Xəzər şeytanağacı
Xəzər lələyi, Xəzər şeytanağacı (lat. Gleditsia caspica) — lələk cinsinə aid bitki növü.
Elmi adı — Astragalus zangelanus Grossh.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"– VU A2abcde+3de. Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
10–15 (20) m hündürlüyündə, 60–80 sm-ə qədər diametrində, çətiri dağınıq kürəvi və ya ovalvari ağacdır. Yarpaqları lələkvari və ya ikiqat-lələkvaridir, 15–22 sm uzunluğundadır. Çiçək salxımları yarpaqların qoltuğunda yerləşir, uzunluğu (8) 10–12 sm-dir. Kasacıq və tac lələkləri sıxılmış tükcüklüdür. Paxlaları uzunsaplaqlı, düzgün və çox zaman bir qədər oraqvari əyridir, 20–30 sm uzunluğundadır, enli, dairəvi, tünd-qəhvəyi qonurdur, demək olar ki, açılmayandır, daxildən ətlidir.