Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Derketo
Atarqatis, Atarateh (klass. süry. Atar'atheh/Tar'atheh), Derketo (yun. Δερκετὼ), Dea Siriya (lat. Dea Syria) və ya Deyasura (lat. Deasura) — antik dövrdə, Şimali Suriyada yaşayanların əsas ilahəsi. O, bərəkət və sevgi ilahəsi olmaqla yanaşı, həm də şəhərinin və xalqının baalatı (sahibə) idi, onları müdafiə edirdi. Onun əsas şəhəri Heliopol idi. Onun əri Baal-Hadaddır. Göyərçin və balıqlar Atarqatis üçün müqəddəsdir.
Derəfş
Derəfş (fars. درفش‎; mənası – bayraq) — Qədim İran ordusularında birliklər tərəfindən hərbi bayraq kimi istifadə edilən bayrağabənzər əşya. == Tarixi == Derəfş veksilloid idi, adətən müxtəlif naxışlı və rəngdə olan dəri və ya parçadan ibarət idi. Bundan qohumları tanımaq və bir yerə toplaşmaq, ya da hücum istiqamətini göstərmək üçün əsas simvollardan biri kimi istifadə olunurdu. Əvvəlcə ağacdan, buynuzdan, tuncdan, heyvan dərisindən və digər oyma və boyalı ağac və ya metal bəzək əşyalarından hazırlanmışdır. E.ə. 2,400-cü ilə aid edilən "Derəfş Şəhdad" tarixdə ilk bayraq hesab edilir. Həmçinin, "Derəfş Şahbaz" Böyük Kirin bayraqları üçün istifadə olunduğu halda, bu bayraq kimi bayraqlar e.ə. 550-ci ildə müxtəlif üslub və formada olan Əhəməni ordusunun hər bir hissəsi üçün istifadə edilmişdir. Parfiyalılar Dəmirçi Kavenin təsiri ilə nizənin üstündəki çarpaz çubuğa bağlanan tunc "Derəfş Kavyani"dən bayraq kimi istifadə edirdilər.
Dəhrəv
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Toponimikası == Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Dərəköy
Dərəköy (Qızıl Qoç)
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Zverevo
Zverevo — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Dərəq
Dərəq- İranın Şimali Xorasan ostanının Gərmə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,594 nəfər və 1,012 ailədən ibarət idi.
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
DARVO
DARVO ("inkar et, hücum et, qurbanı və cinayətkarı əvəz et" sözlərinin akronimi; ing. "deny, attack, and reverse victim and offender") — seksual cinayətkarlar kimi qanunsuzluq edənlərin davranışlarına görə cavabdeh olmalarına cavab olaraq göstərə biləcəkləri reaksiya. Bəzi tədqiqatçılar bunun psixoloji zorakılıq törədənlərin ümumi manipulyasiya strategiyası olduğunu göstərir. Akronimdən göründüyü kimi, ümumi addımlar aşağıdakılardır: İstismarçının istismarın baş verdiyini inkar edir; Sübutlarla qarşılaşdığı halda istismarçı şəxs zorakılığa məruz qalan şəxsə (və/və ya şəxsin ailəsinə və/yaxud dostlarına) təcavüzkarı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə cəhd etdiyi üçün hücum edir; İstismarçı tərəf, əslində, vəziyyətin qurbanı olduqlarını iddia edir, bununla da qurban və cinayətkarın mövqelərini dəyişdirilir. Bu, çox vaxt təkcə qurban rolunu oynamaq yox, həm də qurbanı günahlandırmaqdan ibarətdir.
Dərəçə (Bostanabad)
Dərəçə (fars. دره چه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (10 ailə).
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Ergo decedo
Ergo decedo, Latınca "çıx get" və ya "tərk et" mənasına gəlir, argumentum ergo decedo və ya xain tənqidçi səfsətəsi, tənqidçinin tənqidin özünə cavab verməkdənsə, tənqidçinin hansısa bir qrupa bağlılığını və ya mənsubiyyətindən qaynaqlandığını irəli sürərək tənqidçinin tənqid etdiyini deyir tənqidə cavab verməmək, boyun qaçırmağa deyilir. Səfsətə, tənqidçinin tənqid olunan qrupun dəyərlərini və adətlərini qiymətləndirmədiyini və ya vətənə xəyanət etdiyini dolayısıyla iddia edir və beləliklə, tənqidçinin ümumiyyətlə tənqid olunan qrupdan çıxaraq sualdan və ya mövzudan tamamilə çəkinməsini təklif edir. Argumentum ergo decedo ümumiyyətlə təsnif edilməsinə görə səfsətənin bir növü kimi təqdim edilir, daha dəqiq desək ad hominem səfsətəsinin alt sinifinin bir növü olaraq təsnif edilir. == Siyasətdə == Argumentum ergo decedo birbaşa tu quoque səfsətəsinə bağlıdır siyasi tənqidlərinə cavab verərkən. Kənar tənqidlərə qarşı whataboutism istifadə edilərkən, ergo decedo daxili tənqidə qarşı istifadə olunur. == Nümunələr == Tənqidçi : "Düşünürəm ki, Azərbaycanın vergi sistemini təkmilləşdirmək üzərində işləməliyik. Mövcud sistem, Gürcüstan və Türkiyə kimi digər ölkələrdə həll edilmiş bir çox problemdən əziyyət çəkir. " Cavabdeh "Yaxşı əgər Azərbaycanı bəyənmirsənsə, niyə tərk edib daha yaxşı olduğunu düşündüyün bir yerə getmirsən?" Tənqidçi : "Ofisimizin atmosferi şirkətin gələcəyi üçün islahatlar haqqında konstruktiv söhbətlərə başlamaq üçün uyğun deyil. Bir sıra təkmilləşdirmələrə ehtiyac var ". Cavabdeh "Korporativ sistemdən xoşunuz gəlmirsə, onda niyə buradasınız?
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə. 1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. == Adı == Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.
Hav dərəsi
Hav dərəsi- Füzuli rayonunun Gecəgözlü kəndi ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Dərə coğrafi termini mənfi relyef forması ifadə edir; si şəkilçisi mənsubuyyət bildirir. Hav termini ərəb və fars dillərində işlədilən həvadar sözünün təhrif olunmuş formasıdır. Həvadar sözü "tərəfdar", "Tərəf saxlayan", "kömək edən", "həvadar" anlamındadır. Yerli məlumata görə, XIX əsrdə Gecəgözlü kəndindən olan Cavanşir əsilli Hacı Qasım adlı varlı, xeyirxah bir insan tez-tez bu barədə yığışan adamlara havadar durar, əl tutar, kömək edərmiş. Sonralar elə həmin dərə də kənd camaatı arasında bununla əlaqədar olaraq qısaca Hav dərəsi adlandırılmışdır. == Həmçinin bax == Füzuli rayonu == Xarici keçid == armenianvandalism.
Hayqır dərəsi
Hayqır dərəsi — İranda dərə. Fars ostanının Firuzabad şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə yerləşir. Dərənin divarlarının dərinliyi bəzən təxminən 450 metrə çatır. Hayqırın tam uzunluğu 18 kilometr (11 mil) qədərdir. Dərə İranın Böyük Kanyonu adlanır. == Necə formalaşdırmaq == Hayqır dərəsi Dəbin antiklinalının eni boyunca uzanır. Su eroziyasına görə genişlənmişdir. Vadinin hündür divarları və dibində axan çay turizmi üçün əlverişli ərazi yaratmışdır.
Herero dili
Herero dili (Otjiherero) Bantu dil ailəsinin Niger-Konqo qrupuna aid olan bir dilidir. Namibiya (206,000) və Botsvanada olan Herero xalqı tərəfindən danışılır. Hər iki ölkədə bu dili danışanların ümumi sayı təxminən 237.000 nəfər dir.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Meydan dərəsi
Meydan dərəsi — Qubadlı rayonu ərazisində çay. Həkəri çayına çatmayan yarğan-quru dərədir. Rayonun ərazisindəki Meydanarası qışlağının adı ilə Meydanarası variantında da qeydə alınmışdır. 24 km. uzunluğa malik olan bu çay açıq, düzənlik sahədən axdığı üçün belə adlandırılmışdır.
Nasirabad dərəsi
Nasirabad dərəsi (fars. دره ناصرآباد‎) — İranda dərə. Tehran şəhərinin şimalında, qərbdən Darabad silsiləsinə aparan Əlborz dağlarının yamaclarında yerləşir. Dərənin girişində mövcud olan tikinti işlərə baxmayaraq, Nasirabad dərəsi hələ də Tehranın şimalındakı azsaylı toxunulmamış dərələrdən biri hesab olunur.
Pankisi dərəsi
Pankisi dərəsi (gürc. პანკისის ხეობა, Pankisis Xeoba) — Gürcüstanın şimal-şərqində Rusiya Federasiyasının subyekti Çeçenistan Respublikası ilə sərhəddə yerləşən vadi, dərə. İnzibati cəhətdən Kaxeti mxaresinin Axmeta bələdiyyəsi ərazisinə daxildir. Dərə əhalisinin 75%-i çeçenlərin subetnik qrupu sayılan kistlərdir.
Pyazçal dərəsi
Pyazçal dərəsi (fars. دره پیازچال‎) — İranda dərə. Küləkçal dağına dırmaşma cığırından Küləkçala paralel zirvələrə və Darabad dərəsinin axırına qədər uzanır. Bu dərə demək olar ki, bütün il boyu yaşıldır və bulaqları bol suludur. Vadidə mal-qara, keçi və qoyun, eləcə də bir neçə vəhşi atlar var.
Qaraqoyunlu dərəsi
Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı — Qərbi Azərbaycanın, gözəl guşələrindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansaray) və Mixaylovka – Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir. Hazırda bu ərazi Ermənistanın Tavuş mərzi və Geğarkunik mərzi adlanan vilayətlərinin tərkibindədir. Qaraqoyunlu hərtərəfli inkişaf etmiş bölgələrdən biri idi. Harada yerləşməsindən asılı olmayaraq, kəndlərin hamısına yol çəkilmiş, təzə evlər tikilmişdi. 1960-cı ildə Qaraqoyunlu dərəsinin kəndlərində, demək olar ki, bir dənə də olsun köhnə ev qalmamışdı. Elektrik işığı ilə ən tez təmin olunan kəndlər Çaykənd və Gölkənd kəndləri olmuşdur. 1951–1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdir. Az bir müddətdən sonra isə bütün kəndlər mərkəzləşmiş qaydada elektriklə təmin edilmişdir. Kəndlərin hamısında müvafiq avadanlıqlarla təchiz edilmiş və xüsusi zövqlə tikilmiş gözəl məktəb binaları var idi. Həmin məktəblərdə peşəkar müəllimlər çalışırdı.
Sereno Vatson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826 – 9 mart 1892, Kembric, Massaçusets) — Amerika botaniki.