Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monoqrafiya
Monoqrafiya – müasir ədəbiyyatşünaslığın əsas formalarından biridir. Monoqrafiyalar müəyyən mövzuya, problemə və ya ədəbi şəxsiyyətin, alimin yaradıcılığına həsr edilən elmi əsərdir. Elmi dərəcə almaq üçün yazılan namizədlik və doktorluq dissertasiyaları da monoqrafiyanın bir forması sayıla bilər.
Nizami Gəncəvi (Monoqrafiya)
Heydər Əliyev və klassik irs (monoqrafiya)
Heydər Əliyev siyasəti: tarix və müasirlik (monoqrafiya)
Etnoqrafiya
Etnoqrafiya — yunan sözü olub, "etnos" xalq, "qrafis" isə təsvir etmək deməkdir. Deməli etnoqrafiya xalqı öyrənən, təsvir edən, xalqa daha yaxın olan, onun adət-ənənələri, məişətinə, istək və arzularına daha çox bələd olan elmdir. Etnoqrafiya elminin başlıca vəzifəsi xalqı öyrənmək, tarixini tədqiq etmək və daha da zənginləşdirməkdən ibarətdir. Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Əgər arxeologiya tarix elminin ixtiraçısı hesab olunursa, etnoqrafiya isə onun bərpaçısı funksiyasını daşıyır. Ona görə də hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloji və etnoqrafik mənbələrə üstünlük verməlidir. == Etnoqrafiya elm kimi == Xalqın məişəti ilə yanaşı, etnoqrafiya bir elm kimi həm də onun mədəniyyətini tədqiq edir. Etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniyyətində olan müxtəlifliyi öyrənməklə yanaşı onların oxşar cəhətlərini də nəzərdən qaçırmır, yalnız müasir xalqları deyil həmçinin, hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Bununla etnoqrafiyanın xüsusi bir sahəsi olan tarixi etnoqrafiya məşğul olur. Rus alimlərindən S.P.Tolstov etnoqrafiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədəniyyətindəki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir.
Fotoqrafiya
Fotoqrafiya (fr. photographie q.yun. φως / φωτος — "işıq" və γραφω "yazıram" sözlərindəndir) — işığın köməyi ilə şəkil çəkmək texnikasıdır. Fotokameranın köməyi ilə statik təsvirin işığahəssas materialda (fotolent və ya fotoqrafik matrisa (sensor)) əldə edilməsi və ya yadda saxlanılmasıdır. Fotoqrafiya, fotoşəkil və ya sadəcə şəkil insan tərəfindən baxıla (bu halda aşkarlanan fotolentin kadrı, elektron və ya çap halında olan təsvir hesab edilir) bilən fotoqrafik prosesslərin köməyi ilə əldə edilən yekun təsvirdir. Daha geniş mənada fotoqrafiya — fotoşəklin əldə edilməsi yaradıcılığıdır. Bədii prosses kompozisiyanın axtarılması və seçilməsi, işıqlanmanın, çəkiliş anının seçilməsiylə sonlanır. Bütün incəsənət növlərinə xarakterik olan kimi fotoqrafın da bu seçimi bacarığı, şəxsi üstünlüklərindən, zövqü ilə təyin edilir. Həssas materialın işləmə prinsipindən asılı olaraq fotoqrafiya üç böyük altbölümə bölünür: Kimyəvi fotoqrafiya — fotoprosesslərin baş verdiyi fotomateriallara əsaslanır. Rəqəmsal fotoqrafiya — təsvirin əldə edilməsi prosesi kimyəvi reaksiyalar nəticəsində deyil, matrisada yüklərin yerdəyişməsi nəticəsində baş verir.
Holoqrafiya
Holoqrafiya lazer şüaları əsasında üç ölçülü görüntünün əldə edilməsinə verilən addır. Bir cismin kosmosdakı varlığı haqqında məlumatlar ümumiyyətlə səs və ya işıq dalğaları şəklində bizə çatır. Holoqrafiya, cisimlərdən gələn dalğalardakı məlumatları müəyyən bir şəkildə saxlayıb, sonradan bu məlumatları itkisiz ortaya qoymağa imkan verən bir texnikadır. == Etimologiyası == Bu mövzuda ilk tədqiqatları həyata keçirmiş Dennis Gabor, texnikaya Holoqrafiya adını vermişdir. Holos yunan dilindən tərcümədə bütöv deməkdir. Holoqram, cisimdən gələn dalğanın ümumi məlumatlarını, yəni həm genlik, həm də faz dəyərlərini qeyd edir. İstədiyiniz zaman orijinal səs dalğası bu qeyd mühitindən bərpa olunur. == Tarixçəsi == Gabor, 1948-ci ildə nəşr olunan ilk məqaləsində holoqrafik qeyd prinsiplərini ortaya qoydu. Normal fiziki detektorlar və qeydiyyat mühiti yalnız U2 dalğa intensivliyinə həssas olduğundan tp fazı qeyd oluna bilməz. Cisimdən gələn işıq dalğası özü ilə tezlik və faz baxımından münasib bir referans dalğasına müdaxilə etdiyi zaman yarana bilən dalğanın intensivliyi bu dalğaların intensivliyindən tək-tək asılı deyil, həm də aralarındakı faz fərqinə tabedir.
Linoqrafiya
Litoqrafiya — çap növüdür. Bu çap növündə müstəvi şəklində olan formadan boya yüksək təzyiq altında kağız üzərinə köçürülür. Litoqrafiya 1796-cı ildə Bavariya yazıçısı Alois Senefelder tərəfindən teatr əsərlərinin nəşri üçün ucuz bir üsul kimi icad edilmişdir. Litoqrafiya mətn və ya rəsm əsərini kağıza və ya digər uyğun materiala çap etmək üçün istifadə edilir amma daha çox musiqi partituraları və xəritələr üçün istifadə edilmişdir. == Tanıtmaq == Litoqrafiya əvvəlcə litoqrafiya daşına tətbiq olunan mum və ya digər yağlı maddə ilə çəkilmiş təsvirdən mürəkkəbi çap vərəqinə köçürmək üçün vasitə kimi istifadə edirdi. Müasir dövrdə təsvir tez-tez çevik alüminium lövhəyə tətbiq olunan polimerdən hazırlanır.Lövhənin və ya daşın düz səthi bir qədər kobud və ya həkk olunub və su təbəqəsini qəbul edən və yağlı mürəkkəbi dəf edən hidrofilik (=su sevən) bölgələrə və suyu dəf edən və mürəkkəbi qəbul edən hidrofobik bölgələrə bölünür. Şəkil birbaşa daşdan və ya boşqabdan çap oluna bilər (bu halda o, orijinal təsvirdən tərsinə çevrilir) və ya çap məhsuluna köçürmək üçün çevik təbəqəyə, adətən rezinə köçürülərək ofset edilə bilər.Bu proses, çap mürəkkəbini ehtiva edən boşluqlar yaratmaq üçün boşqabın həkk olunduğu, həkk edildiyi və ya naxışlandığı qravüra və ya intaqlio çapdan və hərflərin və ya təsvirlərin qaldırılmış səthlərinə mürəkkəbin tətbiq olunduğu taxta bloklu çap və tipo çapdan fərqlidir. Litoqrafiyanın ilk dövrlərində hamar əhəngdaşı parçasından istifadə olunurdu (buna görə də "litoqrafiya"—"litos" (λιθος) qədim yunanca daş sözüdür). Səthə yağ əsaslı şəkil çəkildikdən sonra ərəb saqqızının suda məhlulu çəkilib, saqqız yalnız yağsız səthə yapışıb. Çap zamanı su ərəb saqqızı səthlərinə yapışdı və yağlı hissələrdən qaçdı, çap üçün istifadə olunan yağlı mürəkkəb isə bunun əksini etdi.
Morfoqrafiya
Morfoqrafiya- (yun.morphe-forma və grapho-təsvir)- Yer səthinin relyef formalarını xarici əlamətlərinə görə təsvir və təsnif edən elmdir;geomorfologiyanın bir şöbəsidir.
Pornoqrafiya
Pornoqrafiya (yun. πόρνη — fahişə, zina; γράφω — yazıram, çəkirəm; πόρνη < πέρνημι — satıram) — cinsi arzuları oyatmaq məqsədi olan erotik video, şəkil və ya yazılar. == Tarixi == == Sinifləşdirmə == Pornoqrafiya erotikadan fərqlənir: Pornoqrafiyadan fərqli olaraq erotikaya naturalizm və diqqəti cinsiyyət orqanlarına yönəltmək xas deyil. Adətən, erotika və pornoqrafiya arasındakı sərhədləri zərif və kobud, ruh və bədən arasındakı fərq kimi izah edirlər.Klassik ədəbiyyatda pornoqrafiya elementləri azlıq təşkil edir. Çünki erotika daha çox oxucunun yaradıcı qabiliyyətinə hesablanıb, yəni az-çox düşüncəsi, təxəyyülü yetən oxucu müəllifin demədiklərini duymaq iqtidarındadır. Bu baxımdan erotikada söylənməyənə, təsvir olunmayana vurğu daha güclüdür. Hesab olunur ki, pornoqrafiya estetik zövq deyil, yalnız fiziki həzz yaşada bilər. Bu səbəbdən onu ümumiyyətlə, incəsənət hesab etməyən müəlliflər də çoxluq təşkil edir. Suzan Zontaqın sözlərinə görə, erotika istənilən ekstaz növü kimi düşünülmüş, qurulmuş, mədəni bir nəsnədir və heç bir bayılmaya səbəb olmur. == Cəmiyyətin pornoqrafiyaya baxışı == === Mənfi === 2012-ci ildə Qroningen Universitetinin araşdırmalarına görə pornoqrafiyaya baxış zamanı beyində vizual qıcıqlandırıcılara məsul olan bölgələr işdən çıxır.
Topoqrafiya
== Topoqrafiya və Xəritə == Topoqrafiya bir elmdır ki əməli riyaziyyatı ölçüm texniklər və rəssamlıq hünəri ilə birləşdirir və yer sahəsinin bir qismini cizgi şəklində səhifə üzərində çəkir. eləcə demək olar ki xəritə bir səhifənin üzərində yerin bir sahəsinin üfüqi və kiçilmiş şəkilidir. == Geomorfoloji termin == Topoqrafiya – (rus. топография, ing. topography) /yun.topos-yer, məhəl və grapho- yazıram/- topoqrafik xəritədə mə­həl­li göstərmək üçün onun xəritə­ləşdirmə üsulunu işləyən – hazır­layan, elm. Aerofotoplanalma, elə­cə də kosmik planalma müasir topoqrafiyanın əsas üsullarıdır. == Topoqrafiya iş bölmələri == Bir sahənin alçaq-ucasın səhifə üzərində çəkilməsinə gərək bir neçə işlər görülə ki bu işlər üç yerə bölünür: 1- Çöl işləri: Sahəni ayarlamq,dayanacaqların yerin seçmək və ölçüm işlərini görmək.2- Mühasibat 3- Xəritənləri yaratmaq: İstənilmiş miqyas ilə Çöldə görülmüş işlər dəqiq Mühasibat işlərindən sonra bir səhifə üzərində çəkilir. == Topoqrafiyanın bütün bölmələri == Topoqrafiya elmi iki əsas bölməyə bölünür: 1- Topolojiya, ki yerın necə düzəlməsini ayarlayır. 2-Topometriya, ki ölçüm sənəti və yerın zahiri şəklini ayarlayır. == Topoqrafiyanin önəmi və işlənən sahələri == Topoqrafiya qədim texniklərindən biridir ki yerlərin bölməsində istifadə edilirdi.
İkonoqrafiya
İkonoqrafiya (q.yun. εἰκών — "təsvir, surət" və γράφω — "çəkirəm") — təsviri incəsənətdə hər hansı personajın, yaxud süjet səhnəsinin qəbul edilmiş ciddi nizamlı sistemi. İkonoqrafiya qədimdə sənətin dini sitayiş və mərasimlərlə bağlılığından yaranmışdır. Sənətin dünyəviləşməsi və inkişafı ilə mövçud ikonoqrafiya sxemlərinin coxu dəyişilmiş, həm də yeniləri yaranmışdır. İkonoqrafik sistemlərin başlanğıçını dini kultla əlaqəyə aid edirlər. İkonoqrafiya qaydalarına riayət etmək vacibliyi təşəkkül tapırdı. Ola bilər ki, bu təsvir edilmiş səhnənin və yaxud personajın tanınmasını rahatlaşdırmaq üçün edilib, lakin çox güman ki, bu təsviri dini iddialara uyğunlaşdırmaq zərurəti ilə edilirdi. İkonoqrafiya bölünür: İsanın anasının ikonoqrafiyası; İsa Məsihin ikonoqrafiyası; Xristian incəsənətində mövcud olan "bayramların" ikonoqrafiyası; Buddizm incəsənətində Buddanın və bodxisavtların ikonoqrafiyası və s.Əsrlər ərzində, incəsənətin yeni məzmunla zənginləşməsi ilə, ikonoqrafik sxemlər vaxtaşırı dəyişikliyə məruz qalmışdır. İncəsənətin dünyəviləşməsi, realizmin və rəssamların (avropada intibah dövrü) yaradıcı individuallıqlarının inkişafı köhnə ikonoqrafik sxemlərin izah azadlığını şərtiləşdirdi, həmçininin daha az reqlamentləşdirilmiş yeni ikonoqrafik sxemlərin yaranmasına gətirib çıxardı. == Sənətşünaslıqda termindən istifadə == Sənətşünalıqda ikonoqrafiya hər hansı personajın (həm real həm də əsatiri) və ya süjet səhnəsinin çəkilməsi zamanı qəbul olunmuş tipoloji əlamətlərin və sxemlərin təsnifi və sistemləşdirilməsidir.
Monoqamiya
Monoqamiya — təkkəbinlilik; nikah və ailənin tarixi forması. == İnsanlar arasında monoqamiya == Monoqamiya ibtidai icma cəmiyyəti dağıldıqdan sonra qoşa nikahdan təşəkkül tapmışdır. Əmlakın kişiyə məxsus olması və varislərə keçməsi, qadının hüquqsuzluğu və s. monoqamiyanın xarakterik xüsusiyyətləri idi. == Heyvanlar arasında monoqamiya == Monoqamiya erkək və dişi cinslər arasında əlaqədir. Erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s.
Oroqrafiya
Oroqrafiya (yun. όρος – "dağ" və γραφία – "yazıram") — fiziki coğrafiyanın Yer səthinin relyef quruluşunu öyrənən bölməsi. Həmçinin "oreoqrafiya", "orologiya" və "oreologiya" adlarından da istifadə edilir. Orfoqrafiya – [yun. orthographia, orthos – düzgun] 1)dilçilikdə düzgün yazı qaydaları; 2)yazılı nitqin (söz və qrammatik formaların) düzgun əks olunmasını tənzim edən vahid qaydalar sistemi. Orfoqrafiya qaydaları nitqin yazılı formasını sabitləşdirir və ünsiyyət üçün əlverişli şəklə salır. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Abstrakt fotoqrafiya
Abstrakt fotoqrafiya — bəzən qeyri-obyektiv, eksperimental, konseptual və ya konkret fotoqrafiya adlı foto avadanlıq, proseslər və ya materialların tətbiqi sayəsində yaradılmış obyekt dünyası ilə əlqəsi olmayan vizual görüntünü əks etdirən vasitədir. Mücərrəd şəkil üçün hər kəs özünəməxsus kontekstdə təbii hadisə yerinin fraqmentini ayıra bilər, ilk baxışda real görüntü yaratmaq üçün daşınmaz obyektlərin rəng, işıq, kölgə, strukturu, formasından hiss, təəssürat və ya sensasiyaya uyğun olaraq mərhələli yolla istifadə edilə bilər. Şəkil çəkmək kamera,və ya kompüter kimi ənənəvi fotoqrafiya avadanlıqları istifadə etməklə aparıla bilər, ya da bu, birbaşa film təqdimatları, rəqəmsal fotoqrafiya və ya digər media tərəfindən kamera vasitəsilə yaradıla bilər. == Müəyyənləşdirilməsi == Müddətli "abstrakt fotoqrafiya"nın adətən-istifadə tərifi yoxdur. Mövzu ilə bağlı kitablar və məqalələr mücərrəd məsələnin mahiyyətini tam təsviri obrazı, bütünlüklə kamera və ya film, Marko Bröyerin qurama izləri kimi yaradılan obrazlar həmçinin Aaron Siskind-in qeyri-mötəbər şəkilləri kimi hər şey daxildir. Müddətli "abstrakt fotoqrafiya" öz təbiətinə görə birmənalı olan vizual nümayəndəliklərin geniş spektrini və fotoqrafiya növünün hər iki tərəfini nəzərdə tutur. Bir çox fotoqraflar, tənqidçilər, sənətşünaslar və başqaları konkret məna rəsmiləşdirmək istəyən abstrakt fotoqrafiya haqqında öz sözlərini. Elvin Lenqdon Coburn 1916-cı ildə "Abstrakt Fotoqrafiya" sərgisinin keçirilməsini təklif etmişdir".Təklif olunan sərgi baş tutmadı. Psixologiya üzrə professor, psixoloq və fotoqraf Con Şuler demişdir: "Mücərrəd şəkil və ağıl səfərdə heç-heçə edib". Bu, təbii çıxışları və faktiki dünyada tanınan subyektlərin səfərdə heç-heçə etməsidir.
Fotoqrafiya tarixi
Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.Optikanın "atası" hesab olunan və Avropada "Alhazen" kimi tanınan ibn-əl Heysəm Platon və Evkilindin işıq şüalarını gözlə əlaqəsi haqqında nəzəriyyənin səhv olduğunu sübut etmişdir.. Basralı ərəb fiziki və riyaziyyatçısı İbn əl-Heysəm günəş tutulması zamanı onun şüalarını incələmək üçün Kamera obskura (Qaranlıq qutu) adlı sistemdən istifadə etmiş və o, ilk dəfə kamera-obskuranın işləmə prinsipini izah etmişdi. Kamera-obskura zahirən bir tərəfində dəlik olan yeşiyə bənzəyirdi. Bu dəliyi hər hansı gur işıqlandırılmış cismə yönəltdikdə cihazın dəlikli tərəfindən əks tərəfdə cismin çevrilmiş və kiçildilmiş əksini almaq mümkün idi.
Fotoqrafiya xronologiyası
Fotoqrafiya xronologiyası - Fotoqrafiyanın və kinematoqrafiyanın inkişafında baş vermiş əsas hadisələr, fotoqrafiyanın inkişafına ciddi təsir göstərmiş kəşflər və ideyalar. X əsr - ərəb fiziki və riyaziyyatçısı İbn əl-Heysəm tərəfindən kamera-obskuranın işləmə prinsipinin ilk dəfə izah olunması. 1727 - Rusiyada Bestujev-Ryumin tərəfindən günəş işığında müxtəlif duz tərkibli məhlulların rənginin dəyişdiyinin aşkar olunması. 1727 - Həkim və anatomiya professoru İohann Henrix Şults tərəfindən ilk dəfə gümüş nitratın işığa həssaslığının müəyyən edilməsi və təcrübə vasitəsilə təsdiq edilməsi. 1777 - Karl Vilhelm Şults tərəfindən mavi və bənövşəyi şüaların qırmızı şüalardan daha təsirli olduğunun sübut olunması. 1800 - Vilyam Gerşel tərəfindən infraqırmızı şüalanmanın mövcudluğunun kəşf olunması. 1816 - Şotlandiyalı Ser Deyvid Bryusterin işığın polyarlaşdırılmasından faydalanaraq kaleydoskop icad etməsi. 1822, 19 iyul - fransız alim Yozef Nisefor Niyepsi (Joseph Niepce) tətəfindən ilk dəfə foto təsvirin alınması. 1831 - Belçikalı alim Yozef Plateyu və Avstriyalı Simon von Stamfer tərəfindən ilk animasiya aləti-fenakistiskop kəşf edilmişdir. 1834 - Alman alimi Yohann Varfolomey Trommsdorff (1770-1837) tərəfindən ilk fotokimya reaksiyasının keçirilməsi.
Klaudskeyp fotoqrafiya
Klaudskeyp fotoqrafiya — səmanın və ya buludların fotoqrafiyası. İlk klaudskeyp fotoqraflardan biri belçikalı fotoqraf Leonard Misonne (1870–1943) olmuşdur. Onun şəkilləri ağ-qara idi və əsasən tutqun səmanı və qara buludları çəkməyə üstünlük vermişdir. XX əsrin ortalarında ABŞ fotoqrafı Alfred Stiqlits (1864–1946) "ekvivalentlər" adlandırılan klaudskeyp fotoşəkil seriyası (1925–1931) yaratmışdır. "Phillips Collection" veb-saytında onun əsərləri haqqında bu fikirləri bildirmişdir: "Bu şəkillərin əsasını simvolik gözəllik təşkil edir, hansı ki, əsər müəllifinin təcrübələrinin, fikirlərinin və emosiyalarının get-gedə artan abstrakt ekvivalentləri olmuşdurlar". Son dövrlərin ən məşhur klaudskeyp fotoqrafları Ralf Steyner, Robert Devis və Tzeli Hadcidimitriou hesab olunurlar. == Misallar == == İstinadlar == == Mənbələr == Davies, Robert; Christopher Bucklow; "Cloudscapes"; Lisbon (Portugal). Arquivo Fotográfico Municipal. (Lisboa, Portugal: Câmara Municipal, Cultura: Arquivo fotográfico, 1997) ISBN 972-97226-2-5 [Worldcat subject headings include "Davies, Robert" and "Photography of clouds"] Steiner, Ralph. Smith College.
Kompüter tomoqrafiya
Kompüter tomoqrafiyası – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompüter tomoqrafiya metodu əsasında kompüter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılmışdır. == Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri == Müayinənin yüksək sürəti digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır. Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur. 3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır.
Panoram fotoqrafiya
Panoram fotoqrafiya — panoram şəkil çəkilməsinə əsaslanan fotoqrafiya texnikası. Panoram fotoçəkiliş sayəsində geniş bucaqlı zəngin məzmun fotoşəkildə əks olunur. Bu termin altında aşağıdakılardan hər hansı biri nəzərdə tutulur: geniş və hətta 180 dərəcəni aşan baxış bucağı altında çəkilmiş fotoşəkil; tərəflərinin nisbəti 1x2, 1x3 və daha geniş olan "uzun formatlı" adi fotoşəkil; müxtəlif adi və ya geniş ölçülü kadrların birləşdirilməsindən yaradılmış fotoqrafiya.Fotoaparatı dayaq üzərinə qoyaraq və ya ştativ vasitəsilə sabit bir ox ətrafında çevirərək də 360 dərəcəlik çekiliş əldə etmək mümkündür. == Xarici keçidlər == DMOZ-da Panoram/360° fotoqrafiya texnika və stilləri DMOZ-da Panoram şəkil qalereyaları Panoram fotokameraların tarixçəsi 1843–1994 Stanford University CS 178 interactive Flash demo explaining the construction of cylindrical panoramas.
Postmortem fotoqrafiya
Post-mortem fotoqrafiya (ing. Post-mortem photography) — vəfat etmiş şəxsin fotolarının çəkilməsi ənənəsi. Ölüm sonrası fotoqrafiya anlamına gələn Post-mortem fotoqrafiya XIX əsrin sonları, XX əsrin əvvəllərində Amerika və Avropa mədəniyyətlərində geniş yayılmışdır. Post-mortem fotolar adətən vəfat etmiş şəxsin qohumları tərəfindən onun xatirəsini əbədiləşdirmək və daimi xatırlamaq məqsədi ilə hazırlanırdı. Post-mortem fotoların çəkilməsi ənənəsi XX əsrin əvvəllərində Azərbaycanda da mövcud olmuşdur. Hacı Zeynalabdin Tağıyevin ailə üzvləri ilə birlikdə vəfat etmiş oğlu Kazımın tabutu önündə çəkdirdiyi şəkil buna misal göstərilə bilər.
Rəqəmsal fotoqrafiya
== İstinadlar ==
Sərt pornoqrafiya
Sərt pornoqrafiya və ya Hardkor pornoqrafiya — XX əsrin ikinci yarısında meydana çıxmış; Cinsi məzmunlu filmlərdə və şəkillərdə qeyd-şərtsiz senzuranı müdafiə edən hərəkatdır. Bu cərəyan xüsusilə ABŞ və İngiltərədə yayılmışdır. Bu hərəkatın təsiri altında inkişaf etmiş əyləncə sənayesi formalaşmışdır. == İnkişafı və hüquqi statusu == Bu, XX əsrin ikinci yarısından bəri yumşaq pornoqrafiyaya qarşı hazırlanmış bir üslubdur. Adətən jurnallarda fotoşəkillər və filmlərdə isə videolar şəklində olur. Hollivudda bu tip pornoqrafiya üçün xüsusi studiyalar mövcuddur. Bu üslub xüsusilə 1990-cı illərin əvvəllərindən etibarən internetdə yayılmağa başlanmışdır. Əvvəlcə bir çox ölkələrdə onun yayılması qadağan edilsə də, sonradan bir çox liberal demokratik ölkələrdə onun nəzarət altında yayılmasına icazə verilmişdir. Nəzarət məqsədləri üçün hər nə qədər yaş hədləri qoyulmuşdursa da, internet vasitəsi ilə geniş şəbəkəyə müraciət edən bu pornoqrafiya üslubu pornoqrafiyanın asanlıqla əldə edilə bilən formasına çevrilmişdir. Bir çox dövlətlər bu vəziyyətə qarşı tədbirlər görməyə çalışsalar da, bu tədbirləri effektiv olmamışdır.
Yumşaq pornoqrafiya
Yumşaq pornoqrafiya — mövzusu cinsilik ehtiva edən vizuallar (film və fotoşəkillər) olan bir pornografi növü. Hardcore pornografiyə görə daha az cinsilik ehtiva etdiyindən "yüngül" olaraq xarakterizə edilməkdədir. Yumşaq pornoqrafiya bu xüsusiyyətiylə "Harcore" pornosunun erotik forması olaraq da bilinər. Yüngül pornografiya: çılpaq, yarı-çılpaq təsvirlər və nümayişləri, keçici ictimai çılpaqlıq və ya çılpaqlıq olmayan cazibədar cinsi əlaqə formalarını istifadə edə bilər. Bu cür pornoqrafiyaya: vaginal, anal və açıq boşalma tipi cinsəlliyin açıq nümayişləri göstərilmir. Tam çılpaqlıq isə son zamanlarda bəzi yüngül pornolarda da iştirak etməkdədir. Ümumiyyətlə, tam çılpaq olsa belə pornoçuların cinsi orqanları bölgələri kamuflyaj edilməkdədir. Son vaxtlarda pornoqrafinin daha senzurasız yayınlana bilməsiylə, bəzi televiziyalarda günün müəyyən saatlarında yüngül porno nəşrinə icazə verilir. Ayrıca bu cür səhnələr təması cinsəllik olmayan gedərək daha çox filmdə iştirak etməkdədir. Cinsilik mövzulu olmayan filmlərdə yüngül porno, ümumiyyətlə, saçlarla və ya qaranlığı istifadə edərək genital bölgələrin görülməsini maneə törətmə texnikalarıyla istifadə edilər.
Heyvanlarda monoqamiya
Monoqamiya (heyvanlarda) — erkək və dişi cinslər arasında əlaqə; erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və. s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və. s. adətən, bir mövsüm, meymunlarda isə bir neçə il davam edir.
Ankara Etnoqrafiya Muzeyi
Ankara Etnoqrafiya Muzeyi — Ankaranın Altındağ ilçəsində yerləşir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı cümə namazlarının qılındığı köhnə adı Namazgah təpəsi olan yerdə quruldu. Əvvəlcə Arxeoloji Muzey kimi istifadə ediləcəyi düşünülsə də, sonralar Rəsm və Heykəl Muzeyi olmağına qərar verildi. Muzeydə Türkiyənin Səlcuqluların gəlişindən başlayaraq ölkə tarixinin müxtəlif dövrlərinə aid Türkiyənin bütün bölgələrindən məhsullar toplanıb. 15 il ərzində Atatürkün müvəqqəti məqbərəsi də həmin binada yerləşirdi və müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri burada səfərlər edirdilər. == Memarı == Bina Cümhuriyyət dövrünün əhəmiyyətli memarlarından olan Arif Hikmət Qoyunoğlu tərəfindən inşa edilmişdir. Binanın işini öz üzərinə alan isə Nafiz bəy olmuşdur. Bina düzbucaqlı şəklindədir və tək qübbəsi var. Binanın divarları küfeki daşı ilə örtülmüşdür. Binanın yuxarı hissəsi mərmərdir və oyma ilə bəzədilib.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır. Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir.