Şəfəq Sultan Əlixanlı
Şəfəq Sultan Əlixanlı-Azərbaycan Radiosu "Ədəbiyyat və İncəsənət" redaksiyasının Baş redaktoru, əməkdar incəsənət xadimi.
Şəfəq Sultan Əlixanlı-1955-ci il, sentyabrın 22-də Bakida, ziyalı ailəsində doğulub.
Oxuduğu H.Cavid adına 132 saylı orta məktəbdə ədəbiyyat müəllimi Bilqeyis Təhmasib öz elmi və söz-sənət sevgisi ilə onun həyat və sənət yoluna əbədi nur saçıb. 1973-ci ildə Şəfəq Əlixanlı orta məktəbi bitirib.Sevimli müəllimlərinin etimadını doğruldan Şəfəq Əlixanlı 70-cı illərin əvvəllərindən, hələ çox gənc ikən dövrü mətbuatında kiçik yazıları, şeir ve hekayələri ilə çıxış edir ("Azərbaycan gəncləri","Baki" qəzetləri, "Azərbaycan qadını"jurnalı).1973-cü ildə Azərbaycan Dövlət Universiteninin filologiya fakültəsinə daxil olub. Tələbəliyin ilk illərindən etibarənsə o vaxtki Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə sıx əməkdaşlıq edib. Əmək kitabçasına 1980-ci ildən düşən bu ünvanda əvvəlcə müqavilə ilə müxbir, sonrasa kiçik redaktorluqdan baş redaktorluğa qədər yüksələn 38 illik yaradıcılıq yolu keçib.
Azərbaycan Radiosunda bir çox populyar programların, o cümlədən "Sabahınız xeyir", "Molla Nəsrəddin", "Xatun", "Bizdən sonra" uzunömürlü verilişlərin müəllifi, aparıcısı kimi tanınır.
Radioya gəldiyi ilk illərdən xüsusi önəm verdiyi Radio-teatr janrında yazdığı əsərləri, dünya ədəbiyyatından tərcümə və səhnələşdirmələri ilə professional aləmin nüfuzunu, geniş dinləyici auditoriyasının böyül rəğbətini qazanıb. Müəllifi olduğu 20-dən çox Radio-tamaşa Radionun "Qızıl fond"unda saxlanır.
Azərbaycan Mədəniyyətinin, İncəsənətinin və Dövlətçiliyimizin inkşafındaki xidmətlərinə görə dəfələrlə müxtəlif yaradıcı təşkilatlar tərəfindən təltiflər alıb, dövlət mükafatlarına layiq görülüb.