ƏCİBƏ
ƏCLAF
OBASTAN VİKİ
Salem əcinnələri
1692-ci ildə Massaçusetsdə Salem kəndinin bir dəstə qızı, bir qərbli hindu qulun danışdığı nağılları dinlədikdən sonra, çox qəribə qıcolmaya məruz qaldı. Bunun səbəblərini soruşduqda, qızlar onlara əzab verən və cadugər olan bir neçə qadını təqsirləndirdilər. Şəhər əhalisi dəhşətə gəldi, lakin təəccüb etmədi. Çünki, Amerika və Avropada 17-ci əsr boyu cadugərliyə inam çox geniş yayılmışdı. Amerika tarixində əlahiddə bir hadisə olsa da, sonralar baş verən əhvalat Yeni İngiltərə puritan ictimai və psixoloji dünyasına canlı bir pəncərə açır. Şəhər rəsmi dairələri məhkəmələr dəvət etdilər ki, cadugərliklə bağlı məsələlər müzakirə olunsun və təcili şəkildə kiçik mehmanxana sahibi Bricid Bişopu ittiham edərək, edam etdilər. Bir ay ərzində daha başqa beş qadın ittiham edildi və asıldı. Buna baxmayaraq, isteriya inkişaf etdi. Bunun da ən əsas səbəbi o idi ki, məhkəmə icazə verirdi ki, şahidlər ittiham olunanları ruhlar və ya kabus kimi gördüklərini təsdiq etsinlər. Öz təbiəti etibarilə, bu cür "qeyri-real şahidlik" xüsusilə dəhşətli idi, çünki bu nə yoxlanıla bilərdi, nə də obyektiv yoxlama üçün əsas ola bilərdi.

Значение слова в других словарях