çağatay
çağataylar
OBASTAN VİKİ
Çağatayca
Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir. == Adı == Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir.Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir.1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi. == Tarixi == Ekmann (1959) Çağatay dilini üç dövrə bölürdü: klassik-qabaq, klassik və post-klassik. Köpürlü (1981) isə beş dövrə: başlanğıc dövrü, birinci klassik dövr, ikinci klassik dövr, üçüncü klassik dövr və məhsulsuz tənəzzül dövrü.