çətirşəkilli
çətiryarpaq
OBASTAN VİKİ
Çətirvari evkalipt
Çətirvari evkalipt (lat. Eucalyptus tereticornis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Avstraliya qitəsi və yeni Qvineyada yayılmışdır. Avstraliyada şimali Kvinslend, Tambo çayının sahili və Viktoriyanın şərq sahillərində geniş plantasiyaları vardır. Hündürlüyü 45 m və gövdəsinin diametri 1,8 m olan ağacdır. Gövdəsinin qabığı hamar, ağımtıl-sarı rəngli, xallı, nisbətən sərtləşən və töküləndir. Oduncağı tünd qırmızı, düz təbəqəli, sərt və möhkəm, sudan ağırdır. Yarpaqların uzunluğu 10–20 sm, eni 1,2–2,5 sm, tünd yaşıl, mərkəzi damarlanması dəqiq, yan damarlanması qövsvaridir. Yetkin fərdlərin yarpaqları spiralvari olub, saplaqlı, tünd yaşıl və üst səthi parlaq, damarlanması eynidir. Çiçək çətiri qınlı, silindrik və ya yığcam olub, uzunluğu 10–14 mm-dir.
Çətirvari iydə
Çətirvari iydə Vətəni Şərqi Asiyadır. Hündürlüyü 4 m-ə çatan ağac və ya koldur. Yarpaqları ellipsvarıdır, uzunluğu 4–8 sm, eni 1–2 sm-dir. İyunda çiçəkləyir, 9 yaşından meyvə verir, meyvələri oktyabrda yetişir. Qışa orta dərəcədə davamlıdır. Toxumları 4 ay müddətində 5 °C temperaturda qumda və ya torfd stratifikasiya olunur. Abşeronda vegetasiya müddəti aprelin ortalarından oktyabra qədər davam edir. Səpin dərinliyi 2,0–2,5 sm-dir, becərilməsi üçün optimal temperatur 20–27 °C-dir. Torpağa tələbkar deyildir. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.
Çətirvari quşarmudu
Çətirvari quşarmudu (lat. Sorbus umbellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Kiçik Asiya, Cənubi Avropada yayılmışdır. Hündürlüyü 5-7 m olan, yarpağı tökülən ağacdır. Çətiri enli, şaxələnmiş, sıxdır. Yarpaqları sadə, uzunluğu 3,5-6 sm, təxminən yumru və ya enli, ellipsvari, bünövrəsində pazşəkilli daralmış,üstü küttəhər-yumru, çoxsaylı, qısa, iti pərli, kənarları xırda oyuqvari-dişli, 6-9 damarcıqlı, dərilidir. Açıldıqda hər tərəfdən tükcüklü, sonra üstü tünd yaşıl, alt tərəfi tükcüklü, ağdır. Çiçəkləri xırda, ağdır, qonur, tükcüklü, diametri 12 sm-dək olan çətirvari qalxanlara yığılmışdır. Meyvələri xırda, hamartəhər-şarşəkilli, narıncı-qırmızı, gec yetişəndir. Mayda çiçəkləyir.