATLAMAQ yarılmaq — bölünmək — ayrılmaq
  • ÇATLAMAQ sınmaq — qırılmaq — partlamaq
ÇATLAMA
ÇATLATMA

Digər lüğətlərdə