çəkic-kəlbətin

çəkic-kəlbətin
çəkic
çəkic-külüng
OBASTAN VİKİ
Kəlbətin
Kəlbətin — müxtəlif tutucu səthlərə malik oynaqlı bərkidilmiş iki qoldan ibarət dəstəkli alətdir. Ondan çilingər, elektrotexnika, tibb və bərbərxana işlərində sıxmaq, tutmaq, dartmaq üçün alət kimi istifadə edirlər. O ling prinsipinə əsasən işləyir. Kəlbətinin qoları ling rolunu oynayır. Dəstək olan hissə adətən lingin üzün qolunu, dodaqlar yerləşən hissə isə qısa qolunu əmələ gətirir. Ling qanununa asasən dəstək sıxıldıqda əl ilə verilən qüvvə gücləndirilərək kəlbətinin dodaqları arasında tutulan əşyaya ötürülür. Kəlbətinlər hələ bizim eradan əvvəl ixtira edilib tətbiq edilmişlər. Onlardan qızmar əşyaları tutmaqla hərəkət etdrmək üçün istifadə edilmişdir. Antik yunan dövründən qalan vazların üstündəki çəkilmiş çilingər alətlərinin şəkilləri buna misaldır. Sənaye inqilabı ilə şərtlənən texniki inkişaf yeni maşınlarla brabər yeni kəlbətin növlərinin də inkişafına təkan vermişdir.
Çəkic
Çəkic (və ya toxmaq) — mismar vurmaq, metal döymək və başqa bu kimi işlərdə istifadə olunan taxta və ya metal dəstəkli müxtəlif formalı metal alət. Çəkic — insan tərəfindən istifadə edilən ən qədim alətlərdən biridir. Çəkic yığcam kütləyə malikdir. Adətən iki hissədən ibarətdir: zərbə başlığı; dəstək hissəsi — çəkicin dəstəyi müxtəlif materiallardan — metaldan, ağacdan və ya plastmasdan hazırlana bilər. Çilingər çəkici müxtəlif zərbə başlığına malikdir: bərabər ölçülü, daralan. Dülgər çəkici iki hissəyə ayrılmışdır ki, əlavə hissə mismarların çıxarılması üçün istifadə edilir. Bəzən, detala zərər vurmamaq üçün zərbə hissəsi yumşaq materialdan (rezin, mis, qurğuşun) istehsal edilmiş, çəkiclərdən istifadə olunur.
Mexaniki çəkic
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Çəkic sümükcüyü
Çəkic sümüyü (lat. Malleus) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Başcıq, boğazcıq və dəstək hissələrə bölünür. Uzunluğu 7,6-9,1 mm arasında, dəstək hissəsinin uzunluğu 4,3-5,7 mm arasında (8–9 mm), kütləsi isə 25 mq-dır. == Qurluşu == Çəkic sümüyünün başı-lat. caput mallei (capitulum mallei-BNA), boynu-lat. collum mallei, dəstəsi-lat. manubrium mallei, uzun ınçıxıntısı-lat. processus anterior (Folil) və qısa bayır çıxıntısı-lat. processus lateralis vardır.
Oraq və çəkic
Oraq və çəkic (Unicode: "☭") — kommunizmin simvolu. Oraq çəkicin üzərinə diaqonal olaraq qoyulmaqla əmələ gəlir. Bu iki simvol fermerləri və proletariatı simvollaşdırır. Ən məşhur forması, Sovet İttifaqının bayrağındakı oraq və çəkicin qızıl ulduzla birlikdə istifadə edildiyi formasıdır. Bundan əlavə, bir çox bayraq və emblemlərdə istifadə edilmişdir. Unicode simvol standartında "oraq və çəkic" simvolunun kodu U+262D (☭)-dir. == Tarixi == Oraq və çəkic simvolu Sovet İttifaqının yarandığı illərdə, 1917–1918-ci illərdə istifadə olunsa da, 1923-cü ildən rəsmi olaraq istifadə edilməyə başlandı. İlk simvollarda qılınc da var idi. Bu qılınc inqilabın arxasında duran üçüncü qüvvə olan əsgərləri təmsil etmək üçün qoyulmuşdu, lakin Vladimir Lenin bunun çox təhqiramiz bir görüntü olduğunu düşünərək, qılınc təsvirinin kommunist ənənəsinin bir hissəsi olmadığını və qılıncın emblemə daxil edilməməsinə qərar verildi. O zamankı Qızıl Ordunun forma və medallarında, papaqlarında və s.
"Oraq və Çəkic" medalı
"Oraq və Çəkic" medalı — Sosialist Əməyi Qəhrəmanının atributu
Oraq, çəkic və yazı fırçası
Oraq, çəkic və yazı fırçası və ya oraq, çəkic və qələm — Şimali Koreyada hakim olan Koreya Fəhlə Partiyası bayrağında yer alan emblem və Çuçxe idealogiyasının simvolu. Kommunizmin klassik simvolu olan, proletariatı və əkinçiləri təmsil edən oraq və çəkic simvolu ilə yanaşı, Koreya gözəl yazı sənəti aləti və ziyalı təbəqəsini təmsil edən yazı fırçası əlavə edilərək yaradılmışdır. == Tarixi == oraq, çəkic və yazı fırçası, istifadə baxımından Çuçxe fəlsəfəsinin simvolu kimi də tanınır. Marksist-Leninist əsaslara söykənən Çuçxe fəlsəfəsinin azərbaycanca qarşılığı “Müstəqil mövqe” və “özünü təmin etmək”dir. Şimali Koreyanın qurucusu Kim İr Sen, Çuçxe ideyası ilə doqmatizmi məğlub etməyi qarşısına məqsəd qoymuş, ideoloji sahədə özünü təmin etmək üçün əsas yaratmaq istəmiş və nəticədə Çuçxe konsepsiyası həyatın bütün sahələrinə daxil olmuş və təsir etmişdir. Çuçxe fəlsəfəsinə görə, insan onu digər varlıqlardan fərqləndirən yaradıcılıq, zəka və müstəqillik xüsusiyyətləri sayəsində inkişaf edir, öyrənir və daim irəliləyir. insan instinktlərindən kənarda, yalnız təhsil, müzakirə və yaradıcılıq təcrübəsi vasitəsilə irəliləyə bilər.
аргументи́рованно вове́ки гро́зный заследи́ть невы́зревший перепра́вка стреми́ться электроёмкость искромётность ксено́новый наво́лгнуть немногочи́сленность оттесня́ться потаску́шка ста́дность сумасбро́дничать филёрский мяту fingerer lawn lysosome prosthodontics rebutment незабываемый неизъяснимый