Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Axet
Axet — Qədim Misir təqvimində bir mövsüm, sel vaxtı və ya daşqınlar mövsümü anlamını verir. Yuxarı Misir üçün bu müddət iyun ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Axet mövsümünə Vepet-renpet (iyunun əvvəli -iyul əvvəli), Texi (iyul əvvəli — avqustun əvvəli), Menxet (avqustun əvvəli — sentyabrın əvvəli) və Hut-heru (sentyabrın əvvəli — oktyabrın əvvəli) ayları daxildir. Dövr Yeni padşahlıq dövründən başlayaraq avqustun 31-dən dekabrın 28-nə qədər sürürdü.
Afət Babayeva
Afət Nuhu qızı Babayeva (Afət; 22 mart 1967. İmişli rayonu, Qaradonlu) — Azərbaycanlı şair, publisist. Polis mayoru. == Həyatı == Afət Babayeva 22 mart 1967-ci ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olub. 1974-cü ildə orta Qaradonlu kənd orta məktəbin birinci sinfinə daxil olub. 1984-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Hüquqşünas olmaq istəyir. O, dövrün tələblərinə görə hüquq fakültəsinə daxil olmaq üçün iki illik əmək stajı tələb olunurdu. Ona görə də sənədlərini heç bir ali məktəbə vermir. Bu məqsədlə iki il çalışdıqdan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə sənədlərini verir.
Afət Həsənova
Afət Əbil qızı Həsənova (3 sentyabr 1960, Quba) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Afət Həsənova 1960-cı il sentyabrın 3-də Quba şəhərində anadan olub. 1967–1977-ci illərdə Quba şəhər 3 №-li orta məktəbdə təhsil alıb. 1979–1983-cü illərdə isə indiki Moskva Humanitar Elmlər Universitetində tarix üzrə ali təhsil alıb. === Ailəsi === Afət Həsənova ailəlidir, 2 övladı var. == Fəaliyyəti == İlk əmək fəaliyyətinə 1977-ci ildə Quba rayonunda başlayan Afət Həsənova 2001–2012-ci illərdə Slavyan Universitetində (BSU) tədqiqat laboratoriyasının elmi işçisi olmuş, 2012–2015-ci illərdə Quba RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini, 2015–2020-ci illərdə isə Suraxanı RİH başçısının müavini vəzifəsində çalışmışdır. 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 32 saylı Suraxanı III dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Afət Həsənova, 65,10 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Afət Həsənova, Milli Məclisin elm və təhsil Komitəsinin, təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, habelə İntizam Komissiyasının üzvü oldu.
Afət Telmanqızı
Afət Telmanqızı— LAF TV-nin həmtəsisçisi (2020-ci ildən), telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci il, Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. Ali məktəbdə oxuduğu illərdə- 1993–1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub. 2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub.
Afət İnan
Afət İnan — (29 noyabr 1908, Saloniki vilayəti – 8 iyun 1985, Ankara) — tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı. Türkiyə Respublikasının ilk tarix professorlarından biri. Afət İnan 7 iyun 1985-ci il tarixində 77 yaşında Ankarada vəfat etmişdir.
Orycteropus afer
Borudişli (lat. Orycteropus afer) — borudişlilər (Tubulidentata) dəstəsinə aid yeganə məməli heyvan növü. Böyük səhradan cənuba doğru bütün Afrikada yayılmışdır. Bu növ iriliyinə və tüklərinin rənginə görə 3 yarımnövə[mənbə göstərin] bölünmüşdür. 4-5 azı dişi var; hər diş bir-birinə qovuşmuş ayrı-ayrı borucuqlardan (adı da buradandır) ibarət olub minasızdır. Gecə heyvanlarıdır. Ətinə və dərisinə görə ovlanır.
Safet Berişa
Safet Berişa (11 Noyabr 1949 – 19 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş Albaniya futbolçusudur. Berişa Teuta Durres FK, Partizan Tirana FK, Albaniya milli futbol komandasında çıxış etmiş və 20 müxtəlif kubokun sahibi olmuşdur. Berişa kiçik yaşlarından ögey valideynləri tərəfindən saxlanılmışdır. Uşaqlıq illəri də Durres şəhərində keçmişdir. Berişa ilk gənclik karyerasına Teuta Durres FK klubunda başlamışdır. 1992-ci ildə o, ailəsi ilə birlikdə İtaliyaya mühacirət olunmuşdur. Əvvəlcə Bari, sonra isə Arezzo şəhərində yaşamağa başlamışdır. Berişa təcili yardım maşını ilə sürücü kimi çalışmağa başlamışdır.
Safet Zek
Safet Zek (5 dekabr 1943) — Bosniyalı rəssam və qrafika rəssamı. Safet Zek Bosniya və Herseqovinanın SR Rogatica şəhərində bosniyalı ailədə anadan olub. 1964-cü ildə Sarayevodakı Tətbiqi Sənətlər Məktəbini bitirib. 1969-cu ildə Zek Belqraddakı Gözəl Sənətlər Universitetini, daha sonra 1972-ci ildə həmin universitetdə aspirantura təhsilini başa vurub. Yetmişinci illərdə Safet Zek poetik realizmin əsas nümayəndələrindən birinə çevrildi. 1989-cu ilə qədər o, ailəsi ilə birlikdə Belqradda yaşayıb işləmiş, sonra Sarayevoya qayıtmışdır. 1992-ci ildə Bosniya müharibəsi səbəbindən Sarayevonu tərk edərək İtaliyanın Udine şəhərinə qaçıb. O, 90-cı illərin əvvəllərində Yuqoslaviyanın ən məşhur rəssamlarından biri idi. Safet Zek Bosniya və Herseqovinada və dünyanın böyük şəhərlərində 70-dən çox fərdi sərgi hazırlayıb. O, həmçinin Bosniya və Herseqovina Rəssamlar Assosiasiyasının üzvüdür.
Çeşmi-afət xanım
Çeşmi-afət xanım (1830 – 11 noyabr 1907) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın üçüncü xanımı. == Həyatı == Əslən şimali Qafqaz əsilli olan Çeşmi-afət xanım təxminən 1830-cu ildə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Paşanın üçüncü xanımı olması səbəbilə "Üçüncü Şahzadə" ünvanı aldı. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Çeşmi-afət xanım Misirdə Kiçik xanım olaraq anılmağa başlandı. Cütlüyün bu nigahdan övladı olmadı və bu səbəblə, Çeşmi-afət xanım xeyriyyə işləriylə məşğul oldu. 1873-cü ildə əl-Suyufiyyədə ilk Qızlar məktəbinin əsasını qoydu. Bu onun Misirdəki şöhrətini daha da artırdı. 1879-cu ildə ərinin vəzifədən alınmasından sonra onunla birlikdə öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan Çeşmi-afət xanım ərinin 1895-ci ildə İstanbulda vəfatından sonra cənazəylə birlikdə Qahirəyə döndü.
Afat Qurbanov
Afad Qurbanov (azərb. Afad Məmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd, Aleksandropol qəzası – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Aset İsayeva
Aset İsayeva (5 sentyabr 1915, Nadtereçnoye, Terek vilayəti – 5 mart 1971, Qroznı) — Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrının aktrisası, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq artisti (1961), RSFSR-in əməkdar artisti (13.9.1968). == Bioqrafiyası == 5 sentyabr 1915-ci ildə Nadtereçnoe kəndin anadan olmuşdur. Ailədə ondan başqa İki oğlan və qız uşağıda var idi. Uşaqlar hələ gənc ikən ataları dünaysını dəyişir. Anası qohumları tərəfindən ərə verilir, uşaqlar isə uşaq evinə göndərilir. Bir neçə il sonra Aset kəsmə və tikiş kurslarını bitirir, sonra partiya məktəbinə daxil olur. 1931-ci ildə direktoru Səid Baduyev olan teatr studiyasına daxil olur. Burada Səid Baduyevin kiçik qardaşı, Movcinlə tanış olur. Tezliklə yaxınlarının istəklərinə qarşı olaraq onlar evlənir. Studiyanı bitirdikdən sonra Çeçenistan Dövlət Dram Teatrının truppasına qatılır.
Aset İsekeşev
Əset Örentay oğlu İsekeşev (qaz. Әсет Өрентайұлы Исекешев, 17 avqust 1971, Karaqanda) — Qazaxıstan dövlət xadimi, Qazaxıstan prezidentinin köməkçisi - Təhlükəsizlik Şurasının katibi (16 yanvar 2020-ci il tarixindən). Sənaye və Ticarət Naziri (2009-2010), Sənaye və Yeni Texnologiyalar Naziri (2010-2014), İnvestisiya və İnkişaf Naziri (2014-2016), Astana Bələdiyyə Başçısı (2016-2018), prezident administrasiyasının rəhbəri (2018-2019) vəzifələrində çalışmışdır. == Həyatı == === Erkən illəri və təhsili === Qazaxıstan SSR-in Karaqanda şəhərində anadan olub. 1989-cu ildə Uralsk şəhər 5 nömrəli Xüsusi peşə məktəbini "montajçı-montajçı" ixtisası ilə bitirib. Almatı şəhərində Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu və oradan 1994-cü ildə Hüquqşünaslıq ixtisası ilə qurtardı. 1998-ci ildə Qazaxıstan Respublikasının Prezidenti yanında Ali Dövlət İdarəetmə Məktəbini bitirib. == Bioqrafiyası == 1989-cu ildə Ural zavodunda "Omega" radiotexnika montajçısı idi. 1995-1997-ci illərdə — Almatı Medeu bölgəsi prokurorunun təcrübəçisi, köməkçisi, böyük köməkçisi vəzifələrində çalışmışdır. 1998-1999-cu illərdə — Qazaxıstan Respublikası Strateji Planlaşdırma və İslahatlar Agentliyinin baş mütəxəssisi vəzifəsində çalışmışdır.
Avet Avetisyan
Avet Markosoviç Avetisyan (rus. Аве́т Маркосо́вич Аветися́н; əsl soyadı Voskanyan; 12 (24) noyabr 1897, Tiflis – 29 mart 1971, İrəvan) — Ermənistan-sovet aktyoru, SSRİ xalq artisti. == Həyatı == Avet Markosoviç Avetisyan 25 noyabr 1897-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Tiflis şəhərində anadan olmuşdur. O, 1922-ci ildən İrəvanda yerləşən Qabriel Sundukyan adına teatrın yaradıcılarından olmuşdur. Avetisyanın yaratdığı obrazlarda milli xüsusiyyətlər və yumor güclüdür. Əsas rolları: Zambaxov ("Xatabala", Qabriel Sundukyan), Saqatel ("Şərəf naminə", Aleksandr Şirvanzadə), Balabəy ("Təcrübə tarlası", Nairi Zaryan), Kuligin ("Tufan", Aleksandr Ostrovski), Dostiqayev ("Dostiqayev və başqaları", Maksim Qorki). 1926-cı ildən kinoya çəkilmişdir ("Pepo", "Zəngəzur" və s.). O, 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Avetisyan 29 mart 1971-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir. == Təltif və mükafatlar == Avet Avetisyan 1941-ci ildə SSRİ Dövlət mükafatına, 1962-ci ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür.
Viktor Fet
Viktor Fet — əqrəblər və hörümçəklər üzrə tədqiqatçı, 1955-ci ildə Rusiyada anadan olmuşdur. 1976-cı ildə Novosibirsk şəhərində Novosibirsk Dövlət Universitetini bitirmiş, 1984-cu ildə Sankt Peterburq şəhərində Rusiya Elmlər Akademiyasının Zooloji İnstitut bölməsinin məzunu olmuşdur. 1988-ci ildə ABŞ-yə köçmüş və hal-hazırda Vircinya əyalətinin Huttington şəhərindəki Marşall Universitetində Bioloji Elmlər Müəssisəsinin müəllim üzvüdür. Viktor Fet hörümçək və əqrəblər üzərində apardığı tədqiqatlar nəticəsində onların bu günə kimi 42 növündən 6-sına ad vermişdir. Viktor Fet elmi fəaliyyətində bu günə kimi əqrəblər üzərində araşdırmalar aparmaqla yanaşı, hörümçəklər üzərində də tədqiqatlar aparmışdır. Türkmənistan Milli Parkında müdir vəzifəsində çalışarkən Türkmənistan başda olmaqla, Orta Asiya və İranda 26 hörümçək növünü araşdıraraq 1 hörümçək növünü adlandırmışdır. Biocoğrafiya sahəsində bir çox işlər görmüş və 1994-cü ildə "Türkmənistan Biocoğrafiyası və Ekologiyası" (ing. Biogeography and Ecology of Turkmenistan) ilə 2007-ci ildə "Bolqarıstan Bicoğrafiyası və Ekologiyası" (ing. Biogeography and Ecology of Bulgaria) adlı kitabları nəşr olunmuşdu. 1984-cü ildə kəşf edilənlər: Pectinibuthus - (Fet in Orlov & Vasilyev, 1984) Pectinibuthus birulai - (Fet in Orlov & Vasilyev, 1984) Raveniola kopetdaghensis - (Fet, 1984) 1985—ci ildə kəşf edilənlər: Dysderella transcaspica - (Dunin & Fet, 1985) Zodariellum proszynskii - (Nenilin & Fet, 1985) Zodariellum sytchevskajae - (Nenilin & Fet, 1985) 1986-cı ildə kəşf edilənlər: Erigonoplus ninae - (Tanasevitch & Fet, 1986) Lepthyphantes turanicus - (Tanasevitch & Fet, 1986) Mecopisthes orientalis - (Tanasevitch & Fet, 1986) Oxyopes badhyzicus - (Mikhailov & Fet, 1986) Pelecopsis laptevi - (Tanasevitch & Fet, 1986) Pelecopsis paralleloides - (Tanasevitch & Fet, 1986) Titanoeca lehtineni - (Fet, 1986) 1993-cü ildə kəşf edilənlər: Cedicoides parthus - (Fet, 1993) Paracedicus - (Fet, 1993) Paracedicus ephthalitus - (Fet, 1993) Paracedicus gennadii - (Fet, 1993) 2000-ci ildə keşf edilənlər: Euscorpius beroni - (Fet, 2000) 2001-ci ildə kəşf edilənlər: Polisius - (Fet, Capes & Sissom, 2001) Polisius persicus - (Fet, Capes & Sissom, 2001) 2003-cü ildə kəşf edilənlər: Neochactas - (Soleglad & Fet, 2003) 2004-cü ildə kəşf edilənlər: Hoffmannihadrurus - (Fet & Soleglad in Fet, Soleglad, Neff & Stathi, 2004) 2005-ci ildə kəşf edilənlər: Franckeus - (Soleglad & Fet, 2005) 2006-cı ildə kəşf edilənlər: Stahnkeus - (Soleglad & Fet, 2006) 2008-ci ildə kəşf edilənlər: Compsobuthus persicus - (Navidpour, Soleglad, Fet & Kovařík, 2008) Hoffmannius - (Soleglad & Fet, 2008) Kochius - (Soleglad & Fet, 2008) Thorellius - (Soleglad & Fet, 2008) Wernerius - (Soleglad & Fet, 2008) 2009-cu ildə kəşf edilənlər: Calchas birulai - (Fet, Soleglad & Kovařík, 2009) Calchas gruberi - (Fet, Soleglad & Kovařík, 2009) Deltshevia - (Marusik & Fet, 2009) Deltshevia danovi - (Marusik & Fet, 2009) Deltshevia gromovi - (Marusik & Fet, 2009) Duninia - (Marusik & Fet, 2009) Duninia baehrae - (Marusik & Fet, 2009) Duninia rhemisae - (Marusik & Fet, 2009) Hersiliola esyunini - (Marusik & Fet, 2009) Hersiliola foordi - (Marusik & Fet, 2009) Hersiliola lindbergi - (Marusik & Fet, 2009) Hersiliola sternbergsi - (Marusik & Fet, 2009) Ovtsharenkoia - (Marusik & Fet, 2009) 1996-da kəşf edilənlər: Grosphus feti Lourenço (1996); 2000-də kəşf edilənlər: Scorpiops feti Kovarik (2000); 2003-də kəşf edilənlər: Paracedicus feti Marusik & Guseinov (2003); 2004-də kəşf edilənlər: Alayotityus feti Teruel (2004), Orthochirus feti Kovarik(2004); 2007-də kəşf edilənlər: Vaejovis feti Graham (2007); Bioloq biocoğrafiyanı da dərindən mənimsəmiş və 1994-cü ildə Türkmənistanın Biocoğrafiyası və Ekologiyası adlı kitablarını nəşr etdirmişdir.
Abtu və Anet
Abtu və Anet — == Ümumi məlumat == Misir mifologiyasının 2 az tanınan personajı Abtu və Anet real ölçülərdən bir qədər uzaq, bir-birinə yoldaş və müqəddəs iki balıqdır.Əsas vəzifələri baş tanrı Amon Ranın gəmisi qarşısında ona yarana biləcək hər cür təhlükəyə qarşı diqqətlə hazır olub onu müdafiə etməkdir.Gəzdikləri və səyahət etdikləri ərazilərin sərhədi yoxdur.Gəmi gündüzlər səmada Şərqdən Qərbə-gündoğandan günbatana yelkən açar və gecələri qayıdıb yeraltına doğru əks istiqamətdə hərəkət edərmiş. == İstinadlar == == Ədəbiyyat == X.L.Borxes.
Alet (Korinf çarı)
Alet (q.yun. Ἀλήτης) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından idi və Hippotun oğlu idi. Alet Korinf padşahı idi. Pavsaniyə görə, Sisif Dorid və Qianfidin nəsli kral hakimiyyətini Aletə təhvil vermişdir. Heraklın övladları torpaqları bölüşərkən Korinfi Aletə təhvil vermişdir. O, buada sülalə quraraq 38 il padşahlıq etmişdir.Alet Korinfi şəhəri səkkiz filə bölmüşdür.Efora görə, o, şəhərin qurucusu olmuşdur. Duridin məlumatına görə, Alet Korinfdən qovulmuş, əvəzində kiçik bir torpaq almış və bundan istifadə edərək hakimiyyətə geri qayıtmışdır.Korinf əhalisi qədim mənbələrdə "Aletin övladları" adlandırılır.Onun nəslindən olan Fali Epidamnı qurmuşdur.
Alet (Mikena çarı)
Alet (q.yun. Ἀλήτης) — yunan mifologiyasında personaj. O, Mikena çarı olmuş, Pelopsun övladlarındandır. Alet Egisf və Klitemnestranın oğlu idi. Onun ögey qardaşı Orestin Tavriyada ölməsi barədə saxta xəbər aldıqdan sonra Alet Mikenada hakimiyyəti ələ keçirmimşdir. Mikenaya qayıdan Orest onu öldürmüşdür. Alet Sofokl, Likofron və naməlum müəllifin mətnləri dövrümüzə qədər gəlib çatmayan faciələrində baş qəhrəmanı olmuşdur.
Rafet El Roman
Rafet El Roman, əsl adı Rafet Yaşdut (25 avqust 1968, Ədirnə), türk müğənnisi, bəstəkar və aktyordur. 1970-ci ildə ailəsi Almaniyaya fəhlə olaraq gedəndə 7 yaşına qədər Uzunköprü'nün Ömərbəy kəndində nənəsinin yanında yaşayıb. Kənddə birinci sinifdə oxuyandan sonra Almaniyaya ailəsinin yanına getdi. Almaniyada Havalandırma və İstilik Texnikası üzrə təhsilini başa vuran Rafet El Roman 16 yaşında mahnı sözləri yazmağa və bəstəkarlığa başlayıb. O, bu qədər məşhurlaşmamışdan əvvəl bir müddət İslam Mədəniyyəti Mərkəzində Quran dərslərinə gedib. Burada gözəl səsi olduğu üçün ona ilahilər və azan oxunurdu. Bu səbəbdən də ona yaxın çevrələrində Müəzzin Rafet deyə müraciət ediblər. İlk səhnə işinə 1988-ci ildə başlayıb. 1992-ci ildə Saarlaendischer Rundfunk Radio Corporation tərəfindən Almaniyada ilin ən yaxşı istedadı seçildi. 1994-cü ildə Frankfurt Mədəniyyət Festivalında Media Artist Mükafatını aldı.
ATƏT
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Adət
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Yafət
Yafət və ya Yafəs (ivr. ‏יָפֶֿתֿ,יֶפֶֿתֿ‏‎ ; yun. Ἰάφεθ; lat. Iafeth və ya Iapetus ; ərəb. يافث‎) — İbrahimi ənənəyə görə Nuhun oğlanlarından biridir. Ərəbdilli mənbələrdə adı, adətən Yafəs ibn Nuh şəklində qeyd edilir. Yafəs daha çox Nuhun ən kiçik övladı kimi yad edilsə də, bəzən onun ən böyük övlad olduğu da qeyd edilir. Yaradılış 5:32[5:32] və 9:18[9:18]-də Nuhun övladları ardıcıllıqla Sam, Ham və Yafəs şəklində qeyd edilir. Lakin onuncu fəsildə bu sıralama sondan əvvələ doğru təqdim edilir. Yaradılış 10:21–də[10:21] Yafəs və onun qardaşının təxmini yaşları qeyd edilmiş, müxtəlif tərcümələrin olması isə bu məsələdə qarışıqlıq yaratmışdır.
3 (adət)
Üç — dəfn mərasimi. == Üç mərasimi haqqında == "Üç" adicə rəqəm olsa da, yas mərasimi ifadəçisi kimi maddiləşərək, ad göstəricisinə çevrilmiş, sayla omonimik mövqe qazanmışdır. "Üç" yas mərasimi kimi Zərdüşt ənənələri ilə bağlı bir məfhumun ifadəçisidir. "Avesta"da qeyd edildiyinə görə mərhumun ruhunun himayəsizlikdən xilas olub, Günəşin himayəsinə keçdiyi günü ifadə etmişdir. Uzun əsrlərin islam təsiri bu adəti də özünə çulğaşdıraraq, matəm günlərinin qeyd olunan əlamətdar və ağır günləri sırasına daxil etmişdir. "Yeddi", "cümə axşamı", "cümə" və "qırx" günlərində olduğu kimi, "üç" mərasimində də ölünün ruhu öz evinə baş çəkir, doğmalarının qəlbinə yaxın olur. Bu zaman ruhu ovundurmaq naminə ehsan verir, "Yasin" oxutdurur, dualar edir və namaz qılırlar.
40 (adət)
"Qırx" – dəfnin qırxıncı günü. == Adət haqında == İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır.
7 (adət)
Yeddi — dəfn mərasimi. == Adət haqqında == Azərbaycanlılar içərisində xüsusi mifik semantikaya malik olan "yeddi" rəqəminə münasibət əcdadlarımızın təfəkkür formalaşdırılması ilə bağlıdır. "Yeddi" türk mənşəli sözdür. "Orxon-Yenisey abidələri"ndə bu söz "yeti" kimi işlənmişdir. (Ida tasta kalmısı kubranıp yeti yuz boltı). "Yeddi" sözünün mifik semantika qazanması tarixi qədim Şumer, Akkad mifik təfəkkürünə bağlanır. Belə ki, qədim akkad və elam yazılarında yeddi şər ruhun varlığından söz açılır. Ruhların "O dünya" deyilən astral aləmlə və ölülərlə bağlı bir anlayış olduğunu nəzərə alsaq, şər ruhların şər hərəkətlərə rəhbərlik edən mifik qüvvələr olaraq qədim dünyanın mənəvi təfəkkür məhsulları sırasında mövqeyi aydın olar. Dünyasını dəyişmiş mərhumların şər ruhlardan qorunması vaxtı və şər ruhların ölü bədənlərə təsir mexanizmi barəsində bir-birindən uzaq ölkələrdə yaşayan müxtəlif xalqların adət-ənənələrində oxşarlıqların mövcudluğundan bəhs edərkən Oljas Süleymenov yazır ki, dəfn mərasimi və onun ünsürləri bir xalqdan digərinə yalnız dinin, yəni şüur formasının vasitəsilə keçir. Belə qənaət hasil olur ki, "yeddi" rəqəminin də "üç" rəqəmi kimi mərhumun ruhunun şər ruhlardan (inkir-minkir) xilas olma vaxtı kimi rəmzi bir mənası olmuşdur.
Adət-ənənə
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Adət hüququ
Adət hüququ – hüququn ən ilkin formasıdır. Dövlət və hüququn qarşılıqlı əlaqəsidir. İctimai mühitdə kortəbii surətdə yaranan və uzun müddət ərzində vərdiş halına keçən, dövlət tərəfindən bəyənilən və sanksiyalaşdırılan normaların məcmusu. Hakim təbəqənin mənafelərini ifadə edən adətlərin əsasında yaradılmışdır. == Ümumi məlumat == Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir. Hüquqi adəti yəni adət hüququnu belə anlamaq lazımdır ki, o, dövlətdən asılı olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır. Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur. Adət hüququ qanuna zidd olmamalıdır.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün istifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Qırx (adət)
"Qırx" – dəfnin qırxıncı günü. İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır.
ATƏT DTİHB
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) — Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təhlükəsizliyin "insan ölçüsü" ilə məşğul olan əsas institutu. 1991-ci ildə 1990-cı il Paris Xartiyası əsasında Azad Seçkilər Ofisi kimi yaradılmış Ofis hələ də seçkiləri müşahidə etmək rolu ilə tanınır, baxmayaraq ki, adı 1992-ci ildə Helsinki Sammiti ilə genişləndirilməsini əks etdirmək üçün dəyişdirilib. Polşanın paytaxtı Varşavada yerləşən DTİHB ATƏT-in 57 iştirakçı dövlətində fəaliyyət göstərir. O, hökumətlərə ATƏT-in iştirakçı dövlətləri kimi seçkilər, insan haqları, demokratiya, qanunun aliliyi, tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi sahələrində öz öhdəliklərini yerinə yetirməkdə kömək edir. Büro həm də təşkilatın Roma və Sinti Məsələləri üzrə Əlaqə Nöqtəsinə ev sahibliyi edir. 4 dekabr 2020-ci ildə İtaliyadan olan Matteo Mecacci DTİHB-nin direktoru vəzifəsinə namizədliyini irəli sürüb. 2021-ci ildə büronun 16 milyon avro büdcəsi var idi və əksəriyyəti qadınlardan ibarət olan 146 nəfər işçisi mövcud idi.
Sümük alət
Sümük alət — sümükdən yaradılmış alətdir. Sümük aləti demək olar ki, hər bir sümükdən və müxtəlif üsullarla yaratmaq mümkündür. Sümük alətlər qrupuna heyvanların sümükləri, buynuzları və diş kimi sərt hissələrindən istifadə olunaraq hazırlanan alətləri qeyd etmək olar. Bu alətlər əsasən qoyun, keçi, iribuynuzlu mal-qara və s. heyvanların sümüklərindən hazırlanmışdır. Sümük alətlər Homo sapiensin yaranmasından sənədləşdirilmişdir və həmçinin Homo neandertalların kontekstlərindən və ya daha əvvəllər məlumdur. Sümük, digər materiallarla yanaşı, demək olar ki, bütün ovçu-yığıcı cəmiyyətlər tərəfindən alətlər hazırlamaq üçün istifadə edilmişdir. Skeletin hər hansı bir hissəsi potensial olaraq istifadə edilə bilər; bununla belə, buynuzlar və uzun sümüklər ən yaxşı iş materialını təmin edir. Uzun sümük parçaları aşındırıcı daşa sürtülərək ox və nizə ucları, iynələr, çəngəllər və balıq qarmaqları kimi əşyalara çevrilə bilər. Sümük alətlər əsasən sümük qırıqlarından hazırlanır və ya faydalı formada kəsilirdi.
Damazlıq (adət)
Damazlıq - Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir. == Haqqında == Azərbaycanın maldar əhalisi arasında geniş yayılmış mütərəqqi adətlərindən biri də "damazlıq" adlı el köməkliyi olmuşdur. "Damazlıq" adətinin nə vaxt və ilk dəfə hansı bölgədə meydana çıxması haqqında dəqiq məlumat yoxdur. Bir şey aydındır ki, "damazlıq" el köməkliyi adəti icma daxilində sosial təbəqələşmənin yarandığı şəraitdə meydana çıxmış və Azərbaycanın bütün bölgələrində yayılmışdır. XIX əsrə aid olan etnoqrafik ədəbiyyatda məlumat verilir ki, kənd ağsaqqalının təşəbbüsü ilə müflisləşmiş, mal-qarası olmayan bir kəndlinin evində yemək tədarükü görüb, qohum-qonşuları və kəndin bütün ailə başçılarını oraya qonaq dəvət edərdilər. Qonaqlıqda yeməkdən sonra ev sahibinə daha yaxın olan ağsaqqallardan biri qonaqlığın "damazlıq" məqsədilə təşkil edildiyini açıqlayardı. Qonaqlıq iştirakçılarının hər biri elə oradaca mal-qarası olmayan kəndlinin ailəsinə kimin nə ilə yardım edəcəyini elan edərdilər. Nəticədə qonaqlığın hər bir iştirakçısı ev sahibinə bir qoyun, quzu, dana, yaxud buzov bağışlamağa söz verərdi. Məclis dağıldıqdan sonra qonaqlıq iştirakçıları evə qayıdıb "damazlıq" kimi vəd verdikləri heyvanları həmin kəndlinin qapısına yollardılar. Nəticədə mal-qarası olmayan kəndli müəyyən qədər mal-qaraya sahib olub yoxsulluğun daşını atardı.Göründüyü kimi, "damazlıq" köməklik adəti hər adam üçün deyil, mal-qarası, xüsusilə sağını olmayan ailələr üçün təşkil edilərdi.
AFFA
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən qeyri-hökumət təşkilatıdır. AFFA FİFA və UEFA-nın üzvüdür. Qurumun baş qərargah Bakıda yerləşir. Qurumun region ofisləri də fəaliyyət göstərir. AFFA Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə bütün futbolun dəstəklənməsi, inkişafı və populyarlaşdırılması ilə məşğul olur. AFFA həm də hakimlik ilə məşğul olur. AFFA-nın tərkibinə Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Liqası iştirak edən futbol klublarının üzvlüyünə əsaslanan Peşəkar Futbol Liqası (PFL), regional futbol federasiyalarını birləşdirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan Regional Futbol Federasiyaları, həvəskar futbol, uşaq və gənclər futbolu, futzal, əlillər futbolu, çimərlik futbolu, veteranlar futbolu və ya hər hansı başqa kateqoriyadan olan futbol növü ilə məşğul olan Sahə Futbol Federasiyaları və futbolçu, məşqçi, hakim, veteran, azarkeş və s. kimi futbol oyunu çərçivəsində birlikləri özündə birləşdirən və konkret funksiyanı aktiv olaraq icra edən şəxslərin maraq və məqsədləri ilə məşğul olan İctimai Futbol Təşkilatları daxildir. == Tarixi == AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2003-cü ildə ölkənin rəsmi qurumlarının və beynəlalq futbol təşkilatlarının iştirakı ilə imzalanmış Sürix müqaviləsi ilə AFFA-nın yeni Nizamnamə layihəsi hazırlanıb.
Abec
abec (アベシ, abeshi) – Yaponiya illüstratoru. Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. == Həyatı == 22 sentyabr 1985-ci ildə anadan olmuşdur. Böyük bacısı Yukiko Horiquçi də illüstrator/animasiyaçıdır və "Lucky Star", "K-On!", "Kokoro Connect" və "Tamako Market" animelərinin personaj dizayneri olmuşdur. == Karyerası == Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. Bundan əlavə, spin-off olan "Sword Art Online: Progressive" ranobe seriyasının da illüstratorudur. 2013-cü ildə "Kono Light Novel ga Sugoi!" soraq kitabçasının top-10 illüstrator reytinqində birinci yeri tutmuşdur. 2011-ci ildə altıncı, 2012, 2014, 2015, 2016-cı illərdə üçüncü, 2017-ci ildə isə ikinci yeri tutmuşdur. 2014-cü ildə Anime Expo tədbirinə fəxri qonaq qismində dəvət edilmişdi. Stilinə görə tez-tez kiotolu illüstrator BUNBUN ilə qarışdırılır.
Acer
Ağcaqayın (lat. Acer) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. == Botaniki xarakteristikası == Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir.
Afak
Afak (ərəb. عفك‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər. Əhalisi 75,000-dir. Qədim şəhər olan Afak'ın təməli 1715-ci ildə qoyulub. İtirilmiş İrisariq şəhərinin Afak yaxınlığında yerləşdiyi ehtimal edilir.
ADEA
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Admet
Admet (q.yun. Ἄδμητος) — qədim yunan mifologiyasında Fesaliyadakı Fer kralı Feret və Periklimanın oğlu. "İliada"da (II 714 və s.) adı çəkilir. Kalidon ovunun və arqonavtların yürüşünün iştirakçısıdır. Peli üçün dəfn oyunlarının iştirakçısı olmuş, yumruq döyüşlərində yarışmışdır.