Ədəbiyyat
Əxlaq
OBASTAN VİKİ
Əhəmiyyət
Əhəmiyyət — adi formadan yüksək, diqqəti cəlb edən, məzmunun mərkəzi, hər kəsin müzakirəsiz qəbul etdiyi vaciblik.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıdır. Siyahıda ən qədim abidələr Füzuli və Xocavənd rayonları ərazisində yerləşən, Quruçay mədəniyyəti dövrünə aid Azıx və Tağlar mağaralarıdır. Siyahıdakı abidələrdən biri UNESCO-nun Ümumdünya irsi siyahısına siyahısına salınmışdır. Siyahıda qeyd edilmiş abidələrin dördü mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı М. Гусейнов, А. К. Джафаров — Палеолит Азербайджана, Элм, 1986 М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, Элм, 1985 Azərbaycan arxeologiyası, altı cilddə, I cild, Bakı Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. Ашурбейли С. Б. История города Баку. Период средневековья. — Б.: Азернешр, 1992. — 408 с. — ISBN 5-552-00479-5. Бретаницкий Л. С. Зодчество Азербайджана XII–XV вв.
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli arxeoloji abidələrin siyahısı
Aydınbulaq qülləsi
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Katex kilsəsi
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli arxeoloji abidələrin siyahısı
Gilgilçay səddi
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Bakı Musiqi Akademiyası
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı. Siyahıda ən qədim abidələr Xaçmaz və Şamaxıdakı XIV əsrə aid ərəb sənduqələridir.
Azərbaycanda ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı
Azərbaycanda ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr XIV əsrə aid Nardarandakı Xan bağı və XVII əsrə aid Gəncədəki Sərdar bağıdır.
Ciddi olmağın əhəmiyyəti (komediya)
Ciddi olmağın əhəmiyyəti və ya Ciddi olmaq nə qədər vacibdir (ing. The Importance of Being Earnest) — Oskar Vayldın komediyasıdır. Komediyanın adı kalamburdan ibarətdir. İngilis dilində "ciddi" mənasını verən Earnest sözü Ernest adı ilə eyni səslənir. Bu ad pyesdə iki obrazı təmsil edir. Onların heç bir ciddi insan deyillər. Əsər Vayldın 1890-cı illərin birinci yarısında "aşağı təbəqənin zövqləri naminə" yazdığı "yüksək təbəqə komediyaları" qrupuna aiddir". Əsərdəki hadisələr və personajlar dialoqun inkişafından əvvəl arxa plana keçirdi. Tamaşanın əsas hadisəsi— iki eqoist, Cek Uorting və Alcernon Monkrifin iki qızla izdivacından bəhs edir. Süjet fars və melodramatik elementlərlə doludur — məsələn, hər iki qəhrəman sevdiyi qıza özünü bəyəndirmək üçün Ernest adlı şəxs olduqlarını iddia edirlər, lakin ifşa edilirlər.
Milli tarixi əhəmiyyəti olan əsər
Milli Tarixi Abidə və ya qısaca olaraq NHL (ing. National Historic Landmark) ― ABŞ federal hökuməti tərəfindən tarixi əhəmiyyətinə görə tanınmış tikili, əsər və ya regiona verilən addır. Tarixi Yerlərin Milli Ryestirində yerləşən 80 000-ə yaxın tikili, əsər və regiondan yalnız 2 430 ədədi NHL kateqoriyasına aid edilmişdir. Milli Tarixi Abidə Regionu və ya NHLD (ing. District National Historic Landmark), NHL tərəfindən tanınan və bir qrup tarixi baxımdan əhəmiyyətli binanı və ya əsəri özündə ehtiva edən regionlara deyilir. 9 oktyabr 1960-cı ildə, o zamankı ABŞ Daxili İşlər Naziri Fred Andrew Seatonun 92 əsəri NHL kateqoriyasında təsnif etməsini elan etməsi ilə başlamışdır. NHL təsnifatına daxil olan ilk əsərin, Ayova ştatının Sioux City şəhərində yerləşən Başçavuş Floyd məzarı və memorial abidəsi olmasına və bu qərarın 30 iyun 1960-cı ildə verilməsinə baxmayaraq, digər 91 əsərin elanı isə həmin il 9 Oktyabr tarixinə qədər siyasi səbəblərə görə təxirə salınmışdır. ABŞ Daxili İşlər Naziri tərəfindən NHL olaraq seçiləcək bir əsər üçün aşağıdakı şərtlərdən biri və ya bir neçəsi tələb olunur: Milli əhəmiyyətli tarixi bir hadisənin baş verdiyi bir region olmalıdır. Tarixi əhəmiyyət kəsb edən insanların yaşadığı və ya işlədiyi yerlər olmalıdır. Milləti formalaşdıran və ya əhəmiyyətli dərəcədə təsir göstərən bəzi fikirlərlə əlaqəli ikonik bir əsər olmalıdır.
Turizmin əhəmiyyəti
Turizm cəmiyyətin iqtisadi problemlərinin həliinə xeyli təsir göstərir. Turizmdən gələn gəlir onun inkişaf etdiyi regionda iqtisadiyyatı yüksəltməyə qadirdir. Ayrı-ayrı regionlarda turizm inkişaf etdikcə ölkədaxili regionların iqtisadi göstəriciləri arasında fərqlər azalır. Sahibkarlıq sahəsi - yaradılan hər bir müəssisə xeyir gətirməlidir, çünki o, müştərilərə öz məhsulunu və xidmətlərini təqdim edir, fəhlə və qulluqçulara əmək haqqı və ödəmələrin digər növlərini, aksionerlərə-gəlir, dövlətə - vergi və rüsumlar ödəyir. İstehlak sahəsi - turizm-istehlak tələbinin yeni formasını gələn turistlərin müxtəlif mal və xidmətlərə olan tələbini canlandırır. Gəlir sahəsi - turist axını sayəsində turizmin aşağıda qeyd olunan bir çox yerli müəssisələrinin gəliri artır - mədəni və əyləncə müəssisələrinin gəlirləri artır və bu da öz növbəsində vergi ödəmələri hesanıa regiona və yerli əhaliyə fayda verir. Valyuta sahəsi - turizm ölkəyə, regiona böyük miqdarda xarici valyuta axınına səbəb olur. Qəbul edən turizm "görünməyən ixrac" adlanır, çünki istehlakçı ixrac məhsulun ardınca onu istehsal edən ölkəyə gedir. İşsizlik, zəhmətkeşlərin həyat səviyyəsinin aşağı olması, psixoloji təzyiq, stress və onunla bağlı böhranlı hadisələrin yaranması, asudə vaxtlarda gənclərin neqativ fəaliyyətinin artması, təbiətdə ekoloji tarazlığın pozulması-müasir cəmiyyətin bu və ya digər problemləri bizim ölkədə də mövcuddur. İstirahətdən sonra işçi qüvvəsinin iş səmərəliyi artır; Əhalinin maariflənməsinə müsbət təsir göstərir; Turizmin inkişaf etdiyi ərazilərdə tarixi obyektlərin qorunmasına maraq artır; Turizmin mühüm funkasiyasıdır, şəxsiyyətin inkişafı, onun dərketmə dairəsinin və yaradıcılıq potensialının genişlənməsi üçün imkanları yaradılmasıdır.

Digər lüğətlərdə