Raci Şaşmaz
Tayyar Raci Şaşmaz (30 oktyabr 1973, Elazığ, Türkiyə) — Zaza kökənli Türkiyəli prodüser, ssenarist və aktyor.
== Həyatı və karyerası ==
Zaza kökənlidir. Mərmərə Universiteti Radio və Televiziya fakültəsini bitirib. Rejissoru Osman Sınav olan Deli Yürek serialının ssenaristi oldu. 2001-ci ildə ilk filmi olan Deli Yürek Bumerang Cehenneminin ssenarisini qələmə aldı. Ardından məşhur serial Kurtlar Vadisini yazmağa başladı. 2004-cü ildə öz istehsal şirkəti olan Pana Filmi quraraq, Kurtlar Vadisi serialının ssenaristliyi ilə birlikdə prodüserliyinidə ələ keçirdi. Ekmek Teknesi, Eşref Saati, Kurtlar Vadisi Terör, Kurtlar Vadisi Pusu serialları ilə yanaşı Muro, Kurtlar Vadisi Irak, Kurtlar Vadisi Gladio, Kurtlar Vadisi Filistin filmlərinə imzasını atdı.