ŞƏKK

is. [ ər. ] Bir şeyin gerçəkliyinə, doğruluğuna şübhə etmə; şübhə, güman, zənn.
Leyli dedi: – Çün sənə şəkkim var; Məcnun isən, eylə halın izhar. Füzuli.
Əziz balalar!… Sizin bizdən xoşbəxt olmağınıza heç şəkk yoxdur. N.Nərimanov.
[Hacı Osman:] Vəli kişinin qoçaq olmasına şəkkin yoxdur ki, Cavad bəy? N.Vəzirov.

□ Şəkdən çıxartmaq – inandırmaq, şübhə üçün arada yer qoymamaq, şəkk-şübhədən qurtarmaq, inandırmaq. [Seyid Əhməd Seyid Səmədə:] Andına inanıram.
Amma gərək bir şeyə də and içib, məni dürüst şəkdən çıxarasan. Ə.Haqverdiyev.

Şəkdən çıxmaq – bax şəkk-şübhədən çıxmaq.
Şəkkə düşmək – özündə şübhə doğmaq, şübhə eləmək, şübhə altına almaq.
[Dərviş] mənim şəkkə düşməmi anladı. A.Divanbəyoğlu.
Mətbəxdəki arvadlar qara çadraya bürünmüş qadını gördükdə, şəkkə düşmüş və cürbəcür fikirlər irəli sürməyə başlamışdılar. T.Ş.Simurq.

Şəkk eləmək (etmək) – bir işin doğruluğuna, həqiqiliyinə, gerçəkliyinə inanmamaq, şübhə etmək.
[Səməd kişi:] Xeyr, xeyr, əstəğfürullah elə, Allahın hünərinə şəkk eləmə. T.Ş.Simurq.
Bu elə hikmətli çarə idi ki, şəkk eləməyə heç kəsin cürəti çatmırdı. S.Rəhman.

Şəkk gətirmək – bax şəkkə düşmək.
Sən mənim sözümə heç gətirmə şəkk; Bizim evlərdə də gəl görün tək-tək. M.P.Vaqif.
[Qəhrəman:] Rəhmətliyin qızı, sən də şəkk gətirirsən? S.Rəhimov.

Синонимы

  • ŞƏKK şübhə — güman — zənn
  • ŞƏKK şəkk bax şübhə
ŞƏKİLSİZ
ŞƏKK-ŞÜBHƏ
OBASTAN VİKİ
Şəkki qalası
Şəki qalası – Ermənistan respublikası ərazisində qala-şəhər. Qala Qarakilsə rayonu (dəyişdirilmiş adı Sisiyan) ərazisində, Bazarçayın sahilində, Darvaztəpə dağının zirvəsində yerləşir. Şəki qalası Azərbaycanda eramızdan əvvəl VII–V əsrlərdə məskunlaşan Saka (Şaka, Saklar) adlı türk tayfasının adını qoruyub saxlayıb və qalanın da əsasının saklar tərəfindən qoyulması faktını da sübut edir. Son tədqiqatlar göstərmişdir ki, vaxtilə həmin ərazidə mərkəzi Şəki qalası olan vilayət mövcud olmuşdur. Şəki qalası Qafqaz albanlarından olan knyaz Səhl ibn Sunbatın əsas iqamətgahı kimi, Babək Xürrəmidinin də süqutunun şahididir. Şəki qalası həm də Qızıl Arslanla Nizami Gəncəvinin görüş yeridir.

Значение слова в других словарях