ŞƏKƏRLİ

прил.
1. сахаристый:
1) имеющий структуру сахара. Şəkərli maddələr сахаристые вещества
2) содержащий сахар, богатый сахаром; сахароносный (являющийся сахароносом). Şəkərli bitkilər сахароносные растения, çuğundurun şəkərli növləri сахаристые сорта свеклы, ağacların şəkərli şirəsi сахаристые соки деревьев
2. сахарный. Şəkərli qoğal сахарная лепёшка, şəkərli şərbət сахарный сироп; şəkərli diabet мед. сахарный диабет (сахарное мочеизнурение)
ŞƏKƏRLƏŞMƏK
ŞƏKƏRLİLİK
OBASTAN VİKİ
Şəkərli
Şəkərli (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Şəkərli (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Saday Şəkərli
Şəkərov Saday Əsəd oğlu (Şəkərli) — şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985). Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir.
Şəkərli (Ağstafa)
Şəkərli — Azərbaycan Respublikasının Ağstafa rayonunun Poylu kənd inzibati ərazi dairəsində qəsəbə.
Şəkərli (Salyan)
Şəkərli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Şəkərli diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Qozlu-şəkərli piroq
Qaraqaya-i Şəkərli (Hurand)
Qaraqaya-i Şəkərli (fars. قره قيه شكرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (103 ailə).
Şəkərli-i Ülya (Germi)
Şəkərli-i Ülya (fars. شكرلوي عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (14 ailə).

Digər lüğətlərdə