şaxəbığcıqlı

şaxəbığcıqlı (biol.)
şaxə
şaxəbığcıqlılar
OBASTAN VİKİ
Şaxəbığcıqlı xərçəngkimilər
Şaxəbığcıqlı xərçəngkimilər — (lat. Cladocera) Xərçəngkimilər sinfinə aid olan yarımdəstə. == Xarici quruluşu == Şaxəbığcıqlı xərçənglərn bədəni şəffaf xitin kutikula ilə örtülür və baş, gövdə, postabdomen hissələrinə bölünür. Başda xitin kutikula bütöv zireh əmələ gətirir. Bir çox növlərdə bel hissə gövdə ilə birləşir, digərlərində (Sididae, bir çox Chydoridae) baş zirehi gövdədən ayrılır. Baş zirehinin ön kənarı çox vaxt dimdikvari dartılaraq rostrum əmələ gətirir. Şaxəbığcıqlıların çoxunun gövdəsində xitin kutikula ətraflarla birlikdə gövdəni örtən nazik ikitaylı çanaq əmələ gətirir. Bəzən başda əmziklər olur. Başın beş cüt çıxıntısı vardır. Ön antenalar birşaxəli olub duyğu orqanları kimi çıxış edir.