[Yusif:] Əfvinlə sevinməz könül, əfsus; Zalım yenə zalımdır.
Şəfiqənin gülüşündə kin yox idi, bu gülüş bəlkə də əfv idi.
□ Əfv edərsiniz, əfv ediniz – bağışlayın, üzr istəyirəm.
[Yaşlı kişi:] – Əfv edərsiniz, – dedim, – mən nabələd adamam, nəzirim nə qədər olacaq? ;
// bəzən nəzakətli etiraz yerində. Əfv edərsiniz, məsələ elə deyil.
Əfv etmək – 1) günahından keçmək, təqsirini bağışlamaq. Sənin təqsirini əfv etmək olmaz. – Mehriban Zeynalı əfv etmək istəyirdi.
Onu yenə sevə bilərdi.
Mən rica edirəm ki, bu dəfəlik bəy əfv eləsin.
Əfv etdim hər şeyi, əfv etdim sənə; O soyuq sözləri, o gülüşləri. ;
2) üzrlü saymaq. Məni əfv edin, sizi yola sala bilməyəcəyəm. Gecikdiyim üçün məni əfv edin.
Əfv olunmaq – günahından, təqsirindən keçilmək, təqsiri bağışlanmaq.
[Həsən:] İndi bəlkə əfv oluna biləsən.